Autizmin Əlamətləri

Autizm – ömür boyu sürən zehni narahatlıq olub, ictimai qarşılıqlı təsirdə, ictimai ünsiyyətdə, istifadə edilən dildə, simvolik və ya xəyali oyunlarda gecikmələrlə özünü göstərən sinir sistemində nizamsızlıqdır. Uşaq gördüklərini, eşitdiklərini, hiss etdiklərini doğru şəkildə qəbul edə bilmir, bu səbəbdən ictimai əlaqələrdə və davranışlarda ciddi problemlər yaranır. Ümumiyyətlə körpəliyin 2 illiyində autizmin əlamətləri görünə bilər. Nadir […]

Körpələrin yuxu rejimi

Uşaqlar dünyaya gəldiyi zaman bəzi xarakterik xüsusiyyətlərini də özləri ilə gətirirlər. Bunlardan biri də yuxu rejimidir. Bəzi uşaqlar üçün yuxu prosesi problemsiz keçsə də bəziləri üçün bu böyük bir problemə çevrilir. Bu səbəbdən də ilk növbədə uşağın inkişafına uyğun düzgün yuxu saatlarını bilməliyik ki, yuxu rejimi pozulanda tez qaydasına salaq. Körpə 3 ayına kimi gün […]

Valideyn uşağa “yox” deməyi bacarmalıdır

Uşağın formalaşmasına ölkədə olan sosialiqtisadi vəziyyət, aldığı təhsil əhəmiyyətli dərəcədə təsir göstərir. Lakin bu faktorlarla yanaşı duran ən mühüm amil valideynin uşağı düzgün tərbiyələndirməsidir. Əgər məktəb və valideynlər birlikdə bu istiqamətdə fəaliyyət göstərirsə, onda uşağın tərbiyəsində müsbət nəticələr əldə etməyə olan inam, şübhəsiz, reallaşacaq. Deməli uşağın psixoloji durumu da dayanıqlı olacaq və bu onun dəyərli […]

Müsbət düşün rahat ol

Dünyada 100 milyondan çox insan depressiya ilə yaşayır. Belə ki, müasir dövrün xəstəliyi olan depressiya, artıq uşaqlarda da müşahidə edilir. Mütəxəssislər kömək etməyi xoşlayan insanlarda əhval-ruhiyyənin yüksək olduğunu söyləyirlər. Başqalarına kömək etmək müsbət duyğuları inkişaf etdirir. Kömək etdiyiniz insanla ünsiyyət qurarkən təklik hissi azalmaqla yanaşı insanın özünə və yaşadığı dünyaya güvən hissi artır. Kömək etmək […]

Stress

Stress hər bir insanın həyatında var. Müasir insanın həyat və fəaliyyətinin bütün sahələrində stress qaçınılmazdır. H. Selye stresi ümumi adaptasiya sindromu olaraq orqanizmin qüvvətli və ya həddindən artıq səfərbər edən özünəməxsus müdafiə reaksiyası haqqında təlimlərlə əsaslandırılır. “Stress” sözü Çin dilində təhlükə və fürsət mənalarında işlədilir. Bu mənada stressi necə qəbul etməyimiz bizim həyata baxış tərzimizdən […]

Obssesiv – Kompulsiv pozuntu

Bir çoxunun ağlına vaxtaşırı olaraq doğmalarının və yaxınlarının başına pis hadisə, bədbəxtlik gələcəyi, onların yaxud özünün hansısa dəhşətli xəstəliyə tutulacağı, qapını bağlamışam ya bağlamamışam, eləcə də əlləri dəfələrlə yumalıyam kimi təkrarlanan fikirlər gəlir. İnsanların əksəriyyətində rastlanan və psixiatriyada obssesiv fikirlər olaraq adlandırılan bu əlamətlər həmin insanın günlük yaşamına və sosiallığına təsir etmədikcə xəstəlik sayıla bilməz. […]

Uşaqlarımız və Din

Mücərrəd mövhum olduğu üçün uşağa Allah qavramının öyrədilməsi zamanı müəyyən çətinliklər yarana bilər. Hər ailənin dini yaşayışı müxtəlif olduğundan uşağın Allahı anlaması da fərqli olur. Dinin, insanların həyatında önəmli yeri var. Bu səbəbdən də böyüklərin yaşayış tərzi, dinə münasibəti evdə böyüyən uşaqlara da təsirini göstərir. Uşaqların dini fikir və hisləri də onların gündəlik həyatlarına, insanlarla […]

Uşaqda zövqü necə inkişaf etdirək

Bizim cəmiyyətdə, hələ çox güclü stereotiplər qalmaqdadır: oğlanlar üçün ciddi, soyuq tonlu rəngdən ibarət geyimlər, qızlar üçün isə çəhrayı paltar və bantlar… Hələ yeni doğulmuş uşaqların mavi və ya çəhrayı zərfdə xəstəxanadan azad olunmasından danışmıram… Lakin hazırki moda çox demokratik və gözəlliklərlə zəngindir. Uşaqda zövq və üslub hissini körpəlik dövründən tərbiyə etmək, maarifləndirmək lazımdır. Əlbəttə […]

Uşağınızı çəkdiyi rəsmlər nə söyləyir

Bəzən biz qohumun uşağı evə gələndə şərait yarananda ona ailəsi haqqında suallar verərək (məs: “atanı çox istəyirsən, yoxsa ananı?”) ailəsinə münasibətini öyrənməyə çalışırıq. Əslində isə onların hər etdiyi bizə böyük mesajlar verir. Gəlin sizə uşaqları əyləndirərək onların psixoloji durumunu və ailəsi haqda məlumat almaqda yardımçı olaq. Bunun üçün bir uşağa ailəsinin rəsmini çəkməsini söyləyə bilərik. […]

Uşağım və Mən

İlk addımlarını atmaq uşağınız üçün möhtəşəm bir yenilikdir. Aylarla qucaqda daşındıqdan sonra uşaq azad, arzuladığı yerə gedə bilmək üçün son dərəcə həyəcanlı olur. Ancaq bəzi uşaqlar, bu ilk həyəcanı bitdiyi zaman yeriməkdənsə qucaqda gəzməyin daha yaxşı olduğuna qərar verir. Yeriməmək üçün inad etməyə və qucaqda daşınmaq üçün israr etməyə başlayır. Bir zamanlar getmək üçün çırpınan […]