Uşaqlar niyə torpaq yeyir??!
Anaların çoxu körpənin 6-24 aylığında topaq yeməsi halları ilə rastlaşır. Torpaq yemək uşaqlarda instiktiv haldır. Torpaq rahat əldə ediliyi üçün dəmir əskikliyi olan uşaqlar şüursuz şəkildə torpağa əl atırlar. Bundan başqa uşaqlar çirkli daşları, sementi, yaxud ayaqqabılarının altına yalayırlar. Bu zaman uşaqlar öz əli ilə özünü bir neçə təhlükəli xəstəliyə mübtələ edə bilər. Bu hal […]
Uşağım gecə altını isladır…..
Yəqinki bir çox valideyni bu problem narahat edir. Enurez- uşağın fizioloji və ya psixoloji səbəblərdən yuxu əsnasında ya da oyanıq halda sidiyini saxlaya bilməməsidir. Gecələri altını islatma bir çox uşağın yaşadığı problemdir. Oğlanlarda qızlara nisbətən çox təsadüf olunur. Sidik ifrazı zamanı sidik kanalı əzələləri boşalmalı, qarın və sidik kisəsi əzələləri isə eyni vaxtda yığılmalıdır. Bütün […]
Uşaq Bezləri Haqqında Nə Bilirik??!
Texnologiyanın inkişafını nəzərə alsaq, əvvəllər ana olmaq daha çətin idi deyə bilərik. Buraya təkcə yeni çıxan elektronik avadanlıqlar daxil deyil. Söhbət anaların həyatını yüngülləşdirən uşaq bezlərindən gedir. Yaxın keçmişdə analar uşağı bələyəndə, gəzməyə aparanda və tualetə getməyi öyrənənə qədər parça bezlər işlədiblər. Artıq neçə illərdir ki, hazır uşaq bezləri satılır. Bu bezlər analara «nəfəs almağa […]
Bacı-Qardaş Qısqanclığı…
Qısqanclıq həyatın hər dövründə yaşanan bir duyğudur.Qısqanclıq gözlənilən maraq, diqqət, sevgi və şəfqət əksikliyinə verilən təbii bir cavabdır. Uşaqlıqda bu hislər artıq 2 yaşından etibarən baş qaldırır. Uşaq, hər kəsin özündən daha yaxşı olduğunu və özünün hər kəsdən daha az sevildiyini düşünməyə başlayır. Amma ailəyə ikinci uşaq gəldiyi zaman bu hislər daha da gərginləşir.Ailəyə yeni […]
SƏNDƏN ZƏHLƏM GEDİR!!! (Uşaqlarda İsterika)
Hər birimiz ətrafımızda olan uşaqları müşahidə edərkən onların müxtəlif psixologiya və müxtəlif davranış tərzi nümayiş etdirdiklərini görürük. Biz isə bu davranış tərzlərinin səbəblərini araşdırır və nədən qaynaqlandığını bilmək istəyirik.Son zamanlar daha çox müşahidə etdiyimiz – isterik uşaq tipidir.Qeyd edək ki, isterik uşaqlar valideynlərini “idarə edir” və bunu yetəri qədər bacarırlar. Bu cür idarəetmə manipulyasiya adlanır. […]
Uşağım qucağımdan düşmür!!! Nə Etməli?!
Uşağım qucağımdan düşmür… lk addımlarını atmaq uşağınız üçün möhtəşəm bir yenilikdir. Aylarla qucaqda daşındıqdan sonra uşaq azad, arzuladığı yerə gedə bilmək üçün son dərəcə həyəcanlı olur.Ancaq bəzi uşaqlar,bu ilk həyəcanı bitdiyi zaman yeriməkdənsə qucaqda gəzməyin daha yaxşı olduğuna qərar verir. Yeriməmək üçün inad etməyə və qucaqda daşınmaq üçün israr etməyə başlayır. Bir zamanlar getmək üçün […]
Necə Danışmalıyıq ki,Uşağımız Bizi Dinləsin?!
“Necə danışmalıyıq, ki uşaq bizi dinləsin?” və “Necə dinləməliyik ki, uşaq bizə hər bir narahatçılığını anlatsın?” bu kimi suallar valideynləri çox düşündürür. Bəzən, biz valideynlər uşağın hisslərinə fikir vermirik. Məslən, ata futbol verilişini izləyir və bu zaman oğlu narazı halda ona müraciət edir: Həssas uşaqlar isə kədərlənən zaman sadəcə susmaq və valideynlərinin yanında olmasını istəyirlər. […]
Uşaq bezləri
Bezlərin oğlan uşaqlarında sonsuzluğa səbəb olduğunu fikirləri də tez-tez səslənir. Belə fikirlər çox səslənsə də, dəlilərlə hələ sübut edilməyib. Bu sonsuzluq halları birdəfəlik bezlərdə deyil, məhz adi tənzif bezlərdə böyüyən kişilərə də aid edilir. Birdəfəlik bezlərə qarşı səslənən daha bir irad uşaqların güvəcə (rus dilində — qorşok) gec alışmasıdır. Əslində, bu, bezlərlə əlaqədar deyil. Paltarının […]
Uşağa oyunda qalib gəlməyi öyrət
Autist uşaqlarla korreksiya işlərini uşağın diaqnozundan və real imkanlarından asılı olaraq qurmaq lazımdır.Korreksiya işi bir neçə istiqamətdə və eyni vaxtlarda aparılmalıdır.Bunlardan birinə oyun fəaliyyəti daxildir. Normada oyun davranışının aşağıdakı formaları mövcuddur: 3.Funksiyalı oyunlar (oyuncaqların funksiyasına uyğun əşyalardan və oyunlardan istifadə. Məsələn: gəlinciyin saçını oyuncaq daraqla daramaq və s.)4.Simvolik oyunlar (uşaq əşyalardan başqa əşyanı əvəz edərək […]
Autik uşaqlarla rəftar
Autik uşaqla rəftar …..Autizm-inkişafın elə pozuntusudur ki, bu zaman ətraf aləmlə və başqa insanlarla sosial əlaqələrin formalaşması çətinləşmiş olur. Əsas simptonları ümumi xarakter daşıyır- bu ünsiyyətdən qaçmaq, yayınmaq, ekstremal təklik, eləcə də streotip davranış kimi mənəvi formalardır.Autist uşaqlar digər uşaqlarla ünsiyyət qura bilmirlər və onların əlaqəyə reaksiyası digər insanların nöqteyi-nəzərincə parodoksaldır.Ən çox rast gəlinən təzahürü […]