Bitkilərin böyüməsi və məhsuldarlığı üçün azot çox önəmli komponentdir. Ən məşhur azot gübrələrindən biri də Karbamiddir. Meyvə ağacları, bostan bitkiləri, taxıllar, tərəvəzlərdə həm açıq, həm də örtülü sahədə istifadə olunur. Karbamid azot tərkibli olduğu üçün yağışlı dönəmlərdə və sulama zamanı yuyulur. Bu səbəbdən Karbamidin torpağa verilməsi bitkinin inkişafının müxtəlif mərhələlərində baş tutur.

Karbamid:

Təhlükəsizlik qaydaları

Karbamid təsirli bir maddə olub asanlıqla parçalana bilir. Bu baxımdan Karbamid paketlərinin günəş düşən yerdə saxlanılması tövsiyə edilmir. Gübrə qranullarının(dənələrinin) həddindən artıq isinməsi və ya soyuması arzuolunmazdır. Karbamidi +4-dən, +20 dərəcəyə qədər rütubətsiz, günəş düşməyən məkanda 9-24 ay saxlamaq mümkündür.

Karbamidi istifadə edərkən vacibdir:

  1. Dərinizə təmas etməməsi üçün xüsusi çəkmə, əlcəklər geyinmək və eynək taxmaq
  2. Havakeçirməz torbalarda saxlamaq

Leave a Reply

Your email address will not be published.