Ailə qurarkən sevginin olması vacibdirmi
Ailə həyatı qurmazdan əvvəl hər bir fərd psixoloji cəhətdən buna hazır olmalıdır. Ailənin hər bir fərdi-kişi və qadın bir-birinə uyğunlaşmağa, fikirlərinə hörmətlə yanaşmağa çalışırlar. Ən azından bu məsuliyyəti özlərində dərk edirlər. Təəssüf ki, hər bir ailədə bu, belə deyil. Ailədə müəyyən səbəblərdən dolayı-diqqət və qayğının göstərilməməsi, sevgi, hörmət hissinin aşılanmaması, uşaqların düzgün tərbiyə olunmaması, maddi və […]
Ana-qız münasibətlərində tarazlıq
İnsan özünə və yaşadıqlarına məna verməyə çalışır. Bu prosessdə təbii olaraq ən böyük diqqət valideynlərin üzərinə düşür. Insan, valideyini ilə keçmişdə qalanları yox, bu gün də davam edən münasibətlərini müzakirə edir, yolunda getməyən münasibətlər üçün bəzən onları, bəzən özünü günahlandırır. Bağışlamağa, bağışlanmağa cəhd edir. Sevgilər, hikkələr, incitmələr, könül almalar formasında davam edir həyat. Bu məqalənin […]
Ana bətnində uşağın tərbiyəsi
Ümumiyyətlə ilk anda qəribə gələn bu anlamı gəlin sizə sadələşdirək. İstəyərdim söhbətimizə Məhəmməd Peyğəmbərin hədislərindən biriylə başlayım. “Bir gün ailə 40 günlük uşağı S.Ə.S. Məhəmməd Peyğəmbərin yanına gətirib onun vətənə, xalqa, ailəsinə xeyirli övlad olması üçün tərbiyəsi ilə bağlı məsləhət almaq istəyirlər. Peyğəmbərimiz isə “aparın bu uşağı artıq onun üçün gecdi” demişdi. Çox vaxt biz […]
Solaxaylıq qüsur deyil
Sol əllə iş görməyə meyl anadan gəlmə haldır. Əziz valideynlər, gəlin, uşağımız niyə solaxaydır deyə narahatlıq keçirməyək. Çünki burada heç bir faciəvi hal yoxdur.Sol əllə iş görməyə meyl anadan gəlmə haldır. Solaxaylıq ya irsən keçir, ya da baş beynin sol yarımkürəsinin funksional zəifliyi ilə bağlı olur. Bu funksiyanı sağ yarımkürə öz üzərinə götürür.Bəzən bu proses […]
Xoşbəxt ailəyə sahib olmaq insanın öz əlindədir
Ailə- nigah, yaxud qan qohumluğuna əsaslanan kiçik qrupdur. Ailə üzvləri bir-birinə məişət birliyi və qarşılıqlı köməklə bağlıdır. Gec -tez oğlanlar evlənməli, qızlar ərə getməlidirlər. Bu çox mühüm həyati zərurətdir. Ona görədə onlar özlərini ailə həyatına hazırlamalıdırlar.Ailə yaxın qohumların (kişi və qadının, valideyinlərin və uşaqların və s.) birlikdə yaşadıqları qrupdur. Lakin buna adi qrup kimi baxmaq […]
Depressiya və Suisid: səbələri,simptomları və müalicə yolları
Insanlar bəzən zaman-zaman özlərini xoşbəxt və ya tam əksi bədbəxt hiss edirlər. Səbəblər təbii ki, müxtəlifdir. İşdən ayrılmaq, öz sevdiyini itirmək və ya işlərində uğurlu ola bilməmək hüzn yaradan hadisələrdir. Hüzn və kədər normal həyatın bir hissəsidir. Ancaq bu kədərli vəziyyətin uzanması , səbəbsiz ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya kimi təyin olunur. Depressiya […]
Evlilik sonrasında məhəbbət ölürmü?
Günlər keçdi, aylar dolandı, il tamam olmamış gənc ailədə bir mərəkə qopdu ki, səsə bütün qohum-əqrəba yığışdı. Aləm bir-birinə dəydi, hamı bir-birinin kölgəsini qılınclamağa başladı, vaxtilə xeyir-dua edənlər indi bir-birlərini hədələyirdilər. Dünən qız haqqında “Gəlinimin tayı-bərabəri yoxdur” deyən oğlan anası indi ona qarğış edirdi. Oğlan barəsində “İki qızım vardı, indi bir oğlum da var” deyən […]
İş və Xöşbəxtlik
İşdə xoşbəxtliyə nail olmaq üçün müdirinizdən gec saatlara qədər sizə iş tapşırmamasını və yaxud işinizi yüngülləşdirməsini tələb etməyiniz mütləq deyil. Əmək haqqına əlavələr də sizə kömək etməyəcək. Bəs işdə xoşbəxtliyə necə nail ola bilərik? Hər şeyi olduğu kimi qəbul edin: Pis bir şey baş verdikdə özünüzü “edam” etməyin. Baş verəni dərk edin, lakin ona qiymət […]
Artıq o məni sevmir, çünki məni qısqanmır
Bu gün ailə bağlarının qopmasına səbəb olan faktorlar çoxdur. Fikir ayrılıqları, qərarsızlıqlar, bir-birini başa düşməmək kimi problemlər ailə bağlarının qopmasına səbəb olur. Bu problemlər adi bir problem kimi görünsə də, əslində kiçik çatışmazlıqlar böyük problemlərə yol aça bilir. “Ailə kiçik bir dövlətdir” – boş yerə deyilmiş bir söz deyil. Təbii ki, ailədə problemlər olur və […]
İştahı öldürməyin yolları
Xanımlar arıqlamaq üçün müxtəlif yollara əl atırlar. Sizlərə aclıq hissini öldürəcək maraqlı üsullar təqdim edirik: Masajla arıqlamaq zəmanəmizin ən dəbli prosesinə çevrilib.Qadınlar iştahanı öldürüb, yeməyi azaltmaqdansa, masajı və müxtəlif ağrılı prosedurlardan keçməyi üstün tuturlar. Amma həkimlər bunun nə qədər çətin olduğunu görüb, xanımlar üçün yeni, evdə tətbiq edilə bilən vasitə düşünüblər. gər ürəyindən masaj etmək […]