3 nöqtədə Dəniz…

Dənizin təzadlarını sevirəm .. Dalğaların son mənzilinə yetişməsi, eyni yerdən torpağın iməklərcəsinə irəli uzanması … ya da hər an gəmini uda biləcək sulara meydan oxuyan gəmilər.. Dünyanın bütün sahilləri başqa-başqadır. Vətən də doğma sahilimdi, uzaqda qəribsədiyim. uzun uzun dənizə baxdığımda üfüqdən , üfüqün taa o biri tərəfindən göndərilən salamları, gileyləri ,sevgi sözcüklərini eşidirmiş kimi oluram […]

PS: Oxumayın,Burada Özünüzü Tapa Bilərsiniz!!!

Hər insanın ağlından keçər bir gün çəkib getmək olduğu diyarlardan. Baş götürüb getmək inadına bütün tərsliklərin, problemlərin, göz yaşlarının, qırğınlıqların.. Bütün səni həbs edən zəncirlərin acığına çıxıb getmək ürəyinin apardığı yerlərə…. Hər insanın ağlından keçər bir gün Xəyanət etmək, ən çox sevdiyinə. Ən çox can yandırdığına,ən çox əmək verdiyinə.. Dəyərsiz olduğunu gördüyü o an hər […]

CƏNNƏT – mənim gözlərimdə….

   Bir dünya istəyirəm ki,yerin çoxu su,azı torpaq olsun.  Onda bütün insanlar dəniz görə bilərdi.  İnsanlar əlini tutan birisi olmayanda ayağını sığallayan dənizlə təsəlli tapa bilərdi.   Bir dünya istəyirəm ki,hər yer yamyaşıl olsun.  Hündür binalar göy üzünü bağlamasın.  Uca dağlar buludlarla baş-başa versin.  Heç ayrılmayacaqmış kimi görünən sevgililər kimi.    Bir dünya istəyirəm ki,insanların […]

BİZİ özündən QORU ATA!!!

Bir uşağın başına gələcək, uşaqlığını əlindən alacaq və sonrakı inkişafı, həyatı, fərdi xarakteri və şəxsiyyət kimi formalaşmasına təsir edən ən böyük travmalardan biri də ailəiçi şiddət görməsi və ya məruz qalmasıdır. Ata onun gözündə böyük bir məbəd idi… Ən güvənli sığınacaq,ən uca zirvə idi… Bütün problemlərin açarı idi Ata, bütün çətinlikləri asan edən idi onun […]

Anasına Aşiq Oğullar…

Özünə qayıdır hər şey, özünə,anne-sevgisi Günəş istisini çəkir içinə, Küləklər hirsini çəkir içinə, ətrini içinə çəkir çiçəklər. Özünə qayıdır hər şey, özünə, Qoy, ana, başımı qoyum dizinə, mən də qayıtmışam… (Ramiz Rövşən) Bu hal nə zaman baş verir? Ümumiyyətlə, tez-tezmi təkrar olunur. Psixologiyada belə bir anlayış var: Psixoloji travma. Bu travma haqqında danışaq, amma kişilərin […]

Ölüm Qorxusu

“Həyat və ölüm bir-birinə bağlıdır; eyni anda mövcud deyil; lakin iç-içə keçmişdir. “(İ.Yalom) Ölüm,yalnız üzləşmə vəziyyətində qaldığımız yeganə təcrübədir; varlığımızı və təbiətimizi anlamaq üçün isə ən əhəmiyyətli anlayışlardan biridir. İnsanlar fərqli mədəniyyətlərdə ölümlə əlaqədar olaraq həm ortaq, həm bir-birindən fərqli bəzi davranışlar inkişaf etdiriblər. Məsələn, bəzilərimiz passiv bir şəkildə ölüm faktını qəbul edərkən, bəzilərimiz onu […]

Qarlı Bir Qış Sabahı…

Bugün bütün duyğularımı çıxarıb qəlbimdən,yağan qara sipər etdim. Bəlkə üşüsünlər, bəlkə donsunlar,biraz keyləşsinlər… Bəlkə onda həssaslıqlarını bir qədər itirib ürəyimə azacıq aman verərlər deyə… Hər birinə bir qar danəsi düşdü,amma bəzilərinə birdən daha çox. Bəzilərinin don tutmasına bir qar danəsi kifayət edərkən,bəzilərini üşütmədi belə! Donmuş duyğulardan incə bir soyuq sızır qəlbimə… Narın –narın işləyir qəlbimin […]