Sakit Göl Şamaxıda istənilən damaq dadına uyğun, zəngin çeşidli, milli və avropa mətbəxinin yemək və içki seçimi mövcuddur. Geniş yemək çeşidlərini dadmaqla özünüzə unudulmaz qastronomik təcrübə qazanın.
Nostalgie Restoranı səhər şəfəqində bufet səhər yeməyindən zövq almaq və ya ay işığında, bizim ənənəvi Azərbaycan və Avropa mətbəxi və ya müasir Qərb menyusu seçimlərindən ibarət olan və hamısı bizim beynəlxalq təcrübəli aşpazlar və cazibədar səmərəli xidmət heyətinin əlində cəmlənən a la carte (menyu əsasında) şam yeməyi etmək üçün ideal yerdir.
Konsept: Bütün gün ərzində açıq nahar restoranı.
Atlantis Bar – Siz tam xidmət göstərilən, gündəlik rahat şəraitə malik bardan zövq ala bilərsiniz, rəvan qarışdırılmış və ya sərt çalxalanmış kokteyl sizin seçiminizdədir, dostlarla görüşə, yeni tanışlıqlar edib, və ya macəralarınızın müvəffəqiyyətinin sağlığına içə yaxud da sadəcə rahatlanıb hadisələri axışına buraxa bilərsiniz. Əhvalınızdan asılı olaraq əyləncəli fəaliyyətlərə qoşulmaq və ya sevimli oyununuzu böyük ekranda izləmək kimi hər şey sizi əyləndirmək üçün dizayn olunub. Getmədən öncə bu yeri qaçırmayın.
Konsept: Kokteyl, Şampan, Şərab
Oturma tutumu 20 nəfər
Bu sülh və sükunət, canlanma, ağlın, bədənin və ruhun cavanlaşması, bu hisslərin yumşaqlığında batmaq üçün bir yerdir. Burada qonaqlarımız istirahət edir, hər şeydən uzaqlaşır və özlərini bizim əllərimizə təslim edirlər və biz onları xəyallar və yeniliklərin içində üzdükləri bir dünyaya aparırıq. Otelimizin qonaqları “Golden Fish” restoranında göl mənzərəsinin və ləziz yeməklərimizin dadını çıxara bilərlər. Şəhər səs-küyündən uzaq, dadlı yeməklər, balıq ovu tam sizin istədiyiniz atmosferdir.
“Otelə Giriş” zamanı saat 14:00 “Oteldən Çıxış” zamanı isə saat 12:00-dır. Hər hansı bir xüsusi ehtiyaclar əvvəlcədən xəbərdar edilməlidir. Gec Oteldən Çıxış və tez Otelə Giriş də mümkündür, lakin bu zaman əlavə ödəniş hesablanacaq.
Əgər Hava limanından daşınma tələb olunarsa, sürücü əlində qonağın adı olan tablo ilə terminalda gözləyəcək.
Visa Card, Master Card ödənişi, eləcə də nəğd və bank köçürməsi də mümkündür. Nəğd ödəniş AZN ilə olmalıdır.
Bütün bronlar ödənişdən sonra zəmanətlənir. Zəmanətlənmiş bronlar ödəniş edildiyi gündən qüvvəyə minir. Əgər zəmanətlənmiş bron ləğv olunarsa, tam həcimdə cərimə tətbiq olunur.