Sort 2002-ci ildən Azərbaycan Respublikası seleksiya nailiyyətlərinin Dövlət Reyestrinə daxildir və patentlə mühafizə olunur. Mənşəyi: Sort Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında, arpanın Dünya kolleksiyasından (VİR) çoxqatlı fərdi seçmə yolu ilə alınmışdır.

Ümumi xarakteristikası

Sort intensiv tipli olub yatmaya davamlıdır. Bitykinin boyu 85-97 sm-dir. Vegetasiya müddəti 193-210 gündür. Bitkinin kollanması orta vəziyyətdədir.

Növmüxtəlifliyi

Nutansdır. Boruya çıxma dövründə bitkinin rəngi açıq yaşıldır. Sünbülün uzunluğu və sıxlığı ortadır. Sünbülcük pulcuğu orta uzunluqdadır. Qılçıqları qismən uzundur.

Məhsuldarlığı

Sort məhsuldar olub, potensial məhsuldarlığı hektardan 70-75 sentnerdir.

Dənin keyfiyyəti

Dəni orta irilikdədir. 1000 ədəd dənin kütləsi 42 qramdır. Dəndə zülalın miqdarı 12.5-13.5 % -dir.

Xəstəliklərə və iqlim şəraitinə davamlılğı

Pas xəstəliklərinə olduqca az sirayətlənir. Unlu şeh və sürmə xəstəliklərinə davamlıdır. Duza, quraqlığa davamlıdır.

Becərilmə bölgələri və sələfləri

Qarabağ düzənliyi, Şirvan bölgəsi, respublikanın digər suvarılan və dəmyə bölgələri üçün becərilməsi təklif olunur.

Səpin müddəti

Optimal səpin müddəti oktyabr ayının ikinci yarısından noyabır ayının birinci yarısınadək hesalb olunur.

Səpin norması

Hektara 3,0-3,5 milyon cücərən toxum səpilməlidir. Səpin müddəti gecikdirilmiş sahələrdə bu normanı 10 % artırmaq olar.

Gübrə norması

Sortun yüksək məhsulıdar olmasını nəzərə alaraq yüksək aqrofonda becərilməlidir. Belə ki, şum altına hektara, təsiredici maddə hesabı ilə səpinqabağı 90-100 kq fosfor, 50-60 kq kalium, 80 kq azot gübrəsinin yemləmə şəklində iki dəfəyə verilməsi məsləhətdir.

Leave a Reply

Your email address will not be published.