Dünyanın ən qəribə qadağaları

Dünyanın bir çox ölkəsində insanlar həyatlarını qeyr-adi qadağalar çərçivəsində yaşayır. Bu qadağalar insana gülməli və qəribə gəlsə də əslində hər birinin müyyən bir səbəbi var. Onlardan bir neçəsini təqdim edək: Şimal Qütbündə yerləşən Lonqyirbyuen yaşayış məntəqəsində ölmək qadağandır. Çünki bölgədəki soyuq hava səbəbilə qəbiristanlıqdakı cəsədlər çürümür. Pensilvaniyada (ABŞ) hamamda mahnı oxumaq qadağandır. Kaliforniyada (ABŞ) hotel […]

Mən heç bir işi axıra çatdıra bilmirəm

Onlar hər bir işə böyük həvəs ilə başlar, lakin onu axıra çatdıra bilmirlər. Tezliklə eyni həvəslə başqa bir işə başlayar, lakin bunun da sonu eyni aqibətlə bitər. Müəyyən mənada deyə bilərik ki, belə insanlar zamandan kənarda yaşayır. Onlar psixikanın şüurlu tərəfi ilə münaqişədə olan şüursuzluğun təsiri altında hərəkət edirlər. Keçmişdə yaşanan narahatedici hadisələr indi də […]

Sevginin növləri – Bəs sizin sevginiz?

Ən geniş yayılmış sevgi tipologiyalarına daxildir Dimitri Li tərəfindən irəli sürülmüş tipologiya nəzəriyyəsi. Nəzəriyyədə irəli sürülən tipologiyalar təxminən 807 nəfər arasında aparılan tədqiqatlar əsasında sübuta yetirilmişdir. Beləliklə, aşağıdakı növ tiplər göstərilir: Eros – ehtiraslı, yalnız əylancə məqsədli intriqa oyunu, tam fiziki yaxınlaşmaya meyllik. Lyudus – gedonostik oyun-sevgi, heç də daimi olmayan müvəqqəti xarakter daşıyır, xəyanətə […]

İmmunitetiniz hansı səviyyədədir? – özünüz yoxlayın

İnsanın immun sistemi orqanizmin xəstəliklərdən, mikroblardan, arzuolunmaz bioloji hücumlardan qorunmasını təmin edir. İmmunitet latın sözü olub “immunis” sözündən götürülüb, mənası xilasetmə, azadetmə deməkdir. Beləliklə, immunitet insanın bioloji müdafiəçisidir və o zəif olanda orqanizm xəstəliklərə qarşı müqavimət göstərə bilmir. 20 suala cavab verməklə siz immunitetinizin hansı səviyyədə olması haqqında ilkin təsəvvür əldə edə bilərsiniz. “Hə” cavabını […]

Sevgi hormonu

“Sevgi hormonu” adlandırılan oksitosin hormonu alkoqolu əvəzləyəcək və bir sıra xəstəliklərin müalicəsində səmərəli vasitəyə çevriləcək. Britaniya alimləri belə nəticəyə gəliblər ki, oksitosin hormonunun insan orqanizminə təsiri alkoqolun təsirinə bənzəyir. İnsan sevgi və alkoqol sərxoşluğu halında daha həssas, daha səxavətli, daha inanan və sentimental olur. Bu, təkcə bir-birinə aşiq olmuş cütlüklərə aid deyil. Məsələn, övladını bağrına […]

Əlini göstər, deyim kimsən

Əl cizgiləri bizim xarakterimizi ifadə edir. Bu xətlərə baxaraq insanın hətta ətrafındakılara qarşı münasibətini də müəyyən etmək olar. Bu əl cizgisi, adətən, işarət barmağından başlayır və əlimizin sol tərəfində qurtarır: əlimizi iki hissəyə ayırır. Aşağıdakı fotoda sözügedən cizgi qırmızı xətlə işarələnib. Əgər sözügedən əl cizginiz orta barmağınızdan başlayaraq uzanırsa, demək, sizdə liderlik xüsusiyyəti var. Siz […]

CEYLAN MUMOĞLU: Qəlbləri Qırmayın, İçində ALLAH Var

O kefsiz idi. Artıq özünü əvvəlki kimi hiss edə bilmirdi. Olub bitənləri rəfiqələrinə anlatsa da, onlarla bölüşsə də, hələ ürəyi sakitləşməmişdi. Onu sakitləşdirəcək, ruhunu dinləyəcək biri lazım idi. “Psixoloqa getsəmmi? Yox, hazırda ona ödəyəcək pulum da yoxdur. Bəs nə edim, necə qurtulum bu acı verən düşüncələrdən? Bu halımla mən özümü yeyib bitirmək üzrəyəm”. Səhər yuxudan […]

Bir Kərə Yüksələn Bayraq, Bir Daha Enməz

Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri […]

Psixoloq: “Yeniyetmə deyərkən insanların gözünün önündə aqressiv bir fərd, aqressiv bir şəxsiyyət gəlir. Əslində isə…” – MÜSAHİBƏ

“Düşüncə” Psixologiya Jurnalının yolu bir daha Narınc Uşaq Psixologiya Mərkəzindən düşdü. Bu dəfəki həmsöhbətimiz isə mərkəzin yeniyetmələrlə iş üzrə mütəxəssisi Vəfa Rəşidova oldu. Vəfa xanımla yeniyetmə mərhələsinin özəllikləri, yeniyetmə psixologiyası, bu dövrdə valideynlərin övladlarına yanaşma tərzi və s. barədə geniş bir söhbətimiz baş tutdu. Yeniyetmə mərhələsinə qədəm qoymuş övladı olan çox ailələr üçün problemlər başlamışdır […]

Yalanı necə hiss edək?

İnsan diliylə çox asan bir şəkildə, lakin bədəniylə çətinliklə yalan danışa bilər. İnsan doğru və ya səhv, gözəl ya da çirkin hər ifadəni istifadə edə bilər. Ancaq yalanı bədən dili vasitəsiylə gizlətməyi bacara bilməz. Dil yalan söyləyə bilər amma bədən dili heç vaxt yalan danışa bilməz. Ağızdan çıxanın yalan olduğunu anlamaq üçün bədən dilini yaxşı […]