Musiqi immun sistemini gücləndirir

Çoxumuz sakitləşmək və yaxud əksinə, gümrahlıq əldə etmək üçün, hətta depressiyadan azad olmaq məqsədilə də musiqiyə qulaq asırıq.

Musiqinin neyrokimyəvi üstünlükləri ondadır ki, o immun sisteminin gücünü artırır, həyəcanı azaldır və əhval-ruhiyyəyə təsir göstərir. Bu qənaətə MakGill universitetdəki kanadalı psixoloqlar gəlib. Onlar əmindir ki, musiqiyə daha diqqətli olmaq və onu müalicə məqsədləri ilə istifadə etmək lazımdır.

Təhlil müəllifləri Mona Liza Çanda və Daniel Levitin qeyd edir ki, musiqi bəzi xəstəxanalarda səhhətin gücləndirilməsi, xəstələrin halının yaxşılaşdırılması, həmçinin ağrı hissinin azaldılması üçün istifadə olunur.

Bunu həkimlər intuitiv anlayır, lakin, bu günə qədər həmin bu elmi təsdiqini tapmamışdır. AnchorBuna görə də Çanda və Levitin 400-dən çox musiqi və neyrokimyəvi proseslərin bağlılığını öyrənən tədqiqatların meta-təhlilini aparıblar. Bu meta-təhlilin nəticəsində musiqinin köməyi dəyə biləcək dörd istiqamət tapılıb:

  • Mükafat, motivasiya və həzz – məsələn, qida qəbulunda yaşanan problemlərlə mübarizə kimi;
  • Stress və coşma – həyacanı azaltmaq üçün;
  • İmmunitet – musiqi vasitəsilə immun sistemi gücləndirmək, qocalma prosseslərini yavaşlatmaq olar;
  • Sosial adaptasiya – musiqi güvənliyi və sosial bağların gücünü artıra bilər.

İş ondadır ki, musiqi ilkin dörd neyrokimyəvi sistemə təsir göstərir və dofaminin, apioidlərin, kortizolun, serotoninin və oksitosinin qana işləməsində kömək edir. Alimlər ümid edir ki, klinikalarda həyata keçirilən əvvəlcədən düşünülmüş musiqi terapiyası bu istiqamətdə növbəti addım olacaq.

Narinc.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər