İnsan qatili DEPRESSİYA
Statistik araşdırmalara görə depresiyaya düşənlərin sayı artır. Hər 100 qadından 20-də, hər 100 kişidən 10-da depresiya keçidi müəyyən olunub. Depresiya nədir? necə yaranır? səbəbi nədir? Elmi araşdırmalar nəticəsində aydın olmuşdur ki, depresiya işdən ayrılmaq, sevdiyini itirmək, ailə problemləri, keçid yaş dövrü və.s problemlər nəticəsində yaranan ciddi pisxoloji pozğunluqdur ki, insanın duyğu və düşüncə davranışına təsir […]
Bender Geştalt ( vizul motor qavrama testi) – 11.10.2015
Bender Geştalt vizual motor qavrama testi 1938- ci ildə L.A.Bender tərəfindən yaradılmışdır. Hər biri ayrı kartlarda yerləşmiş 9 ədəd şəkildən ibarət olan bu test dünya psixoloqları tərəfindən sıxlıqla istifadə edilən bir test üsuludur. 5-11 yaşlı uşaqlara tətbiq oluna bilən bu test vasitəsilə uşaqlarda motor qavramada gerilik, reqresiya, kiçik yaşlı uşaqlarda əqli gerilik və emosianal pozulmaları, […]
Ailələrin kabusu – VAGİNİZİM
Günümüzün artmaqda olan psixoloji problemləri arasında vaginizmin xüsusi yeri vardır. Çox zaman bununla üzləşməyə, bu cür problemimizin olduğunu qəbullanmağa utanırıq. Nəticədə mənəvi gərginlik yaşayaraq depressiv vəziyyətlərin qurbanı oluruq. Tibbi nöqteyi-nəzərdən problemi araşdırdıqda vaginizm-mm, bulbospongiosus, levator ani, adductores femoris qarnın ön divarı əzələlərinin qıcolma şəklində yığılmaları nəticəsində cinsi həyat mümkün olmayan nevrogen xəstəlik olduğunu görərik. Cinsi […]
Qadın əsla unutmaz
Bir qadın əsla unutmaz… Əgər aldadıldığı halda münasibəti davam etdirirsə, bu unutuğu üçün deyil, bağışladığı üçündür, ya da qorxu və narahatlığa görədir. Qorxu və narahatlıqla davam etdirilən münasibət əsla gerçək bir münasibət ola bilməz. Sadəcə rəsmi bir evlilik olaraq davam edər. Əslində təməl sualımız evli qalmaq, ya da boşanmaq deyil, hər iki tərəf üçün də […]
Ailədəki problemləri necə yoluna qoymalı
Ailə ata-ana və övladların qarşılqlı sevgisi və hörməti əsasında var olan müqəddəs qurumdur.Hər bir ailənin öz qanunları,əxlaqi dəyərləri olur.Ailədə məsuliyyətli və əxlaqlı övladların yetişməsində əxlaqi dəyərlərin düzgün təbliğ olunmasının çox böyük təsiri var. Müasir toplumlardai namlı uşaq və yeniyetmə tərbiyəsinə nail olunması üçün hansı məsələlərə diqqət etməli..Müasir dövrümüzdə tərbiyə çox aktual məsələdir.Yaxşı və pis irəliləyişlərin […]
TAT və CAT tematik qavrama testinin tətbiqi və izahı – 04.10.2015
TAT tematik qavrama testi 1930 cu ildə D. Morgan və H. Murray tərəfindən inkişaf etdirilərək tətbiq olunmağa başlamışdır. Test üzərində müxtəlif şəkillər təsvir olunmuş və 1 ədəd boş buraxılmış 31 ədəd kartdan ibarətdir. Bu test 14-40 yaş arası insanlara fərdi olaraq tətbiq olunur. Testin məqsədi insanların şüuraltında yatan , bastırılmış fikir və duyğuları, daxili konfliktləri, […]
Kabusların öhdəsindən necə gəlməli
Kabuslar xam maddəsini qorxularımızdan alan ürküdücü, qorxuducu, narahat edici röyalardır. Yəni gecə terrorudurlar. Kabuslarda tək oluruq. Bir anormaldan qaça bilmərik, bizi hər yerdə tapar. Bir şeytana bıçaq batırarkən plastik kimi bükülür. Həmin an oyanmaq istəyərik. Halbuki, yatağımızda güvəndəyik. Yetkin insanlar ayda bir dəfə kabus görür. Həddən çox yemək yemək, həddən çox stress, yer dəyişdirmə, ağır […]
Xəyanətlə qarşı-qarşıyasınızsa…. Tələsməyin
Xəyanət-odlu silahdan açılan bir güllədir. Fərq ondadır ki, açılan güllə canlını öldürər, amma qarşılaşdığımız xəyanət-illərlə içimizdə yaşayıb bizi dəlik-deşik edər, qəlb yandırar, əzab verər, amma öldürməz. Xəyanətlə qarşılaşmısınızsa, amma onu sizə yaşadanı sevirsiniz və ayrılmaq istəmirsinizsə, aşağıdakılara diqqət edin. Hər şeydən əvvəl, çalışın təmkininizi pozmayasınız. Hirs və qəzəbinizin şüurunuza üstün gəlməyinə yol verməyin. Acığınızı tökməkdən […]
Zəkanı, yaddaşı və diqqəti məşq etdirməyin 7 üsulu
Öz bacarıqlarını genişləndirmək üçün heç də başını keçəl qırxdıraraq Tibetin şəhər kənarında manax olmaq və ya şübhəli özünü təkmilləşdirmə kursuna yazılmaq mütləq deyil. Məsələn, əldə adicə balaca xatırlatma işarələri qoymaq yaddaş texnikasının daha məhsuldar növüdür. Yaddaşın, müşahidə qabiliyyətinin, məntiqin və təxəyyül qabiliyyətinin inkişafı üçün sizə bir neçə faydalı məşq üsulu təqdim edirik. Bu kiçik məşqləri […]
Qarnım niyə böyüyür? 4 təhlükəli səbəb
Qarnın böyüməsi ciddi xəstəliklərin simptomu ola bilər. Bu səbəbdən əgər siz özünüzdə bu simptomu müşahidə edirsinizsə, diqqətli olun, həkimə müraciət edin və lazım olduqda müayinələrdən keçin.Qarnın böyüməsi müxtəlif pozulmalar nəticəsində inkişaf edir. Bu pozulmalar arasında: Abdominal piylənmə (piylərin qarın boşluğunda yığılması). İnsanın orqanizmində müəyyən miqdarda piy olmaldır. Bu normal fizioloji haldır. Lakin orqanizmdə piylərin normadan […]