Sevinci və həyatı onlardan öyrənək

“Düşüncə” jurnalının bu dəfəki qonağı Emil Ələkbərovdur. Bir uşağın böyüyə öyrədə biləcəyi üç şey vardır: səbəbsiz sevinmək, həmişə özünə məşğuliyyət tapmaq və öz istədiyində təkid etmək. -Paulo Koelyo – Emil, neçə yaşın var?– 9. – Neçənci sinifdə oxuyursan?– 4-cü sinfə keçirəm. – Dərsə getməyi xoşlayırsan?– Bəli. – Hansı fənləri həvəslə oxuyursan?– Riyaziyyat. – Ev tapşırıqlarını […]

“Sol əl ilə yazıram”

Əziz valideynlər, gəlin, “uşağımız niyə solaxaydır?” deyə narahatlıq keçirməyək. Çünki burada heç bir faciəvi hal yoxdur. Sol əllə iş görməyə meyl anadan gəlmə haldır. Solaxaylıq ya irsən keçir, ya da baş beynin sol yarımkürəsinin funksional zəifliyi ilə bağlı olur. Bu funksiyanı sağ yarımkürə öz üzərinə götürür. Bəzən bu proses gizli getdiyindən valideynlər bunu hiss edə […]

Körpəmə dünyanı necə göstərim?

Sensor inkişaf – bu körpənin ətraf aləmi hissiyyat orqanları vasitəsilə qavraması deməkdir. Görmə, eşitmə, iy duyma, toxunma hissi – bunlar uşaq üçün ətraf mühitin öyrənilməsində ən yaxşı köməkçiləridir. Sensor tərbiyənin üç yaşa qədər uşaqların inkişafında böyük əhəmiyyəti var. Çünki uşaq bu yaşda ətraf aləmlə hissiyyat orqanları vasitəsilə tanış olur. Uşağın estetik inkişafı da onun hissiyyat […]

Uşaqlarda televiziya asılılığı

Televiziya və kompüter asılılığını günümüzün xəstəliyi hesab edə bilərik. Elə bir dövrdə yaşayırıq ki, uşaqdan böyüyə qədər hər kəs televiziyaya baxmaqdan böyük zövq alır, televiziyanı həyatlarının əsas hissəsinə çevirirlər. Xüsusilə uşaqlar yaradıcı fəaliyyətə yırdıqları zamandan daha çox elevizora baxırlar. Televiziyada əsasən məzmunu uşaqlar üçün uyğun olmayan proqramları həddindən artıq izləmək uşaqların inkişafına mənfi təsir göstərir. […]

Hiperaktiv Uşaqlar

Hiperaktivliyin əlamətləri uşaqlarda yeddi ayından əvvəl yaranmağa başlayır. Hiperaktiv uşaqlar daim düşünmədən hərəkət edir, bir fəlaliyyət növündən digərinə asanlıqla keçir, bəzən etik qaydalara uyğun olmayan hərəkətlər də edirlər. Ümumiyyətlə, hiperaktiv uşaqlar davranışlarının diqqəti çəkən və narahatlıq yaradan olduqlarını bilirlər. Lakin bunun qarşısını almaq üçün heç nə edə bilmirlər. Valideynlər onları başa düşməli, uşaqlarına sevgi ilə […]

Onları başa düşək..

Bəzi uşaqlarda görünən tutulma, təkrar və ya uzatma şəklindəki nitq qüsurları uşağınızın kəkələdiyi haqda dəqiq fikir söyləməyə əsas vermir. Siz ona kəkələyən desəniz, o da özünü kəkələyən olaraq görməyə başlayar. İlk növbədə uşağın danışığındakı ilişmə və təkrarlar problem kimi qəbul olunmamalıdır. Uşağın danışması mükafata layiq hala gətirilməlidir. Eyni zamanda valideynlər uşaqla şəxsi fikirlərini paylaşmalıdırlar ki, […]

Autizmin Əlamətləri

Autizm – ömür boyu sürən zehni narahatlıq olub, ictimai qarşılıqlı təsirdə, ictimai ünsiyyətdə, istifadə edilən dildə, simvolik və ya xəyali oyunlarda gecikmələrlə özünü göstərən sinir sistemində nizamsızlıqdır. Uşaq gördüklərini, eşitdiklərini, hiss etdiklərini doğru şəkildə qəbul edə bilmir, bu səbəbdən ictimai əlaqələrdə və davranışlarda ciddi problemlər yaranır. Ümumiyyətlə körpəliyin 2 illiyində autizmin əlamətləri görünə bilər. Nadir […]

Körpələrin yuxu rejimi

Uşaqlar dünyaya gəldiyi zaman bəzi xarakterik xüsusiyyətlərini də özləri ilə gətirirlər. Bunlardan biri də yuxu rejimidir. Bəzi uşaqlar üçün yuxu prosesi problemsiz keçsə də bəziləri üçün bu böyük bir problemə çevrilir. Bu səbəbdən də ilk növbədə uşağın inkişafına uyğun düzgün yuxu saatlarını bilməliyik ki, yuxu rejimi pozulanda tez qaydasına salaq. Körpə 3 ayına kimi gün […]