Şəxsiyyəti qorumaq mübarizəsi

Almaniyada bəzi şirkətlərdə yan-yana üç meymun balası heykəli qoyulur. Onlardan biri əlləri ilə gözlərini, digəri qulaqlarını, üçüncüsü isə ağzını bağlayıb. Alman dilində buna “nicht sehen, nicht horen und nicht sprechen” deyirlər. Yəni “görmürəm, eşitmirəm, danışmıram”. Azərbaycandakı dostlarımdan biri isə bu hadisəni mənə bir az zənginləşdirərək danışmışdı. Onun çəkdiyi misalda belə bir əlavə var idi: “görməməyi, eşitməməyi, danışmamağı qəbul edirəm, amma hiss etməməyimi istəmə, o mənlik deyil”.
Gün kimi aydın olan həqiqətlərə qarşı gözlərimizi yumsaq da, onlar yox olmurlar. Problemlərin üstündə kürt oturmaq onları aradan qaldırmır, əksinə verdiyimiz istilik problemlər üçün körük rolunu oynayır. Xalçanın üstündəki toz-torpağı silib altına yığmaqla iş qurtarmır, sadəcə müəyyən müddətə gecikdirilir və bu mənada işimizi daha da artırmış və çətinləşdirmiş oluruq. “Görməsinlər, eşitməsinlər, danışmasınlar” – sanki müdir işçinin maddi imkanını təmin etməklə ondan mənəvi imkanlar sahəsində pəhriz tutmasını istəyir. Bəli, bu, işçi qarşısında qoyulmuş həqiqəti inkar, özünü inkar, şəxsiyyətini inkar tələbidir. Əsl mübarizə də elə bu an başlayır: ev-eşiyi, arvad-uşağı fikirləşərək meymun roluna girmək, yoxsa şəxsiyyət olduğunu yada salaraq yenidən dirilmək. E. Kamminqs bu barədə belə deyir: “Hər vəchlə səni digərləri ilə eyniləşdirməyə çalışan bu dünyada ən çətin mübarizə özünü qorumaq, özün olaraq qalmaqdır. Bu mübarizəyə girişmisənsə, artıq heç vaxt döyüş meydanından çıxa bilməyəcəksən!”
“Ayaq üstə dayananın ətrafında gəzərlər, yerdə uzananın isə üstünə çıxarlar” sözləri ilə bu əsrin insanlarına səslənən Konfutsi hamını minnətdən hörmət-izzətə dəvət edir. Hörmətli olmaq çox çətindir. Minnətli olmaq isə əksinə çox asandır, yalnız gərək şəxsiyyətindən imtina edəsən. “Şəxsiyyəti qorumaq” mübarizəsinə girmiş döyüşçü qarşısına çıxacaq acı sürprizlərə hazır olmalıdır.
Döyüşçü bu şərəfli yola özünü mühakimə edərək başlayır. Necə, hansı yolla, nəyin uğrunda kimi suallara veriləcək cavabını qətiləşdirdikdən sonra döyüş meydanına atılır. Bu yolda qarşılaşacağı ən kiçik səhvlərə belə o, gözlərini yuma bilməz. Bəzilərinin “işi böyütmək lazım deyil” deyərək, “sabitliyi və rahatlığı qoruduğu” bir vaxtda o, haqq səsini hamıya duyurur. Onu narahat edən məsələ insanların haqqına qurban verilmiş Haqqın haqqıdır. Əgər bilsəydik ki, bu gün qarşımıza çıxan problemlərin həlli dünənimizdədir… Əgər bilsəydik ki, dünənki həll yolları bu gün sabahımız üçün yeni problemin əsasını qoyur… Əgər bilsəydik ki, fillərin yükünü qarışqalar daşıya bilməzlər… Əgər bilsəydik ki, axar sular belə bulanmadan durulmur… Amma təəssüf ki, bilmirik və bunu bilmədiyimizi də bilmirik.
Yazıq insanların mədəni-mənəvi ehtiyaclarını orta əsrlər mentalitetinin yoğrulduğu qəliblərə yerləşdirməyə çalışırıq. Və əsrlər boyu bu qəlibi onlara ideal forma kimi təqdim edirik. Amma yaddan çıxartmayaq ki, o yazıqların ahını almaq çox təhlükəlidir. Necə deyərlər, alma məzlumun ahını, çıxar ahəstə-ahəstə.

Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı
Müəllif SƏLİM ÖZDƏMİR

kayzen.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər