Əli Rəhimli – SEVGİ NƏDİR

Sevgi nədir!? Necə sevirik!? Hər bir kəsin uşaqlıqdan arzusu var ki,onu hamı sevsin, onunla maraqlansınlar. Hər bir şəxs özünü Don Juana bənzətmək istəyir. Əgər kimdəsə bu alınırsa, bir müddət özünü xoşbəxt hiss edir. Bir neçə qızla eyni anda danışır, hər kəsə
“sevirəm” deyir, dostları hətta ona həsəd aparır. Lakin,bir müddət keçdikdən sonra anlayır ki,əslində tənha olan dostları deyil, elə özüdür. Çünki çox qız onu sevsədə hər birinə vaxt ayırsada, qəlbi boş olduğundan tənhadır, təkdir, insan gecələr daha çox tənhalığının fərqində olur. Bu tənhalıq ona əsl sevgini tapmağa güc verir. Nə qədər yıxılsada o, qalxacaq və tapacaq! Və bu sevgi keçmişində olan heç bir münasibətə bənzər olmayacaq. Bu elə bir hissdir ki, onun həsrətində olmusan,xəyallarını qurmusan, lakin onun necə oldugunu bilməmisən.

Əgər sən anlayırsan ki, onun həyatı sənin həyatından vacibdir, anlayırsan ki, onunla sənə maraqlıdır, onsuz hər bir şey sğönük və mənasızdır, əsəblərinə baxmayaraq onunla səbrlə davranırsansa, gələcək planların, arzuların yalnız onunla bağlıdırsa bil ki. sevirsən. Bu sevgini qorumaq üçün hər bir şeyə əl at, hər cür çətinliyi gözə al. Yolunda çox maneələr olacaq. Münasibətdə ehtiras bitdikdən sonra, kiçik münqişələrə artıq göz yumulmur. Ən vacib amil bəhslərdə səbrdir. Qadın elə bir güvvədir ki, öz gücünü dərk etsə, heç bir bəhsə ehtiyac qalmaz. Qadın sevgisindən heçnə deyə bilmərəm, lakin kişi sevirsə o qanıyla, canıyla sevir. Çox nadir hallarda o bu sevgini bütünlükdə biruzə verəcək. Onun fitrətində belə xasiyyət yoxdur. sevgisi böyük olasada. Təbii ki, söhbət əsl sevgidən gedir. Qismətinizə belə bir sevgi çıxıbsa xanımlara məsləhətim, onu dəyərləndirin, amma daima! Sevgi gözəldir,onu anla, duy, yaşa onunla. Sevginə xatir etdiyin şeylərə görə heç zaman heyfslənmə, əgər həqiqətən sevirsənsə…

Əli Rəhimli

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər