Abraham Maslau

Yetkinlik insanın müxtəlif bacarıq və istedadlarının aşkara çıxmasına kömək edir, onun daxili inkişafına, həm maddi, həm də mənəvi uğurlarına doğru cığır açır. Bu siyahıda təqdim etdiklərimiz də hər zaman özünü inkişaf etdirməyə meylli olan insanlar üçün çox maraqlı olacaq. Humanist psixologiyanın ən məşhur adlarından biri Abraham Maslau yetkinləşmiş insanın əlamətlərinizi bizə çox sadə dildə təqdim […]

Əbdül Əlizadənin Azərbaycan Psixologiya Tarixində rolu

Professor Əbdül Əlizadə respublikamızın görkəmli psixoloqlarından biridir. Bütün həyatını elmə həsr edən bu qocaman alim üçün psixologiya sehirli bir dünyadır. Onu tanıyanlar təsdiqləyirlər ki, bu alim heç vaxt məşğuliyyətsiz olmayıb. Hətta xəstə olanda da istirahət nədir bilməyib. Əbdül müəllimin tələbələri, həmkarları onun məziyyətlərini saymaqdan yorulmurlar. Kimi onu qürurlu bir insan, kimi də möhkəm xarakterə malik […]

Əkbər Bayramovun Azərbaycan Psixologiya Tarixində Rolu

Bayramov Əkbər Salman oğlu – psixologiya elmləri doktoru, əməkdar elm xadimi, professor. Həyatı 30 dekabr 1930-cu ildə Ağdam rayonunun Əlimədətli kəndində anadan olmuşdur. O, Əlimədətli kənd 7-illik məktəbini (1945), Ağdam Pedaqoji Texnikumunu (1945-1949) və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin məntiq-psixologiya şöbəsini (1949-1954) əla qiymətlərlə bitirmiş, Universitetin Böyük Elmi Şurasının qərarı ilə psixologiya ixtisası üzrə aspiranturaya […]

Məmmədəli Məhərrəmovun Azərbaycan Psixologiya Tarixində rolu

M.C. Məhərrəmov (1909-1970) həm psixoloq kadrlarının hazırlanmasında, həm də psixologiya elminin inkişafında əvəzsiz xidmətlər göstərmişdir. O, 1931-1935-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun pedaqoji-psixoloji fakültəsini bitirmişdir. 1944-cüildə ADU-nun aspiranturasına daxil olmuş və ömrünün sonunadək orada çalışmışdır. O, 1955-ci ildə «Orta məktəbdə psixologiyanın tədrisi üsullarına dair», 1960 və 1961-ci illərdə «Psixologiya oçerkləri», 1968-ci ildə «Psixologiya» əsərlərini yazmışdır. […]

Ə.Zəkuyevin Azərbaycan psixologiya tarixində rolu

Əhməd Kərədi Məhəmməd oğlu Zəkuyev 1888-ci ildə Dağıstanın Lak rayonunun Qumuç kəndində anadan olmuşdur. Fəlsəfə elmləri doktoru, filosof, professor Zəkuyevin Azərbaycanda yüksək ixtisaslı kadrların hazırlanmasında böyük xidmətləri olmuşdur. Ə.K.Zəkuyev 1917-ci ildə Dağıstanda «İlçi» qəzetində redaktor kimi fəaliyyət göstərmişdir. Daha sonra Türkiyədə oxumağa gedən alim, 1921-ci ildə ( İstanbul Universiteti, fəlsəfə fakultəsi ) təhsilini başa vurduqdan […]

Görkəmli pedaqoq-alim Əhməd Seyidovun həyatı və elmi yaradıcılığı

Psixologiya elminin tarixinə nəzər salarkən onun bir sıra elmlərlə o cümlədən pedoqogika elmi ilə sıx qarşılıqlı əlaqəli şəkildə inkişaf etdiyini açıq görə bilərik. Psixologiya və pedaqogika elmləri arasında başlıca əlaqə həmin elmlərin predmetlərinin yaxınlığı ilə bağlıdır. Əvvala həmin elmlərin obyekti inkişaf etməkdə olan insandır (uşaq və yaşlı). Digər tərəfdən, psixologiya insan psixikasının inkişaf qanunlarını öyrənir. […]

Aleksandr Makovelskinin Azərbaycan psixologiya tarixində rolu

Aleksandr Makovelski – Azərbaycanda Elmi Psixologiya inkişafında əvəzsiz xidməti olan alim , 22 iyul 1884-cü ildə Qrodno şəhərində anadan olmuşdur. 16 dekabr 1969-cü ildə Bakı şəhərində vəfat etmişdir. İxtisasca tarixçi-filosof idi. 04 Dekabr 1946-ci ildən SSRİ Elmlər Akademiyasının tarix və fəlsəfə bölməsinin müxbir üzvü (tarix-fəlsəfə üzrə) olmuşdur. 1949-cü ildən Azərbaycan SSR Elmlər Akademiyasının akademiki olmuşdur. […]

Azərbaycan Psixologiya Tarixi: Dünən və Bugün

Dəyərli Dostlar! Çağdaş dövrümüzdə psixologiya elminə maraq hər gün artmaqdadır. Bu bizi ilk növbədə bir vətəndaş kimi sevindirir. Qeyd etmək istərdik ki, tətbiqi psixologiyanın inkişaf dinamikası nəzəri psixologiya ilə düz mütənasibdir və Azərbaycan psixologiya tarixi dərin köklərə malikdir. Heç kimə sirr deyildir ki, bu günün özündə belə elmi psixologiyanın tədqiq etdiyi sahələr içərisində elə bir […]