RASİM USTA

79 yaşım var, 64 ildir ki bu sənətdəyəm və hələ də eynəkdən istifadə etməmişəm. Sənətim haqqında bir söz deyə bilərəm. Mən əslində yaxşı rəssam olmuşam. Məsələn indi mənə deyən olsa ki istənilən şəkli tik, baxıb tikərəm. Rəssamlığı bildiyim üçün,tikişi özüm öyrənmişəm. Rusca bilməsəm də amma mənim bu sənəti öyrənməyim “sbornıdı” yani “yığmadı”, hərənin əlindən bir […]

HƏR DƏFƏ PENSİYAMI ALANDA….

HƏR DƏFƏ PENSİYAMI ALANDA….Mənə çox doğmadılar: sanki mən uşaq baxçasında müəllim, onlar isə mənim uşaqlarım. Və göyərçinlər dən yeyəndə onları qoruyuram ki, kimsə quşların üstünə qaçıb onları uçurtmasın. Hərdən mənə sual verirlər ki, bəs ,ay nənə, çörək pulunu necə çatdırırsan? Mənim bir cavabım olur: “Hər bir insan 40-50 köpük xərcləməklə nə varlı, nə də ki, […]

“CANLI SVETAFOR”

Gözəl vətəndaşlarımızı tanıyaq! Xalid maraqli insandır, Əmircanda ona “canlı svetafor” deyirlər, neçə ildir tamənnasız uşaqları yoldan keçirir ki maşın vurmasın. Mən XII qrup əmək veteranıyam, Qarabağ savaşında bir qardaşımı itirmişəm. Daha sonra dövlət tərəfindən verilən kiçik bir köşkdə maşın yağı, sabun, şampun və məktəbli ləvazimatları satmışan. Bilirsiz , Mən yolu keçmək istəyən hər kəsə köməklik […]

Çoxları elə düşünür ki, kondisioner ustası olmaq boş şeydir!

Çoxları elə düşünür ki, kondisioner ustası olmaq boş şeydir. Siz nə danışırsınız!? Həyatımın 32 ilini bu peşəyə sərf eləmişəm, əvvəllər zavodda işləmişəm, sonra bütün zavodları bir-bir bağladılar. İndi isə lap çətindir, yeni kondisionerlər istehsal olunur, köhnələrini isə alan yoxdur. Mən kondisioner ustası ola-ola insan həyatını xilas eləmişəm. Bu yaxınlarda isə yanında iki 13 yaşlarında uşaqlarla […]

“İnsanlar kitabdan qaçır, mən isə əlimdə iki torba kitabla insanlara doğru qaçıram!”

“İnsanlar kitabdan qaçır, mən isə əlimdə iki torba kitabla insanlara doğru qaçıram”….. İnanırsınız, bu kitablardan mənə bəlkə heç 20 qəpik belə qalmır. Bəzi insanlardan elə reaksiya görürəm ki, sadəcə ağzım açıq qalır və bu, mənə çox pis təsir edir. Hətta elə vaxtlar olub ki, imkanı olmayan birilərinə kitabları hədiyyə eləmişəm, qoy mənim haqqımdan bu pulu […]

“Həyatımda bir şeyi başa düşdüm ki, pul hər şey demək deyil!”

48 yaşım var, elektrik cihazlarının təmiri ilə məşğulam. Gördüyünüz kimi iş otağım oturduğum bu kiçik və dar vaqondur.Montində yerləşən 12 saylı peşə məktəbini bitirmişəm. İyirmi ilə yaxın Tarqovı-da işləyirdim. Bu yaxınlarda icarə haqqını qaldırdılar, çarəsiz qalıb bura köçdüm. Allah canını sağ eləsin, vaqonun yiyəsi icarə üçün bir qəpik də almayıb hələ ki, məndən. Məhlədə isə […]

KİŞİLƏRDƏ DEPRESSİYA

Bir çox psixiatrik xəstəliklər qadınlarda daha çox izlənir amma bu kişilərin ruhi xəstəliklərə qarşı anadangəlmə \”immunitetli\” , qoruma altında olduğunu göstərmir. Depressiya kişilərdə də olduqca sıx görülən və diqqətə çarpan iş-güc itkisinə,məsuliyyətlərdə axsamaya və insanın həyatının dadını qaçırmağa səbəb olan bir xəstəlikdir.Üstəlik qadınlar depressiya üçün müalicəyə müraciət edərkən, kişilər bunu demək olar ki, \”qadın tərəfindən […]

Axşam saat 6-dan sonra acanlar üçün çıxış yolu!!!

Dünyanın bütün dietoloqları pəhriz saxlayanlara axşam saat 18:00-dan sonra yeməyi qadağan edir. Əksər hallarda isə insanlar həmin ərəfədə acır və ağır iş rejimindən sonra doyunca yeyib, dincəlmək istəyir. Bəzi yollarla saat 6-dan sonra yaranan aclığı aradan qaldırmaq mümkündür. Axşam.az xarici saytlara istinadən əcnəbi dietoloqların aclığı yox etmə məsləhətini təqdim edir: Yarım dənə yaşıl almanı, yarı […]

Lənkəranda Toydan Qaçan Gəlinin məktubu!!!

Lənkəran rayonunun Havzava kəndində baş verən qəribə olay təkcə yaxınları deyil, bütün rayon sakinlərini şoka salıb. Ailem.az-ın anspress-ə istinadən məlumatına görə, 18 yaşlı Günəş Mənsimzadə toyuna 2 gün qalmış heç kəsə heç nə demədən qəfil yoxa çıxıb. Günəşin 3 il nişanlı olduğu Nazimi nə səbəbə qoyub qaçmasının səbəbləri isə heç kəsə bəlli deyil. Valideynləri deyir […]