Ülkər Qədiyeva – SEVGİ NƏDİR

Sevgi nədir? Sevgi Allahın bizə bəxş etdiyi ən gözəl duyğulardan biridir…dərk edilməyəcək qədər sadə, müqəddəs hissdir. Tam mənası ilə həyatın özüdür. Sevgi əbədiyyətdir, izahı olan və izahı olmayandır, yazmaqla bitməz bir dastandır, oxumaqla qurtarmaz bir romandır, həzin bir musiqi kimi insanın huşunu başından alan bir duyğudur. Özəl və gözəl duyğu. Bəzilərinə görə bəlkə də ən […]

Qönçə Xəlilzadə – HƏR TƏRƏF SAPSARI

Hər tərəf sapsarı..qızılı rəngə boyanmışdı.Gözlərim önündən keçən insanların ayağı altında qalan yarpaqların xışıltısı məni daha da həyəcanlandırırdı. Bu həyəcan nə sevincdən, nə də kədərdən doğmuşdu. Bu həyəcan vaxtsız gərçekləşmiş bir ümidin bəlirtisi idi. Heç bilmirdim sevinim ya qürurlanım. Uzaqdan gülüşləri qulaqlarda çınlayan iki gəncin bəxtəvərcəsinə gedişi mənə belə pıçıldadı:qürurlanmağa dəyər. Axı bu ədalı iki gəncin […]

Nərmin Xanalızadə – MƏNİM SEVGİM

Sevgi nədir? Bu sual əslində çox sadə görünsədə və hər kəs tərəfindən eyni cavab verilsədə mən kiməm? sualına verilə biləcək qədər rəngarəng və çoxlu cavaba malikdir. Əfsuslar olsunki insanların çoxu bunun fərqində deyillər və hər kər eyni cavabları verərik sanki sevgi boş bir şeymiş kimi davranırlar. Əslində necə eyni cavab vermək olarki bu suala? Axi […]

Lalə Əhmədova – SƏNSİZLİKDƏN DOYMUŞAM…

Doymuşam sənsizlikdən Yoruluram günbəgün Xəyallar qurub sonra “Çox heyf, olmaz” deməkdən… Doymuşam sənsizlikdən, Səni xatırlayaraq gülümsəyib “O günlər bir də dönməz” deməkdən. Doymuşam sənsizlikdən, Sənsizlik nə yamanmış, Nə qədər çalışsam da heç öyrəşə bilmirəm, Sənsizlik bir üfüqmüş, Nə qədər yerisəm də sona çata bilmirəm… Doymuşam sənsizlikdən! Bəsdir,yetər bu həsrət Necə də acı imiş unutmağa çalışmaq, […]

Seymur Su – SƏNDƏN ÖNCƏ,SƏNDƏN SONRA

Seymur Su – “Səndən öncə, səndən sonra” kitabından “Ağac” şeri. mən sevgiliyəm qağayıların səslərinə. sən mənim içimdə çağlayan dənizim olmusan.. ölülər günlərlə unudulur, üçü, yeddisi, qırxı unutdurur onları.. axı sən ölü deyilsən, axı sən illərlə doğmalaşırsan.. artıq neçə illik əzizim olmusan.. keçib illərin: birin, ikin, üçün.. metro çıxışlarında axtarırsan məni, sənsizliyimin borcunu almaq üçün.. qarğışlarını […]

Təhminə Hümbətova – AZADIN AZADLIQ SEVGİLİSİ

​Azadın azadlıq Sevgilisi… Şəhid Azad Abbasovun xatirəsinə… “ Sevgi nədir?” sualına mən bu yaşanmış olan oçerk ilə cavab verərdim: Uilyam Şekspir belə deyib: “Amal sevgi uğrunda ölmək deyil, uğrunda ölünəcək sevgi tapmaqdır”. Uğrunda ölünəcək sevgi isə azdır bu həyatda… Həyat öz axışıyla davam edirdi. Ümidlərin pənah apardığı yerdə iki sevgili bir-birinə qovuşmaq eşqiylə yaşayırdı. Onlar […]

Günay Babazadə – SEVGİNİN SEHRİ

​Sevginin sehri Mövlanəyə görə sevən və sevilən üçün ayrılıq yoxdur. Sevgi həqiqi olarsa, maddi məsafənin də heç bir əhəmiyyəti olmaz. Çünki sevginin əsli ruhdadır. Bu həqiqəti Mövlanə çox sadə anladır: -sevənlər sonda bir yerdə görüşməz. Onlar əvvəldən bir-birlərinin içindədirlər. Torpaqda bitən güllər solar gedər. Qəlbdə bitən güllər isə daimi və xoşdur. Mövlanənin bu təbiri “ilahi […]

Əli Rəhimli – SEVGİ NƏDİR

Sevgi nədir!? Necə sevirik!? Hər bir kəsin uşaqlıqdan arzusu var ki,onu hamı sevsin, onunla maraqlansınlar. Hər bir şəxs özünü Don Juana bənzətmək istəyir. Əgər kimdəsə bu alınırsa, bir müddət özünü xoşbəxt hiss edir. Bir neçə qızla eyni anda danışır, hər kəsə “sevirəm” deyir, dostları hətta ona həsəd aparır. Lakin,bir müddət keçdikdən sonra anlayır ki,əslində tənha […]

Nuran Əlili – EY EŞQİ CANANIM

Ey eşqi cananım həyatı dövranım, Ey ömrümün çiçəyi gülüm-baharım, Bumudur verdiyin zulmi əziyyət? Bumudur sevgi dediyin dəhşət? Həyat dövranımın mərkəzisən sən, Dünya aləminin sərhədisən sən, Sərhəd ilə sərhədimin sərhədisən sən , Ey afəti cananım mənim. Sevgi qapısının açarı səndə, Ümman qapısının pənahı səndə, Səni axtarıram bütün cahanda, Qapı açarlarının sahibisən sən, Sevgi diyarında lal olmuşam […]

Nurlan Tahirli – PARK

1-PARK Azca yağış sonrası sərinlik var idi. Bakının tozlu küçələri yenə sübh tezdən küçələri təmizləyən yaşlı, əldən düşmüş qadınların qonağı idi. İnsanın şəhərinə belə müqəddəs vaxtda müqəddəsliyin nə olduğunu unutmuş insanların qonaq gəlməsi acıdır, elə deyil mi? Çünki onlar bu küçələrdə əl-ələ tutub avtobuslara yola salınan qızlardan idilər. Zaman insanın belini bükür. Artıq bu şəhərdə […]