Çoxları elə düşünür ki, kondisioner ustası olmaq boş şeydir!

Çoxları elə düşünür ki, kondisioner ustası olmaq boş şeydir. Siz nə danışırsınız!? Həyatımın 32 ilini bu peşəyə sərf eləmişəm, əvvəllər zavodda işləmişəm, sonra bütün zavodları bir-bir bağladılar. İndi isə lap çətindir, yeni kondisionerlər istehsal olunur, köhnələrini isə alan yoxdur. Mən kondisioner ustası ola-ola insan həyatını xilas eləmişəm.

  • “Deməli, neçə il bundan əvvəl gecə saat 11-də iş yerimin qapısını bağlayanda bir nəfər gəldi ki, kondisioneri xarab olub, düzəltmək lazımdır. Evlərinə daxil olanda gördüm ki, balaca bir otaqdır, pəncərə, nəfəslik də yoxdur və həyətda bir hamilə qadın oturub. Otaqda istidən nəfəs almaq mümkün deyildi, qadın evə girə bilmirdi. Buna göz yuma bilmədim, elə gecənin yarısı iş yerinə gəlib lazımi materialları götürüb o evə qayıtdım. Gecə artıq saat 1-2 olardı ki, kondisioneri artıq düzəltmişdim, hazır idi…”

Bu yaxınlarda isə yanında iki 13 yaşlarında uşaqlarla bir kişi mənə yaxınlaşdı və dedi: “Məni xatırladın? Gecə gəlib kondisionerimizi düzəltmişdin. Evdə hamilə qadın var idi, bax bu, həmin uşaqlardır”. (Usta göz yaşlarını saxlaya bilmədi)
Mən kondisioner ustası olmağımla qürur duyuram və mənə qarşı nə qədər haqsızlıq olsa da həmişə çalışmışam ki, imkansız insanlar üçün təmiri pulsuz edim. Hər peşənin öz dəyəri var! ©

  • İsrafil Qurbanov

facebook.com/humansofazerbaijan

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər