Emosional zəka
Son illərdə emosional zəka anlayışı üzərində çox danışılmış və mübahisələr edilmişdir. Bunun səbəbi həyatda müvəffəqiyyət və xoşbəxtliyin təmin edilə bilməsində müəyyən bir IQ səviyyəsi ilə yanaşı, fərdlərin emosional zəkaya da sahib olmalarının lazımlılığıdır. Araşdırmalara görə, emosional zəkası yüksək olan fərdlər, ailə və ictimai ətraflarında yaxşı əlaqələr qura bilən, müvəffəqiyyəti daha asan tuta bilən, daha çox […]
İnamsızlıq
Batil inanclara inamınız yoxdur, lakin bütün tərsliklərin sizin başınıza gəldiyini düşünürsünüz, eləmi? O zaman özünüzü bu yazıda axtarın… Deyirlər, ilanın zəhləsi yarpızdan gedər, o da onun yuvasının ağzında bitər. Sizdə də belədir? Sanki qaçdığınız problemlər dönüb-dolaşıb sizi tapır. Eyni sevgi hekayəsi və eyni ayrılıq nəticələri yaşayırsınız. “Niyə hər dəfə mən aldadılıram?”, yaxud “Niyə istədiyim kimi […]
Əşyalarınız yoxa çıxırsa, diqqət!
Xalq dilində “oğurluq xəstəliyi” kimi bilinən kleptomaniya çox az rastlanan bir ruhi xəstəlikdir. Kleptomaniya ehtiyacı olmadığı, dərhal istifadə etməyəcəyi halda və satma düşüncəsi olmadan bir sıra əşyaları icazəsiz olaraq götürmək, onlara sahib olmaq şəklində bir impuls nəzarət pozğunluğudur. Bu adamların oğurladıqları əşyaların onlara lazım olub-olmaması əhəmiyyətli deyil. İnsan əslində oğurladığı əşyanı alacaq maddi imkana sahibdir. […]
Təhqirə qarşı antitəhqir – PSİXOLOJİ METODLAR
Əvvəlcə, gəlin görək təhqir nədir? Əbəssiz sözlərin leksikasında (İnvektiv leksika) təhqir qəsdən , yaxud da ehtiyatsızlıqdan başqa bir şəxsin şərəf və ləyaqətini alçaltmaq, normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirməkdir. Təhqir yalnız sözlə deyil, həm də yazılı şəkildə, hərəkətlə və ya cəmiyyət içərisində açıq şəkildə də edilə bilər. Təhqir qarşı tərəfin kobud […]
Mən heç bir işi axıra çatdıra bilmirəm
Onlar hər bir işə böyük həvəs ilə başlar, lakin onu axıra çatdıra bilmirlər. Tezliklə eyni həvəslə başqa bir işə başlayar, lakin bunun da sonu eyni aqibətlə bitər. Müəyyən mənada deyə bilərik ki, belə insanlar zamandan kənarda yaşayır. Onlar psixikanın şüurlu tərəfi ilə münaqişədə olan şüursuzluğun təsiri altında hərəkət edirlər. Keçmişdə yaşanan narahatedici hadisələr indi də […]
DİSTİMİYAYA “yoluxmuş” ola bilərsiniz
Uzun müddətdir ki, əhvalınız yoxdur? Distimiya illərlə davam edə bilər… Distimiya uzun müddət, bəzən illərlə davam edən yüngül depressiyadır. Bu depressiydan əziyyət çəkənlər bir qədər qapalı, bədbin, ümidsiz görünürlər. Distimiyanın dörd əsas variantı qəbul edilib: Şəxsiyyətin depressiv pozuntusu, Depressiv nevroz, Nevrotik depressiya, Xroniki təşviş depressiyası. Distimiyanın bütün formalarında depressiya üçün xarakterik olan əlamətlər var. Xəstələrdə […]
Dahilikdən Dəliliyə bir addım
Dəlilik…yəqin ki, bir çox insanın diqqətini cəlb edən bu anlayış ilk öncə bir çox sual formalaşdırır. Dəlilik və dahilik? Bir-birindən tamamilə fərqli olan bu anlayışların hansı ortaq nöqtəsi ola bilər? Bəs bu ortaqlıqda şizofrenyanın rolu nədən ibarətdir?. Əslində isə bu anlayışların ortaq nöqtəsi çoxdur. Ancaq gəlin öncə dəlilik anlayışın mahiyyətini açıqlayaq. Müxtəlif tarixi dövrlərdə və […]
Keçmişdə yaşadığımız pis hadisələrin təsirindən necə qurtulmaq olar
Mənfi təsirləri necə aradan qaldıra bilərik? Davamlılıq və bütünlük duyğunuzu bərpa etmək üçün, Məlumatlanmaq, kiçik amma realladıra biləcəyiniz məsuliyyətlər/rollar əldə etmək, əsla sosial əlaqələrinizi itirməmək, güvəndiyiniz dostlarınız ilə qruplaşmaq, tək qalmamaq və bunu qətiyyən unutmamaq: verdiyiniz reaksiyalar normal insanların anormal vəziyyətlər qarşısında verdiyi tipik reaksiyalardır. Siz deyil, başınıza gələn vəziyyət ANORMALdır! Fiziki baxımdan güclü ola […]
Abiturientlərdə imtahan öncəsi stress
Yaxınlaşan imtahan bəzi abituriyentlərdə stressin yaranmasına gətirib çıxarır. Yaranmış stress vəziyyəti şagirdlərin müvəffəqiyyət göstəricisini aşağı salır. Əslində qayğının müəyyən səviyyədə olması təbii haldır, hətta imtahanın uğurlu olmasına belə kömək edir. Belə ki, bu orta səviyyədə olan qayğı şagirdləri motivə edir. Lakin həddindən artıq olan narahatlıq abituriyentlərin imtahanda aşağı nəticə göstərməsinə səbəb olur. İmtahan stressi həm […]
Çətin insanlarla necə ünsiyyət qurulmalıdır
Çətin adamların özünəməxsus xüsusiyyətlərini artırmaq mümkündür. Ancaq bütün bu xüsusiyyətlərin içində çətin adamları 5 alt başlıqda xarakterizə etmək mümkündür. 1)Aqressiv insanlar: Aqressiv davranışlar içində olan. Sakit şəkildə özünüzü ifadə edin və sizə qarşı olan aqressiv hərəkətlərə əmin bir şəkildə qarşılıq verin. 2)Hər şeyi bilənlər: Belə insanlar mübarizə apararkən yaxşı hazırlaşmaq lazımdır. Əksinə qabiliyyətini tərifləyin. Lazım […]