Roberto Cavalli

İtaliyalı dizayner Roberto Covalli
Doğum tarixi: 15 noyabr, 1940-cı il
Doğulduğu yer: Florensiya, İtaliya

“Roberto Cavalli” brendinin əsası 1960- cı ildə İtaliyanın Florensiya şəhərində qoyulub.

Məşhur impressionist Cuzeppe Rossinin nəvəsi Roberto Kovalli karyeraya futbolkalar üzrəində yazılar işləməklə başlayıb. Bu futbolkalar Sen-Trope dənizi sahillərində istirahət edənlərə satılırdı.

Bu gün Kavallinin kolleksiyasını məşhur və varlı adamlar alır. Misal üçün, Cenifer Lopez, Madonna, Holli Beri, Salma Hayek və Stinq “Roberto Cavalli” brendinin geyimlərinə üstünlük verirlər.

R.Kavalli ilk geyim kolleksiyasını 1972-ci ildə işləyib. Bu kolleksiyaya daxil olan geyimlər cins parçadan tikilimişdir. Onu da qeyd edək ki, Kavallinin geyimlərinə qədər bu material işçilər üçün geyimlərin tikilməsində hazırlanırdı.

Kovallinin ilk kolleksiyasından sonra isə dizaynerlər fikiк verdilər ki, o, yeni tikiş üslubu icad edib. Kavalli sonradan bunu bütün dünyaya nümayiş etdirdi. O, geyimlərə lazer vasitəsilə rəsm çəkmək üsulu ilə dəb sevərləri tanış etdi. Bununla yanaşı Kavalli dizaynerlərə sübut etdi ki, dəridən yalnız üst geyimi deyil, çox gözəl ziyafət paltarları da tikmək olar.

Təcrübəsi artdıqca Kovalli geyimlərində Afrika və vəhşi təbiət motivləri də istifadə etməyə başladı. Bununla da o, çox məşhurlaşdı. Məhz o, vəhşi qadın obrazını dəb aləminə gətirdi.

O, Amerikada ilk butikini 1999-cu ildə açıb. Geyim kolleksiyasına tədricən alt və çimərlik geyimləri, çanta, ayaqqabı, saat, uşaq geyimləri, eynək və başqa aksesuarlar da əlavə olundu. 2002-ci ildə isə xanımlar üşün ilk “Roberto Cavalli” ətri, 2003-cü ildə kişilər üçün “Cavalli Man” ətri satışa çıxarıldı. 2007-ci ildə Kavalli artıq İsveçrə konserni ilə əməkdaşlıq etməyə başladı və “casual” tərzində kostyum və ziyafət geyimləri kolleksiyada işıq üzü görür.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər