Uğurun Sirri

Bir gün bir cavan oğlan Sokratdan uğurun sirrini soruşdu.Sokrat ona sabah çayın sahilində görüşməyi dedi.Onlar görüşdülər Sokrat ona arxası ilə çaya doğru gəlməyi dedi.Su getdikcə boğazlarına qədər çatırdı və elə həmin anda Sokrat oğlanı başından qəfildən tutdu və onun başını suya salmağa başladı.Oğlan suda çırpınırdı,ancaq Sokrat güclə onu rəngi göy olana qədər suda saxladı. Sokrat […]

Bədən Duyğuların Lideridir!

Həyatımız boyunca fərq etməsək də, ətrafımızda bir çox şeylər baş verir. Daxilimizdə, xaricimizdə birbaşa bizimlə bağlı olan nələrsə baş verir. Bəzən bunları görürük, bəzən görə bilmirik, bəzən də görməzdən gəlirik. Onlardan biri də, hərəkətlərin duyğuları yaratması gerçəyidir. Nə hiss ediriksə, bu, vücudumuzu necə istifadə etdiyimizin nəticəsidir. Üz ifadəmizdə və hərəkətlərimizdəki ən xırda bir dəyişiklik belə, […]

Bədənimizin Enerji Mərkəzləri

Bədəndə enerjinin axdığı yüzlərlə enerji mərkəzi var. Bunlardan 7 ana enerji mərkəzinə ÇAXARA deyilir. Çaxara Sanskritcədə hərəkətli dairə -təkər- və ya volteksi mənasını bildirir. Fiziki bədənin yaşaması üçün lazımlı olan enerji çaxaralar vasitəsilə auranın laylarından və eterik, romantik (astral), zehni və ruhi bədəndən keçərək fiziki bədənə axar. Yeddi ana çaxaradan hər birinin həm fiziki, həm […]

Sevgi nədən əriyər…?

Vaxtilə dəlilər kimi aşiq olduğunuz insanı indi əvvəlki kimi sevmir və bu münasibəti artıq bitirmək istəyirsiniz. Bəs bu böyük sevginin bitməsinə nəyin səbəb olduğunu heç düşündünüzmü?Bir-birinə çox aşiq olan cütlüklərdə müəyyən müddət sonra həmin sevginin artıq yox olduğu görülür. Buna səbəb nədir?“Onsuzda mənimdir” düşüncəsiİlk bir neçə ayı xoş keçirdikdən sonra bir çox cütlük “onsuz da […]

Özünüzünkünü özününzə götürün

Bir gün Budda öz şagirdləri ilə bir kənddən keçirmiş. Bu kəndin camaatı Buddistlərin əleyhdarları idi. Onlar Buddanı və tələbələrini əhatəyə alıb buddistləri təhqir etməyə başladılar. Şagirdləri qismən Buddanın yanlarında olması faktı sakitləşdirsə də onlar da əsəbləşib kənd sakinlərinə cavab verməyə hazırlaşırdılar. Bu vaxt Buddanın özünü aparması həm şagirdlərdə, həm də kənd sakinlərində bir çaşqınlıq yaratdı. […]

Qoşalıq və ya tənhaların qəm nəğməsi…

Hardasa belə bir əfsanə oxumuşam. Guya hər bir insan iki yerə bölünüb. Bu bölünmüş insanlar yer üzündə öz yarılarını axtarırlar. Kim tapırsa, birləşib bütöv, xoşbəxt olur.“Mənim yarım” sözü elə bu rəvayətdən yaranmayıbmı? Kim öz yarını tapa bilmirsə, qalır yarımçıq.Bəziləri, bəlkə də çoxları öz yarı əvəzinə başqasının yarını tapır, sonra səhv etdiyini başa düşüb ayrılırlar.Çoxları da […]

Məqsədim müəyyən edək…

Edvin Loke tərəfindən 1968-ci ildə irəli sürülən qaydaya əsasən, insanlar ətrafındakıların fikirlərinə önəm verməklə, onlara müxtəlif şərhlər edirlər. Daha sonra bu qaydaları öz yanaşma tərzlərinə uyğun olaraq dəyərləndirirlər. Yəni, hərkəs öz xüsusiyyətlərinə görə, nəyin yaxşı, nəyin pis olduğuna, doğru yoxsa yanlış olduğuna, faydalı olub-olmamasına qərar verir. Buna görə də, insan özündə müəyyən məqsədlər yaradır, gələcək […]

Şəxsiyyəti qorumaq mübarizəsi.

Almaniyada bəzi şirkətlərdə yan-yana üç meymun balası heykəli qoyulur. Onlardan biri əlləri ilə gözlərini, digəri qulaqlarını, üçüncüsü isə ağzını bağlayıb. Alman dilində buna “nicht sehen, nicht horen und nicht sprechen” deyirlər. Yəni “görmürəm, eşitmirəm, danışmıram”. Azərbaycandakı dostlarımdan biri isə bu hadisəni mənə bir az zənginləşdirərək danışmışdı. Onun çəkdiyi misalda belə bir əlavə var idi: “görməməyi, […]

Valideynlər üçün 10 prinsip

Yanuş Korçak (1879-1947) böyük polyak pedaqoqu, yazıçısı, həkimi və ictimai xadimidir. O, üç dəfə öz həyatını xilas etməkdən imtina edib. Birinci dəfə: Polşa alman qoşunları tərəfindən mühasirəyə alınmamışdan bir az qabaq Yanuş direktoru olduğu uşaq evini atıb, İsrailə mühacirətə getmək təklifindən imtina edib.İkinci dəfə: Varşava düşərgəsindən qaçmaq təklifindən imtina edib.Üçüncü dəfə: Kimsəsizlər evinin sakinləri yəhudi […]

Zamanı oğurlamaq…

Vaxt öldürmək ən bahalı əyləncədir-deyib Balzak. Bu gün insanlar arasında rast gəlinən şikayətlərin ən başında vaxt azlığı, zaman çatışmazlığı dayanır. “Saat uçur, vaxt qaçır” kimi ifadələr eşidirik. Əslində isə nə saat uçur, nə də zaman qaçır. Məsələ məqsədsiz, plansız yaşamaqdı. Vaxt qızıldan dəyərlidi deyirlər. Amma 1 manatının qədrini bilən vaxtın “qızılının” dəyərini o manat qədər […]