Güvən verməyin 19 yolu

Duruşunuz dik olsun: Duruşunuz dik olsa, «Həyatdan qorxmuram və həyatı qucaqlayıram” demiş olarsınız. Ralph Waldo Emersonun bir sözünü xatırlayaq: „Nə olduğunuz o qədər yüksək səslə danışır ki, nə dediyinizi eşidə bilmirəm.” İmkanlarınızın əl verdiyi ölçüdə xarici görünüşünüzü yaxşılaşdırın: Görünüşünüz həm sizə, həm də başqalarına çox güclü mesajlar yollayar. Çəkiniz artıqdırsa, çəkinizdən qurtulduğunuz zaman özünüzü daha […]

Düzgün ünsiyyətin sirrləri

Psixologiya elmi mütləq çoxluğun həqiqəti müsbət bir məfhum kimi gördüyünü söyləyir. Kimə soruşsan, dürüstlük, düzgün davranış və həqiqətin yanında olduğunu bildirəcək. Bəlkə siz, həyatınızda həqiqətdən açıq-aşkar imtina edən birini tanıyırsınız, amma 40 illik həyatımda beləsi ilə şəxsən rastlaşmamışam. Əvvəllər çox şey fərqli idi. Bir insan bir gün və ya ay ərzində ən çox 10–15 insan […]

Vəziyyətdən çıxmağı bacarırsınız?

Ötən əsrlərlə müqayisədə son illər insanların xarakteri, dünyagörüşü həddən ziyadə mürəkkəbləşib. Bu gün insanları nə iləsə heyrətləndirmək, təəccübləndirmək son dərəcə müşküldür. Eləcə aldatmaq da. Adamların xarakteri, düşüncə tərzi hətta o qədər mürəkkəbləşib ki, psixologiya elmində uzun illər birmənalı şəkildə qəbul edilən insanın temperament tipinə də təsir göstərib. İnsanı daha yaxından tanımaq üçün ilk növbədə onun […]

Vanqadan 20 tövsiyə

Səhərinizi təbəssümlə açın. Təbəssümlə açılan səhər sizə gün ərzində uğur və sevinc gətirəcək. Hər gün heç olmasa bir dəfə, hətta kiçik olsa da belə bir xeyirxah əməliniz olsun. Bunu etsəniz qocaldıqda keçmişinizə nəzər salarkən yaşanmış illəriniz üçün peşimançılıq keçirməyəcəksiniz. Elə düşünməyin ki, bütün həyatınız hələ qarşıdadır. Bu yanlış düşüncədir. Çünki cavanlıqla qocalıq arasındakı məsafə çox […]

Albert Eynşteynlə Rabindranat Taqorun söhbətləri

Bu danışıqlar Eynşteynin Berlin yaxınlığındakı bağ evində, 14 iyul, 1930-cu ildə baş tutub. Onlar arasındakı söhbət qeydə alınıb və 1931-ci ilin yanvarında «Modern Review» dərgisində çap olunub.Birinci danışıq.14 iyul 1930-cu il.Eynşteyn: Siz Dünyaya qaynayıb-qarışmayan, ondan ayrı olan tanrının varlığına inanırsınızmı?Taqor: Dünyadan qıraqda olan tanrı yoxdur. İnsanın özlüyü–mahiyyəti tükənməz, ölümsüz olduğu üçün də o, Dünyanı qavramağı bacarır.İnsan kimliyinin […]

YAXŞI BİR DİNLƏYİCİ OLMAQ ÜÇÜN NƏ ETMƏLİ?

Əvvəlcə dinləmə səbəbinizi tapın. Dinləmənin tərzləri olduğunu bilirdinizmi? Yaxşı bir dinləyici olmağın ilk addımı da elə dinləmə səbəbinizi tapmaqdır. Yəni dinləməyinizin səbəbi zövq üçündürmü, fikir mübadiləsidirmi, məlumatları qiymətləndirməkdirmi, yoxsa, qarşınızdakının duyğularını anlamaq üçündürmü? Bunu bildikdən sonra qalanını etməyiniz daha asan olacaq. Dinləmə zamanı: Səbrli olun və qarşınızdakı insanın çatdırmağa çalışdığı mesajına hörmət edin. Diqqətinizi danışan […]

Panik Atak xəstəliyi

Panik atak, başda panik pozuntu olmaq üzrə bir çox psixiatrik pozuntularda və bəzi fiziki xəstəliklərdə görülən sıx qorxu, qayğı,narahatlıq qarışığı bir narahatçılıqdır. Günümüzün dəyişən, həyat mühitlərində, həyat qayğılarının artması, maddi və mənəvi xaos ilə qeyri-müəyyənlik vəziyyətinin yaratdığı “heçlik duyğusu” nun çoxalması paralellik göstərən panik atak, bütün dünyada cəmiyyət sağlamlığını təhdid edər ölçüyə gəlmiş vəziyyətdədir. Mütəxəssislər […]

İnsan nə üçün depresiyaya düşür

Səbəbsiz yerə əhval-ruhiyyəm tamamilə enib, heç nədən həzz ala bilmirəm, çox darıxıram, heç bir şey məni xoşbəxt etmir, günlərlə evdən çıxmaq istəmirəm tamamilə tək qalmaq istəyirəm, telefon zənglərini belə götürmək istəmirəm. Axı mən nədən bu duruma düşmüşəm. Mənə görəsən nə olub? Bugünkü həyatımızda bu sualların cavabını tapa bilməyən çox insanlar var. Depresiya- görəsən insanlar nə […]

Müalicəvi mütaliə-biblioterapiya

Klassiklərdən birinin fikrinə görə, kitab ruhun dərmanıdır. Bir müddət əvvəl isə həkimlər sübut ediblər ki, mütaliə həm də güclü sağaldıcı prosedurdur. Bu gün inkişaf etmiş ölkələrin bir çox aparıcı klinikalarında yeni müalicə metodu – biblioterapiya tətbiq edilir. Bu yaxınlarda Liverpul Universitetinin alimləri mütaliə zamanı könüllülərin beyin aktivliyindəki dəyişiklikləri müşahidə ediblər. Məlum olub ki, yüksək poeziyanın […]

Psixoanalitik psixoterapiyanın məqsədi

Psixoanalitik psixoterapiyanın məqsədi şüuraltında yatan ziddiyyətləri, problemləri şüur səviyyəsinə qaldırmaq və bununla da onları həll etmək, çıxış yolu tapmaqdır. Freydin yolunu izləyən psixoanalitiklər xəstənin şüuraltında sıxışıb qalmış problemləri müxtəlif metod və vasitələrlə şüur səviyyəsinə çıxardır və xəstənin də bu problemlərin fərqinə varmasını təmin edir. Klassik psixoanaliz üsulu xəstənin bir neçə il ərzində, həftədə üç və […]