O və Mən ya da Onsuz Mən

Rejissorlar filmlərdə çox şişirdirlər. Həyatda hər şey daha sadədir. Həyatda nə musiqi çalınır fonda, nə də külək əsir. Həyatda sadəcə görürsən və sevirsən. Bizdə də belə olmuşdu. Biz onunla başqa dünyalarda doğulmuş, başqa insanlardan tərbiyə görmüş və fərqli dünya görüşlərinə sahib olmuşduq. Mən çox kitab oxuyurdum o isə bir kitabı bir ilə zorla qurtarırdı. Mən […]

FİL QULAĞINDA YATAN ƏHALİM

Ah insanlar… Psixoloqlara qarşı olan ön yarğısı bol xalqım… Düşünmədən, bilmədən qərar verən əhalim… Heç bilirsinizmi nə edirsiniz? Nəyə qarşı ön yarğılısınız? Ya da heç bilirsiniz mi ön yarğı nədir? Ön yarğı… İnsanın biopsixososial xüsusiyyətləri səbəbilə bir çox vəziyyətdə təzahür etməkdədir. Seçimlərimizdən, verdiyimiz qərarlara qədər fərqində olmadan önyarğılarımızın təsiri altında oluruq. Önyarğı digər şəxs və […]

UŞAQLARINIZI QORUYUN

Mən 4-cü kurs tələbəsi Aydan Sabirli, məni narahat edən məsələyə diqqət çəkmək istədim. Uşaqlarımızı nə qədər qoruyuruq? Müşahidələrimdən gəldiyim nəticələrə əsasən gördüyüm mənzərə məni qətiyyətlə narahat etdi və bunu paylaşmaq istədim. Psixoloji problemlərə nəyin ki, yetkin və yeniyetmədə həmçinin uşaqlarınızda da rast gəlinir. 2014-ün yayı Türkiyədə narkotik maddə istifadə edən yeniyetmələrlə və gənclərlə təcrübəm əsnasında […]

Bir Qadın Yalnız Qalarsa

Bir Qadın yalnız qalarsa….. Yalnızbaşına ağlarsa… Bax bu bütün fəlakətlərin başlanğıcı deməkdir həyatında. Arzuların yıxımı, uçqunlar altında qalmış ümidlərin işartısıdır ən son anda… Bir qadın yalnız qalarsa.. Gözlərindən axan hər damla yaşda gün gələr boğar ONU! Qadın məhv edər Onu… Damla-damla axıdıb ürəyindən, nifrətinin atəşində qurudar onu… Ağlayar… ağlayar…. Susar… Güclənər, düşünər, ayağa qalxar… Irəli […]

Cəlil Cavanşir – ŞEİRLƏRİ

bilirsən də, mən darıxan adamam bilirsən də, çox içirəm gecələr bir də hava tutuldumu… zülümdü! sonra hamı yaddan çıxır yada düşür bir nəfər… allah haqqı darıxıram qurban olum qayıt gəl… bir az saat əqrəbləri, bir az gecə vicdansız qıvrılıram, sıxılıram ürəyim səksəkədə niyə belə daşürəksən, niyə belə amansız? qayıtsaydın, sabahacan sevişərdik bəlkədə… allah haqqı darıxıram […]

Aytac Hümbətova ( Şeirlər)

Nəfəs al ruhum! Sadəcə nəfəs! Gecəni gündüzü özünə burax Zülmətdən duyduğun tiz cığlıqları Səssizcə, sakitcə səsinə burax… Qəlbinlə ağlının arasındakı Qarmaşalardan qurtul… Küskünlüyü özünə burax Nəfəs al Ruhum! Sadəcə nəfəs! Vicdanli görünmək dəbdəbəsindən, Dahilik, kamillik mərtəbəsindən Qurtul kamilliyi özünə burax.. Qurtul idrakının tələlərindən.. Qurtul aynalarda gördüklərindən Ütülü görünmək sevginden qurtul Çirkinsən, çirkinliyi özünə burax… Qurtul […]

Azadlıq Xoşbəxtlikdir

Əslində insanlar hər zaman azadlığa can atır, azad olmağa çalışır. Ancaq bunu heçvaxt bacara bilmir… Çünkü, əvvəlcə nəyin kimin əsiri olduğunu axtarmağı bilmir… Fikrimcə xoşbəxtlik və azadlıq mövcud ən mükəmməl sinonimlərdir. Hər şeydən öncə xalq olaraq azadlığa can atır insan, sonra fərd olaraq, şəxsiyyət olaraq.. Ancaq bütün bunların hamısını bacardıqdan sonra belə azad ola bilmir. […]

Məğlub yox qalib olmalıyıq!!!

Həyatda bizə geri qayıtmaq şansı verilməyib! Hər birimizin ağlından keçmişdir. Həyat nədir? Biz kimik? Niyə yaranmışıq? və.s kimi sualları hər birimiz özümüzə və yaxud da başqasına vermişik. İnsan var olandan bu suallara müxtəlif yanaşmalar olmuşdur. Filosoflar, alimlər bu suallara müxtəlif cavablar vermişlər. Onların bəziləri dinə, bəziləri isə məntiq və ağıla əsaslanaraq cavablandırmışlar. Bəs, biz niyə […]

Cəlil Cavanşir: “Əlvida, kədər!”

Zaman o zaman idi ki, yanlış qadınlara aşiq olub, kədərli dostlarla oturub, ucuz içkilər içirdik. Həyat olduqca kədərli, günlər bir-birindən hüznlü keçirdi. Başıma çəkdiyim hər badədən sonra bir peşmançılıq bürüyürdü məni. İçməsəm, keçərmi? Keçməsə içimmi? İçirdim keçmirdi. Keçmirdi içirdim… Hər dəfə sonuncu badədən sonra bir tövbə duası süzülürdü sərxoş dodaqlarımdan. Amma sabahısı yuxudan əzgin, darmadağın […]

Nə olar məni bağışlayın, mən ağlaya bilmirəm

Bugünlərdə belə bir hadisə ilə rastlaşdım. Doğum evində bir ailə yeni doğulacaq nəvələrinin gəliş xəbərini gözləyirdilər. Və nəhayət bu xəbər gəldi. Ana, qaynana, qaynata, ata, qardaş, bacı hamı sevincindən və saatlardır çəkilən stress səbəbindən kövrəlir, göz yaşlarını saxlaya bilmirdilər. Bir xanım var idi aralarında. Nə qədər həyəcanlı olduğu duruşundan, əllərinin titrəməsindən, ilk dəfə qazandığı bibilik […]