VENISON 150 SC zərərvericilərlə mübarizədə istifadə edilən mədə və əlaqə təsirli bir insektisiddir. Zərərli sürfələrin hər dövründə təsir edir. Böcəklərdə sinir hüceyrələrində mədə kanallarını tıxayaraq təsir edər və dərmanlamdan qısa bir müddət sonra zərərlilərin qidalanma və digər fəaliyyətlərini dayandırı və ya çox azaldır. 24-60 saat ərzində zərərvericilər ölür. VENISON 150 SC dərmanlamasından sonra bitkinin üstündə dərman qurumasından sonra yağan yağışlardan dərmanın təsirini azaltmaz və təkrar dərmanlamağa ehtiyac qalmaz.

Dərmanın istifadəyə hazırlanması:

Tövsiyyə edilən dozası üzərindən hesablanan bitki mühafizə vasitəsi öncə ayrı bir qabda bir miqdar su ilə qarışdırılır. Dərmanlama alətinin çəninin yarsı su ilə doldurulur. Alətin qarışdırıcısı işlək vəzəiyyətdə olarkən dərman qarışımı çənə əlavə edilir. Qarışdırılma davam etdirilərək çən su ilə doldurulur. Dərmanın hazırlanması tamamlanadək qarışdırılma davam etdirilir. Hazırlanan dərman həmin gün istifadə edilməlidir.

Kalibrasiya:

Dərmanlama aparılmadan əvvəl dərmanlama alətinin kalibrasiyası edilməlidir. Dərmanlamalarda sahəyə tətbiq ediləcək dərman qarışımı miqdarı düzgün müəyyən edilməlidir. Dərmanlama günün sərin saatlarında, küləksiz və ya az küləkli hava şəraitində aparılmalıdır.

Dərmanlama alətinin təmizlənməsi:

Dərmanlamanı bitirdikdən dərhal sonra dərmanlama alətinin çənini etibarlı bir şəkildə boşaldın. Çənə təmiz su tökərək qarışdırıcını və püskürtmə sistemini çalışdıraraq bütün hissələrin yuyulmasını təmin edin. Dərmanlama alətinin yuyulmasını su qaynaqlarının yaxınlığında etməyin. Alətin yuyulması zamanı istifadə edilən suyu su qaynaqlarına boşaltmayın.

Dərmanın istifadə qaydası:

Üzümdə salxım güvəsinə qarşı: Salxım güvəsinə qarşı dərmanlama təxmin-xəbərdarlıq xəbərdarlıq sisteminə görə aparılmalıdır. Sürfə dərmanlaması üçün tələlərdə tutulan kəpənək sayı zirvə nöqtəyə çatıb, düşməyə başlamalı, ümumi effektiv istilik cəmi ilk nəsildə 120 gün-dərəcə, alaqaranlıq istiliyi ardıcıl 2 gün 150C və üstündə olmalı və sonrakı günlərdə davam etməlidir. Effektiv istilik cəmi 2-ci nəsildə 520 gün-dərəcə, 3-cü nəsildə 1047 gün-dərəcəyə çatmalı, üzüm fenologiyası 1-ci nəsildə çiçək qönçəsində, 2-ci nəsildə qoruq və 3-cü nəsildə şirinliyin başlanğıcında olmalıdır. İlk sürfə çıxışı göründüyü zaman dərmanlamağa qərar verilir. Hər nəsildə bir dərmanlama aparılır.

Pambıqda pambıq yarpaq qurduna qarşı: 10-15 addımdan bir olmaqla toplam 25 bitkinin yarpaq, daraq, çiçək və qozaları yoxlanılır. Bitki başına 0,5 sürfə və ya 25 bitkidə 2 yumurta paketi və ya 2 yeni açılmış yumurta paketi görüldüyündə dərmanlama aparılmasına qərar verilir.

Pambıqda yaşıl qurda qarşı: Təsadüfi seçilmiş 3 m sıra uzunluğunda olan bütün bitkilər yoxlanılır və yaşıl qurd yumurtaları və sürfələri sayılır və orta hesabla 3 m sıra uzunluğunda 2 sürfə olduqda dərmanlamağa qərar verilir.

Qarğıdalı qurduna və gövdə qurduna qarşı: İlk yumurta aşkar edildiyində dərmanlama aparılır. İlk dərmanlamadan sonra 15 gün ara ilə 2-ci dərmanlama aparılır.

Pomidorda yaşıl qurda qarşı: Sahəyə künclərdən daxil olub, tarlanın böyüklüyünə görə 50-100 bitki yoxlanılır, bitkinin çiçək, yarpaq, gövdə, meyvə və zoğlarında yumurta və sürfə axtarılır. 100 bitkidən 5-i yoluxmuş olduqda dərmanlama aparılır.

Leave a Reply

Your email address will not be published.