Uşağa hansı yaşda, necə oyuncaq almalı

Uşağıma nə vaxt necə oyuncaq alım? Biz hər zaman dönə-dönə təkrar edirik, oyuncaqlar uşaqların psixi və fiziki inkişafı üçün cox vacibdir. Uşaqlar oyuncaqlar vasitəsiyə ətraf aləmi, insanlarla münasibəti və həmçinin özünü dərk edir. Bəs uşaqlar necə oyuncaqlarla oynamalıdır? Bu məqaləmizdə biz ilk 6 ayında uşaqlara necə oyuncaqlar almaq lazım olduğu barədə söhbət edəcəyik 1-ci ay […]

Uşaqlarda isterik hallar

Hər birimiz ətrafımızda olan uşaqları müşahidə edərkən onların müxətlif olduğunu görürük. Bəziləri sakit, bəziləri şıltaq və ərköyün olur. Lakin elə uşaqlar da var ki, onlarda isterik hallar müşahidə olunur. Bu cür uşaqlar valideynlərini idarə edirlər. İsterik tip uşaqlar bunu yaxşı bacarırlar. Bu cür idarəetmə manipulyasiya adlanır.İsterik uşaqlar valideynlərinin zəif damarını bilir və bundan öz istəklərini […]

Uşaqlar sevgisini necə göstərir?

Uşaqlar sevgisini necə göstərir? Uşağınızı qarşılıqsız sevdiyiniz üçün bəzən onun sevgi nümayişlərini gözdən qaçıra bilərsiniz. Uşağın inkişafı üçün əhəmiyyətli olan bu detalı necə hiss edəcəksiniz? Ana və uşaq arasındakı bağ, körpə ana qarınındaykən başlayar. Doğum sonrasında da uşaqla ana arasında xüsusi bir ünsiyyət olar. Ana, uşağını böyük bir sevgiylə böyüdərkən uşaq da sevgisini bəzi yollarla […]

Uşağınız qaytarır? Hərəkətə keçmək vaxtıdır!

Uşaqlarda yeməkdən imtina xəstəlik əlamətidir? Əsasən anoreksiya 14-15 yaşında müşahidə olunsa da, son illər bu xəstəliyə körpələrdə də təsadüf olunur. Zorla yedizdirilən yemək udulduqdan sonra körpə tərəfindən qaytarılır. Körpələrdə anoreksiya 6 aydan sonra müşahidə olunmağa başlayır. Analar uşaq dünyaya gəldiyi andan onların yemə və gigiyenik normalarına xüsusi diqqət yetirirlər. Xüsusən yemək yedizdirərkən normasını aşaraq “zəifləyəcək” […]

Uşaqların ən böyük rəqibi

Uşaqların ailədə ən çox güvəndikləri partnyor – hərdən savaşsalar da, əsəbləşib bir-birlərinə “Səni sevmirəm” desələr də – bacı-qardaşlarıdır. Onların əlaqəsi uşaqların problemləri bərabər həll etməsi və bir-birlərinə arxa, dayaq durmağı öyrənmələri üçün ən gözəl vasitədir. Evin tək uşağı digər uşaqlarla, öz yaşıdlarıyla və qohumlarıyla qaynayıb-qarışsalar da bacı, qardaş sevgisinin nə olduğunu bilmirlər. Ana-atalar tək uşağı […]

Uşaq Serebral İflici (USİ) nədir?

Uşaq serebral iflici termini ilkdəfə 1893-cü ildə psxioanalitik Ziqmund Freyd tərəfindən irəli sürülmüşdür. Baş beynin doğuşdan əvvəlki, doğuş zamanı və ya doğuşdan sonrakı dövrlərdə müxtəlif səbəblərdən zədələnməsi nəticəsində ortaya çıxır. Erkən uşaqlıq dövründə aşkarlamaq mümkündür. Hərəki pozğunluqlarla, ifliclər, əzələ zəifliyi, koordinasiya pozğunluqları, qeyir-iradi hərəkətlərlə xarakterizə olunan bir haldır. Beyin iflici zəif, mülayim və kəskin dərəcələrdə […]

Uşağı döymək yoxsa döyməmək?!

Döymək, uşaqları nəzarətdə saxlamaq üçün sıx istifadə edilən metodlardan biridir. Bəzən valideynlər düşünüb yaxşı yollar axtarmaq yerinə daha asan olan fiziki şiddətə baş vururlar. Təəssüf ki, bu tip “tərbiyə” üsulu ölkəmizdə çox istifadə olunur. Bu üsul uşaqda zəif vicdan və əxlaq inkişafına gətirib çıxarır. Müassir dövrdə insan sərbəst düşünə bilmək, hər situasiyaya uyğunlaşmaq elastikliyinə malik […]

Uşağınız tərbiyəsizdir ya Turaetta sindromuna yoluxub?

Turetta sindromunun yaradıcısı fransız həkim və nevropatoloqu Jil de la Turettadır. Turetta sindromu uşaqlıqda başlayan nevroloji bir narahatlıqdır. Əhalinin 0.05%-ində bu sindroma rast gəlinir. Turetta sindromu daha çox oğlan uşaqlarında müşahidə olunur. Turetta sindromu tiklərlə və müəyyən səslərlə xarakterizə olunan bir xəstəlikdir. Adətən göz qırpma, qırtlaq təmizləmə, etiq olmayan ifadələr işlətmək kimi əlamətləri vardır. Tiklər […]

Uşağınız kökəlmir?!

Uşağımın çəkisi Uşağın çəkisinin defisiti “hipotrofiya” adlanır. Uşaqda hipotrofiya olduqda onun orqanizmində olan orqan və sistemlərinin inkişafı gecikmiş olur, uşaq tez-tez infeksion xəstəliklərinə tutulur. Hipotrofiyanın ağır formaları hətta uşağın həlak olmasına səbəb ola bilər. 1-ci dərəcəli hipotrofiya xüsusi pəhrizlərin köməyi ilə ev şəraitində müalicə olunur. 2-ci və xüsusən 3-cü dərəcəli hipotrofiya ciddi problem hesab olunur […]