III Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı. 09.06.2019
9 İyun tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “III Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı” baş tutdu. Konfrans 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq artıq üçüncü dəfədir həyata keçirilir. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra konfransda iştirak edən hörmətli qonaqlara söz […]
“PSİXOLOGİYA ZİRVƏ” KONFRANSI
Müasir Azərbaycan Psixoloqları İctimai Birliyi və Psixologiya Elmi-Tədqiqat İnstitutu sizi Azərbaycanda ilk dəfə keçiriləcək olan “PSİXOLOGİYA ZİRVƏ” KONFRANSI-na dəvət edir. Konfransda hər biri öz sahəsində peşəkar olan, yerli və xarici mütəxəssislər sizin görüşünüzə gələcək. Siz həmin mütəxəssislərin təqdimatında psixologiyanın müxtəlif bölmələri üzrə məruzələri dinləyəcək, həmçinin workshoplarda iştirak edəcəksiniz. “PSİXOLOGİYA ZİRVƏ” KONFRANSI 25-26 İyul 2019-cu il […]
“OBSESSİV-KOMPULSİV POZUNTUNUN YARANMA SƏBƏBLƏRİ VƏ ARADAN QALDIRILMASI YOLLARI”
Aprel ayını tam fərqli konsepsiyalı NƏZƏRİ və PRAKTİK təlimlə başa vururuq. Psixologiya Elmi-Tədqiqat İnstitutu sizi Bakı Dövlət Universiteti Psixologiya Kafedrasının baş müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, “Hipnoz” Psixologiya və Psixoloji Məsləhət Mərkəzinin rəhbəri, konsultant, hipnoterapevt Kamilə Kazımovanın təqdimatında “OBSESSİV-KOMPULSİV POZUNTUNUN YARANMA SƏBƏBLƏRİ VƏ ARADAN QALDIRILMASI YOLLARI” təliminə dəvət edir. Yalnız nəzəriyyə deyil, həmçinin praktik çalışmalarla […]
“Məktəblinin dostu” layihəsi – Psixoloqlara sertifikatlar verildi
“Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu məktəblərin psixoloqlarına sertifikatlar verildi. “Məktəblinin dostu” layihəsi çərçivəsində layihənin tətbiq olunduğu məktəblərin psixoloqları üçün keçirilən təlimlər başa çatıb. Təlimlər Psixologiya Elmi-Tədqiqat İnstitutu, Narınc Psixologiya Mərkəzi və “Məktəblinin dostu” layihəsi çərçivəsində fəaliyyət göstərən Psixoloji Mərkəzin psixoloqları tərəfindən keçirilib. Təlimlərin keçirilməsində məqsəd layihənin tətbiq olunduğu məktəblərdə fəaliyyət göstərən məktəb psixoloqlarının təcrübə keçməsi, […]
SAĞLAMLIQ PSİXOLOGİYASI KONFRANSI
07.04.2019-cu il tarixində Psixologiya Elmi-Tədqiqat İnstitutunda Ümumdünya Sağlamlıq Gününə həsr olunmuş SAĞLAMLIQ PSİXOLOGİYASI KONFRANSI keçirildi. Qeyd edək ki, 1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. 1950-ci ildən başlayaraq hər il 7 Aprel tarixində Ümumdünya Sağlamlıq Günü qeyd edilir. Azərbaycan Respublikasının […]
TURETTA SİNDROMU
Turetta sindromu – spesifik psixonevroloji pozuntudur. İnsanda bir və ya bir neçə müxtəlif tiklər,bəzi hallarda isə koprolaliya ( insanın qarşısını ala bilmədiyi nalayiq sözləri qışqıraraq ifadə edilməsi) ilə müşahidə olunur. Bu xəstəlik genetik meylinə malik olan insanlarda uşaq və yeniyətmə yaşlarında başlanır. Əksər hallarda insan yetkinlik yaşına çatanda simptomların göstəricisi azlır. Sindrom fransız həkim- nəvroluqu […]
“PSİXOLOJİ XİDMƏT VƏ PSİXOTERAPEVTİK FƏALİYYƏTƏ GİRİŞİN ƏSASLARI” təlimi. 21.04.2019
Dostlar, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi, təlim-tədris mahiyyəti daşıyan, ierarxik texnologiyaya əsaslanan İnkişafetdirici və İstiqamətləndirici Təlim Layihəsini təqdim edir. Biz sizi Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloq-psixoterapevti, Bakı Dövlət Universitetinin psixologiya müəllimi Şükran Dədəyevin təqdimatında 3 hissədən və 15 xüsusi istiqamətdən ibarət, tam fərqli konsepsiyalı “PSİXOLOJİ XİDMƏT VƏ PSİXOTERAPEVTİK […]
“Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı təlim. 05.04.2019
Psixologiya Elmi-Tədqiqat İnstitutu sizi “Abituriyentlərin imtahana psixoloji hazırlığı” adlı ÖDƏNİŞSİZ təlimə dəvət edir. Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmovun təqdimatında keçiriləcək təlim qeyd olunan mövzuları əhatə edəcəkdir. 1.Qəbul imtahanına psixoloji hazırlıq; 2.İmtahan stressinin idarə olunması; 3.Özünə inam; 4.Hədəfə yönəlmə; 5.Müvəfəqiyyətə köklənmə; 6.Motivasiya. Təlimin keçiriləcəyi məkan: Psixologiya Elmi-Tədqiqat İnstitutu ( Ziya Bünyadov 38). Təlimin keçiriləcəyi tarix: […]
Hamının kabusu olan FOBİYALAR haqqında
Qorxu təbii bir hissdir. Hər bir insanda digər hisslər kimi sevgi, sevinc, kin, nifrət ,həyəcan və .s. kimi qorxu da hər kəsdə var. Bu hiss insan həyatının ilk həftələrindən yaranır. Belə ki, ilk dəfə anasını görüb tanıyan körpə anasını görməyəndə və ya tanımadığı biri yaxınlaşanda həyəcan, təşviş keçirir və bununla da qorxu hissi ilə ilk […]
“SAĞLAMLIQ PSİXOLOGİYASI” KONFRANSI. 07.04.2019
Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzi sizi 07.04.2019-cu il tarixində baş tutacaq “SAĞLAMLIQ PSİXOLOGİYASI” KONFRANSI-na dəvət edir. 7 Aprel “Beynəlxalq Sağlamlıq Günü”-nə həsr olunmuş konfrans 2 hissəli təşkil olunmuşdur. Birinci hissədə hər biri öz sahəsi üzrə peşəkar olan 7 mütəxəssis sizin görüşünüzə gələcək. 1. Elnur Rüstəmov – Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri, […]