Ailə psixologiyası kursu

11 may 2014-cü il tarixində saat 16:00-da Psixologiya və Konsultasiya Mərkəzində (PCC) psixoloq ELNUR RÜSTƏMOVUN təqdimatında “Ailə psixologiyası” kursu keçiriləcək. Kursun proqramı: Kursun müddəti: 32 saat (həftədə 2 dəfə olmaqla 2 ay)Kursu bitirənlər sertifikatla təmin olunur.Tələbələrə 20 faiz endirim Əlavə məlumat və qeydiyyat üçün: Psixologiya və Konsultasiya Mərkəzi Caspian plaza 1, 11-ci mərtəbə, Cəfər Cabbarlı […]

Səhər tezdən oyananlar daha xoşbəxtdir

Erkən yatıb, erkən yuxudan oyananlar digərlərindən fərqli olaraq, daha xoşbəxtdir. Ailem.az-ın xəbərinə görə, araşdırmalar zamanı bu nəticə ortaya çıxıb. 17-38 yaş arasında 435, 59-79 yaş arasında 300 insanın yuxu vərdişləri və əhvalı dəyərləndirilib. Nəticədə erkən yatıb, erkən yuxudan oyananların daha xoşbəxt olduğu, gec yatan və oyanmaqda çətinlik çəkənlərin isə 8 saat iş marafonuna güclə tab […]

Roberto Cavalli

İtaliyalı dizayner Roberto CovalliDoğum tarixi: 15 noyabr, 1940-cı il Doğulduğu yer: Florensiya, İtaliya “Roberto Cavalli” brendinin əsası 1960- cı ildə İtaliyanın Florensiya şəhərində qoyulub. Məşhur impressionist Cuzeppe Rossinin nəvəsi Roberto Kovalli karyeraya futbolkalar üzrəində yazılar işləməklə başlayıb. Bu futbolkalar Sen-Trope dənizi sahillərində istirahət edənlərə satılırdı. Bu gün Kavallinin kolleksiyasını məşhur və varlı adamlar alır. Misal […]

Antidepressantlar asılılıq yaradırmı?

Əhali arasında antidepressantlar haqqında bəzi səhv fikirlər yayılıb. Bu səbəbdən də antidepressant dərmanlar haqqında bir sıra nüansları qeyd edirik: Antidepressantlar nədir? Antidepressantlar təkcə depressiyanın yox, həm də həyəcan, təşviş, panik atak, obssesiv-kompulsiv pozuntu, sosial fobiya kimi xəstəlikərin müalicəsində ilkin seçim peraparatlarıdır. 30-dan çox ayrı-ayrı forması olmasına baxmayaraq, əsas 4 geniş qrupu var. Antidepressant dərmanların təsir […]

Musiqi immun sistemini gücləndirir

Çoxumuz sakitləşmək və yaxud əksinə, gümrahlıq əldə etmək üçün, hətta depressiyadan azad olmaq məqsədilə də musiqiyə qulaq asırıq. Musiqinin neyrokimyəvi üstünlükləri ondadır ki, o immun sisteminin gücünü artırır, həyəcanı azaldır və əhval-ruhiyyəyə təsir göstərir. Bu qənaətə MakGill universitetdəki kanadalı psixoloqlar gəlib. Onlar əmindir ki, musiqiyə daha diqqətli olmaq və onu müalicə məqsədləri ilə istifadə etmək […]

Abituriyentlərin İMTAHANA psixoloji hazırlığı

Qəbul imtahanları yaxınlaşır. İstədiyin nəticəni ala bilmirsən? İmtahan həyəcanına bizimlə son qoy! Bu treninq Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmovun təqdimatında keçiriləcək. Proqram sizə nə vercək: Stressdən azad olma Əlavə məlumat və qeydiyyat üçün: Tel: (012) 480-36-29Mob: (055) 257-27-00Ünvan: C.Cabbarlı 44, Caspian Plaza I, 11-ci mərtəbə Psixoloji semminarlar Psixologiya və Konsultasiya Mərkəzində keçirilir

Mayın 2-nə olan astroloji proqnoz

QOÇ – Daima ünsiyyətdə olduğunuz doğma və yaxınlarınıza xüsusi qayğı göstərin. Çünki planetlərin bürcünüzdəki neqativ düzülüşü hər türlü mübahisədən qaçmağa əsas verir. İstirahət etməyə dəyər. BUĞA – Gün ərzində əsas idarəetmə öz əlinizdə olacaq. Odur ki, qarşıya qoyduğunuz məqsədlərə yetişməkdə bir qədər israrlı olmağınız vacibdir. Hər şeydən öncə informasiya toplamağa çalışın. ƏKİZLƏR – Ailə-sevgi münasibətlərinə […]

Uşaqlar üçün ən faydalı 10 qida

Bu qidaları uşaqlarınızın rasionundan əskik etməyin Gələcəyimiz olan uşaqların sağlam böyüməsi üçün sağlam mühit və qidalanma vacibdir. Ailem.az mütəxəssis fikirlərinə əsaslanaraq, uşaqlar üçün faydalı 10 qidanı sizə təqdim edir. Bu qidaları uşaqlarınızın qida rasionundan heç vaxt əskik etməyin. Uşaqlarınız üçün çox əhəmiyyətli olan meyvələr onların qidalanmasının mühüm bir hissəsidir. Axşam yeməyindən əvvəl iki yerə bölünmüş […]

Hiperaktiv uşaqlar

Fəal uşaq yaxşıdır. Yəni bu o deməkdir ki, uşaq ilk növbədə sağlamdır. O qacır, tullanır, yıxıb-dağıdır, dalaşır, dişləyir, rəqs edir, mahnı oxuyur və s. Belə uşağın anası ancaq uşaq yatanda sevinir. Sən nə gözəl yatırsan! Hər bir valideyin dünyaya sağlam övlad gətirmək arzusu ilə yaşayır. Təəssüf ki, bir sıra uşaqlar bu və ya digər fiziki, […]