Uşaqda zövqü necə inkişaf etdirək

Bizim cəmiyyətdə, hələ çox güclü stereotiplər qalmaqdadır: oğlanlar üçün ciddi, soyuq tonlu rəngdən ibarət geyimlər, qızlar üçün isə çəhrayı paltar və bantlar… Hələ yeni doğulmuş uşaqların mavi və ya çəhrayı zərfdə xəstəxanadan azad olunmasından danışmıram… Lakin hazırki moda çox demokratik və gözəlliklərlə zəngindir.

Uşaqda zövq və üslub hissini körpəlik dövründən tərbiyə etmək, maarifləndirmək lazımdır. Əlbəttə ki, yeni doğulmuş körpəni kombinezonun nə rəng və hansı üslubda olması maraqlandırmır. Amma bir yaşına çatmış uşağa rəng seçimlərini göstərmək olar. Araşdırmalar göstərir ki, uşaq anasının geyimlərində tez-tez istifadə etdiyi rəngləri daha çox sevir. Beləliklə, öz geyim tərzinizə diqqət yetirin, çünki sizin geyim tərziniz, seçdiyiniz rənglər körpənizin gələcəkdə üsluba və geyimə olan münasibətinin təməlini təşkil edir. Yaşıl rəngin çalarlarını seçin, bu, sakitləşdirici effektə malikdir. Uşaq geyimlərində al-əlvan printlər çox da yaxşı seçim deyil. Xallı və rəngarəng zolaqlı geyimlər çox gözəldir, ancaq gözlərə güclü qıcıqlandırıcı təsir göstərir. Bunu nəzərə alın və yadda saxlayın. Erkən yaşlardan başlayaraq rəngləri uyğunlaşdırmağa çalışın.

Uşaqlar mühafizəkardırlar, onlar bütün hər şeyi vərdiş etdikləri kimi sevir, onlara (üç yaşda bəzi dəyişikliklər etmək mümkündür) geyinmək üçün seçmə imkanı verilən zaman, onlar bir neçə dəfə görmüş və həmişə geyindiklərinə uyğun nəsə axtarmağa çalışacaqlar.

Uyğun rəng birləşmələri seçilməsinin bir neçə sadə qaydaları var. Bir-birini tamamlayan rənglər:

Qırmızı-yaşıl; Narıncı-zeytun; Sarı-göylü; Sarı-bənövşəyi; Cökə-bənövşəyi; Yaşıl-çəhrayı.

Uşağınıza həmçinin, öyrədin ki, həyatda müxtəlif hallar mövcuddur və bu halların, hadisələrin hər birinin özünə uyğun geyim tərzi vardır. Adi gəzintiyə ağ paltarla getmirlər, qonaqlığa cinslə deyil, daha ciddi, gözəl tərzdə geyinmək lazımdır və s. Hətta evdə körpənizi gözəl geyindirməyə çalışın.

Şoppinq. Uşağınızı özünüzlə alış-verişə aparın.

Uşaqda üslub hissini inkişaf etdirmək üçün daha bir tövsiyəmiz; öz uşağınızı özünüzlə alış-verişə aparın. Təbii ki, bu halda öz marşrutunuzu diqqətlə planlaşdırmalısınız, çünki sizin üçün əyləncəli və maraqlı olan obyektlər uşağınız üçün cansıxıcı və maraqsız sayıla bilər. Şoppinq çox uzun çəkməməlidir və mağazalar çox müştəri kütləsi ilə zəngin olmamalıdır ki, uşaq xoşuna gələn kiçik şeyləri və sizin ona seçəcək paltarları heyranlıqla nəzərdən keçirmək imkanına malik olsun.

Onun sevimli mağazasına getmək ən uyğun variant ola bilər. Burada kiçik qızınız özü üçün ad gününə və ya başqa bir qonaqlığa uyğun istədiyi paltarı seçə bilər. Mütləq qızınızın fikirlərini dinləyin və ona hiss etdirməyə çalışın ki, o öz tərzini özü yaradır. Nə qədər tez bu ideya şüuraltı olaraq onun beynində kök salmış olsa, o qədər də tez qızınız geyim tərzi vasitəsilə öz obrazı üzərində çalışıb zövqünü inkişaf etdirəcək.

Nə qədər tez gözəllik sevgisi uşağın qəlbində yer alacaq, həyatda ideal obraz yaratmaq da onun üçün bir o qədər asan olacaq. Amma xarici gözəllik arxasına düşərkən uşaqda xeyirxahlıq, paklıq, səmimiyyət hislərini inkişaf etdirmək haqqında unutmaq olmaz. Şübhəsiz ki, hər bir uşaq cəmiyyətin və böyük şəxsiyyətin layiqli bəzəyidir.

Aidə Ağayeva
Baş redaktorun müavini

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər