Zamanı oğurlamaq…

Vaxt öldürmək ən bahalı əyləncədir-deyib Balzak. Bu gün insanlar arasında rast gəlinən şikayətlərin ən başında vaxt azlığı, zaman çatışmazlığı dayanır. “Saat uçur, vaxt qaçır” kimi ifadələr eşidirik. Əslində isə nə saat uçur, nə də zaman qaçır. Məsələ məqsədsiz, plansız yaşamaqdı. Vaxt qızıldan dəyərlidi deyirlər. Amma 1 manatının qədrini bilən vaxtın “qızılının” dəyərini o manat qədər bilmir. Bəlkə vaxt rəngsizdi, görünməzdi deyə onun dəyərini dərk edə bilmirik? Bəzi insanlar sanki ölmək üçün yaşayırlar. “Vaxt var idi cavan idim, mənim də bir vaxtlarım olub” deyənlər doludu ətrafımızda. Vaxtın gərək elə vaxtında qədrin biləsən. İş işdən keçdikdən sonra heyifsizlənməyə dəyməz. Bu gün adətən məqsədsiz gənclik ordusu yetişir. Diqqət etsək elə ən çox ” neynədimki axşam oldu” deyəndə onlardı. Bəli, heçnə etmirlər və axşam olur. Bu qədər ediləsi işlər varkən heçnə etmirlər. Səhər çayxananın yanından keçdikdə orda oturanı axşam qayıtdığınd
yerindən tərpənməmiş, səhərki vəziyyətdə yenə orda görürsən. Məlum olur ki, bu gün o qızıl vaxtını bura sərf edib və axşam şikayət edəcək ki, axı mən nə etdimki hava qaraldı. Ay qardaş, bəs sənin bütün günü orda oturmağın zamanından çalmırmı? Sən oturanda vaxt da sənlə bərabər oturmur, öz işin görür. Onsuz hər birimiz bilirik ki bu həyat fanidi. Ölçülü olaraq bizə verilən zamanın boşa uçub getməsinə izn verməməliyik. Bu gün olanlar sabah olmaya bilərlər. Ona görədə ediləsi işləri elə bu gün vaxtında etmək lazımdı. Hər şey düzgün bölgüdən başlayır. Axşam yatarkən sabahın planın quran insan bu həyatda daim bir addım öndədir. 1 günə nələr sığışdırmaq olar, heç düşündünüzmü? Vaxtında yatmaq, vaxtında oyanmaq. Gün boyu heç deyilsə 5 misra bir şey oxumaq, gündəmlə maraqlanmaq, ən əziz olanını 5 dəqiqəlik yad etmək, şəhəri avaralanmaq əvəzinə bir tarixi yerə baş çəkib keçmişi öyrənmək, gələcək üçün nəsə əldə etmək və s. Bütün bunlar 1 günə sığışan işlər

Telefonu əlimizə alırıg, mesajlaşmaq, oyun oynamaq, video izləmək deyərkən bir baxırıq 3 saatımız gedib.Həm vaxt itkisi, həm də sağlamlıq… Məktəb vaxtı bir müəllimin sakit, xoş rəftarından sui-istifadə edərək onun dərsinə məhəl qoymur, elə hey söhbət edirdik. Müəllim öz axarında dərs deməyə davam edirdi. Biz ondan nəyə gərəkdi, biz sakit oturarıq, sizdə özünüzü yormayın deyirdik. Cavabında bildirdi ki, dövlət mənə maaş verir. Mən səhər əziyyət çəkib qalxıb bura gəlirəm. Vaxtımı boşa keçirə bilmərəm. Mən heçnə itirmirəm. İşim nədi onu da edirem. Siz isə həm işinizi görmürsüz, həm də vaxtınızı boş yerə itirirsiz. Uşaq olarkən bu məsləhətin tam dərinliyinə vara bilməmişdim. Ama bu gün kaşki deyirəm. Kaşki vaxtımı lazım olana sərf edərdim. Boş s

İşgüzar bir insan olaraq 525-ci qəzetin baş redaktoru Rəşad Məcidin məsələylə bağlı fikrini öyrənmək istədim. Ona görə əsas zaman oğruları nədir və o vaxtını səmərəli keçirmək üçün nələr edir?

Sosial şəbəkələr və tədbirlər mənim vaxtımın çox hissəsin oğurlayır. Mənə görə günü, hətta həftəni öncədən planlaşdırmaq lazımdı. Vaxta qənaət etmək üçün bunu etmək lazımdı. Məm məhz plan sayəsində 1 günə xeyli iş sığışdıra bilirəm. Səhər dəzin kənarında 2 saat piyada gəzirəm, vacib tədbirdə iştirak edirəm, günortadan sonra redaksiyanın işlərini həll edirəm, axşam hətta valideynlərimə baş çəkməyi də günə sığışdıra bilirəm. Məhz günü planlı bölməyim sayəsində.

Dərk etsək ki, 1 saat sonra biz indiki saata dönə bilməyəcəyik, vaxtdan bərk yapışarıq. Çayxana, küçə tinləri, facebook, mənasız tv verlişləri, bizə heçnə qatmayan əksinə bizdən alan seriallar və başqa oğrulardan zamanımızı qorumalıyıq. Bu həyat bir sınaqdır. Hər yeni günün bitməsi ilə bir imtahan başa vururuq. Müvəqqəti, qısa həyatın sınağından üzü ağ çıxmaq üçün vaxtımızın qədrini bilək.

dialoq.info

Kəmalə Rəsulova

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər