Əşyalarınız yoxa çıxırsa, diqqət!

Xalq dilində “oğurluq xəstəliyi” kimi bilinən kleptomaniya çox az rastlanan bir ruhi xəstəlikdir. Kleptomaniya ehtiyacı olmadığı, dərhal istifadə etməyəcəyi halda və satma düşüncəsi olmadan bir sıra əşyaları icazəsiz olaraq götürmək, onlara sahib olmaq şəklində bir impuls nəzarət pozğunluğudur.

Bu adamların oğurladıqları əşyaların onlara lazım olub-olmaması əhəmiyyətli deyil.

İnsan əslində oğurladığı əşyanı alacaq maddi imkana sahibdir. Ancaq oğurluq istəyinə qarşı çıxa bilmir. Kleptomaniyadan əziyyət çəkənlər bu hərəkəti planlaşdırmadan edirlər. İstək anidən ortaya çıxır. Onlar hər hansı bir əşyanı oğurlayanda özlərini xoşbəxt, rahat hiss edirlər. Əşyanın onlar üçün heç bir dəyəri yoxdur. Bu işi görməkdə əsl məqsəd ruhu razı salmaqdır.

Kleptomaniya kişilərə nisbətən qadınlarda daha sıx müşahidə edilir. Qadınlarda 30-35, kişilərdə isə 50-55 yaşlarda daha çox rastlanır. Çox az rastlanan ruhi xəstəlikdir.

Bu adamlarda digər psixoloji problemlər var?

Bu xəstələrdə depressiya, yemək pozuntusu, obsessiv kompulsiv pozuntu, cinsi pozğunluq, spirtli içki, narkotik maddə istifadəsi, şəxsiyyət pozuntusu, dissosiativ pozğunluq da görülür.

Uşaqlıq vaxtı yaşanan travmatik hadisələr bunun irəliləməsinə böyük təsir edir. Valideynlərindən yetərincə sevgi, diqqət görməyənlərdə, ətrafından həmişə təzyiq görən, həyatı uğursuzluqlarla dolu olan insanlarda görülür. Özünü bir qrupa aid hiss etməyən və yalnız hiss edənlər həyatda özlərinə yer ayıra bilmək üçün bu yola əl atırlar. Stresslə bacara bilməyənlərdə də bu hal yaşanır.

Kleptomaniya xəstələrinin çoxu bu halından utandığı, ya da bunun xəstəlik olduğunu bilmədiyi üçün həkimə müraciət etmir.

Müalicəsi üçün psixoloji dəstək və dərman müalicəsi nəzərdə tutulur.

lent.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər