III Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı. 09.06.2019

9 İyun tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “III Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı” baş tutdu. Konfrans 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq artıq üçüncü dəfədir həyata keçirilir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra konfransda iştirak edən hörmətli qonaqlara söz […]

“PSİXOLOGİYA ZİRVƏ” KONFRANSI

Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutu sizi Azərbaycanda ilk dəfə keçiriləcək olan “PSİXOLOGİYA ZİRVƏ” KONFRANSI-na dəvət edir. Konfransda hər biri öz sahəsində peşəkar olan, yerli və xarici mütəxəssislər sizin görüşünüzə gələcək. Siz həmin mütəxəssislərin təqdimatında psixologiyanın müxtəlif bölmələri üzrə məruzələri dinləyəcək, həmçinin workshoplarda iştirak edəcəksiniz. “PSİXOLOGİYA ZİRVƏ” KONFRANSI 25-26 İyul 2019-cu il […]

SAĞLAMLIQ PSİXOLOGİYASI KONFRANSI

07.04.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş SAĞLAMLIQ PSİXOLOGİYASI KONFRANSI keçirildi. Qeyd edək ki, 1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci ildən başlayaraq hər il 7 Aprel tarixində Ümumdünya Sağlamlıq Günü qeyd edilir. Azərbaycan Respublikasının […]

“SAĞLAMLIQ PSİXOLOGİYASI” KONFRANSI. 07.04.2019

Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzi sizi 07.04.2019-cu il tarixində baş tutacaq “SAĞLAMLIQ PSİXOLOGİYASI” KONFRANSI-na dəvət edir.   7 Aprel “Beynəlxalq Sağlamlıq Günü”-nə həsr olunmuş konfrans 2 hissəli təşkil olunmuşdur.  Birinci hissədə hər biri öz sahəsi üzrə peşəkar olan 7 mütəxəssis sizin görüşünüzə gələcək.  1. Elnur Rüstəmov – Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri, […]

“Psixologiya və İnsan Resurslarının İdarə Edilməsi” forumu. 16.03.2019

16 mart 2019-cu il tarixində Psixologiya Elmi-tədqiqat İnstitutunda “Psixologiya və İnsan Resurslarının İdarə Edilməsi” forumu keçirildi. Mövzu üzrə yeni yanaşmalar və perspektivləri təqdim edən forum institutun nəzdində fəaliyyət göstərən Biznes Psixologiyası şöbəsinin təşəbbüsü ilə baş tutdu. Azərbaycan Respulikasının Dövlət Himni səsləndikdən sonra açıq elan olunan forumda ilk olaraq Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov “Psixologiya […]

Bakıda ailə və uşaq psixologiyasına dair beynəlxalq konfrans keçirilir

AMEA Gənc Alim və Mütəxəssislər Şurası və Narınc Uşaq Psixologiya Mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə olaraq “I Beynəlxalq Ailə və Uşaq Psixologiyası konfransı” keçirilir. Konfransdan öncə AMEA Mərkəzi Elmi Kitabxanasında rəsmi açılış mərasimi baş tutdu. 200-ə yaxın iştirakçının, o cümlədən tanınmış yerli və xarici mütəxəssislərin qatıldığı konfransı giriş nitqi ilə AMEA Gənc Alim və […]

YAP Binəqədi rayon Təşkilatı Narınc Uşaq Psixologiya Mərkəzi üzrə ərazi ilk partiya təşkilatı təsis etdi-FOTOLAR

23 dekabr 2016-cı il tarixdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatının inzibati binasında rayon təşkilatının “Narınc Uşaq Psixologiya Mərkəzi” ərazi ilk partiya təşkilatı təsis edildi. Təsis yığıncağında YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov, təşkilatın əməkdaşları Kubra Əliyarlı, Zamin Süleymanov, Şəbnəm Məmmədova, Narınc Uşaq Psixologiya Mərkəzinin rəhbəri Narınc Rüstəmova, mərkəzdə çalışan YAP üzvləri iştirak etdilər. […]

Narınc Uşaq Psixologiya Mərkəzinin əməkdaşı ölkəmizi beynəlxalq konfransda təmsil etmişdir- FOTOLAR

Narınc Uşaq Psixologiya Mərkəzinin Xalqlar Dostluğu ofisinin icraçı direktoru Təranə Kazımlı Türkiyədə Üsküdar Universitetində 28-30 aprel tarixi aralığında keçirilən “ I Avrasya pozitiv psikoloji kongresi”ndə ölkəmizi təmsil etmişdir. Konfransın keçirilməsində əsas məqsəd Pozitiv Psixologiya ilə bağlı bütün elmi araşdırılmaların paylaşılması və bu sahədə çalışan dünya mütəxəssislərinin bir araya gəlməsi idi. Konfransın proqramında dünyanın müxtəif ölkələrindən […]

Azərbaycan Gənc Psixoloqlarının I ümumrespublika forumu keçirilib- FOTOLAR

“ASAN Könüllüləri” Gənclər təşkilatı, “Gənc Psixoloqlar” İctimai Birliyi və Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən birgə təşkil olunan forum “Psixi sağlamlıq istiqamətində həyata keçirilən tədbirlərin dövlətin inkişafında rolu” və “Psixologiya elminin tətbiqi sferalarının inkişafı və təkmilləşdirilməsi istiqamətində görülən işlərin təhlili” mövzuları üzrə iki paneldən ibarət olub. Tədbiri giriş sözləri ilə açan “Gənc Psixoloqlar” İctimai Birliyinin sədri […]

Bakıda möhtəşəm “Mavi işıqla işıqlandır və Autizmi tanı” adlı tədbir keçirildi – 02.04.2016

02.04.2016 tarixində “Narınc Uşaq Psixologiya Mərkəzi“(NUPM) və “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi”(ADPYM) İctimai Birliyi tərəfindən 2 Aprel Dünya Autizm məlumatlandırma günü ilə əlaqədar olaraq Bakı Olimpiya stadionunda “Mavi İşıqla İşıqlandır və Autizmi tanı” adlı tədbir keçirildi. XXI əsrin qlobal problemi hesab edilən autizm ölkəmizdə də ən aktual bir mövzudur.Aparılmış tədqiqatlara görə dünya əhalisinin 1 […]