Süd dişlərinə qulluq

Uşaqlar ağız qulluğuna yetkinlər qədər diqqət edə bilməzlər. Bu baxımdan körpə vaxtlarından ağız baxımı ciddiyə alınmalı, çürüklərə qarşı qoruma təmin edilməlidir. Elm adamları, hələ dişi çıxmamış körpələrdə arasında apardıqları araşdırma zamanı ağız içində çox sayda fərqli bakteriyanın varlığını təyin ediblər. Körpələrdə meydana gələn çürüklərin müalicəsi çox çətin olduğundan, qoruyucu tədbirlərin erkən dövrdə alınması lazımdır. Təxminən […]

Ana südü ilə qidalanan körpənin əlavə qida və maye qəbulu

Körpənin birinci yaşına qədər həyatındakı əsas hadisələrdən biri əlavə bərk qidaya başlamasıdır. Bu ərəfədə “körpəyə ana südü çatmır, ana südü azaldı, körpənin əlavə qidaya ehtiyacı var” kimi səhv fikirlər çox geniş yayılmışdır. Buna görə də körpənin çəkisini artırmaq məqsədilə əmizdirmək əvəzinə əlavə qidaya başlanır. 0-1 yaş müddətində ana südü körpənin vitamin, mineral, zülal, yağ, su […]

Uşaqlarda piylənmə zəkaya təsir edir

Son illərdə sıx görünən piylənmə (obezite) uşaq sağlamlığına da mənfi təsir edir. “Sağlam və bacarıqlı olmaq üçün daha çox yeməlisən” anlayışı artıq tarixə qovuşur. Belə ki, obez uşaqlar üzərində aparılan araşdırma zamanı uşaqların başına qoyulan elektrotların köməyi ilə beyin dalğaları qeydə alınıb. Zehni funksiyaları göstərən bu elektrik dalğaların obez uşaqlarda pozulduğu təsbit edilib. Obez uşaqlarda […]

Körpələrdə köp

Həkimlərin müşahidələrinə görə, bu problemə yenidoğulmuşların 70%-dən çoxunda təsadüf edilir. Bu zaman tam sağlam və tox uşaq səbəbsiz olaraq çox bərk qaşqırır, ağlayır, ayaqlarını tərpədir, qarnına sıxır, qızarır. Belə tutmalar hər gün və gün ərzində bir neçə dəfə təkrar oluna bilər və bəzən hətta 3 saata kimi davam edə bilər. Uşaq qidadan imtina edir, yatmır, […]

Uşaq bezləri

Texnologiyanın inkişafını nəzərə alsaq, əvvəllər ana olmaq daha çətin idi deyə bilərik. Buraya təkcə yeni çıxan elektronik avadanlıqlar daxil deyil. Söhbət anaların həyatını yüngülləşdirən uşaq bezlərindən gedir. Yaxın keçmişdə analar uşağı bələyəndə, gəzməyə aparanda və tualetə getməyi öyrənənə qədər parça bezlər işlədiblər. Artıq neçə illərdir ki, hazır uşaq bezləri satılır. Bu bezlər analara «nəfəs almağa […]

Körpələrdə qulaq ağrısı

Körpələr tez-tez ağlayır. Bunun səbəbləri müxtəlif ola bilər. – uşaq acdır, onu köp və sancılar narahat edir, ona isti və ya soyuqdur, “pampers” yaşdır və s. Körpə uşaq öz “dərdini” yalnız ağlamaqla bizə çatdıra bilər. Ana hər zaman uşağın ağlamağının səbəbini başa düşməyə və ona kömək etməyə çalışmalıdır. Qulaq ağrısı uşaqlarda ağlamaq və narahatçılıq üçün […]

Uşaqları onlardan uzaq tutun

Fast-fud haqqında nə qədər yazılsa da, zərərlərindən bəhs edilsə də, onlar azalmır ki, azalmır. Tez qidalar hazırlayan restoranların sayı günü-gündən artmaqdadır. Bəs niyə belə olur? Həkimlərin xəbərdarlıqlarına baxmayaraq, hər gün daha çox insan tez hazırlanan qidalara üstünlük verir. Məsələ burasındadır ki, müasir həyatın ritmi insanlara imkan vermir ki, normal qidalansınlar. Gənclər isə yemək hazırlamağa meyl […]

Yeni doğulmuş körpəyə gigiyenik qulluq

Körpəni yumaq qaydaları: Yeni doğulmuş körpənin səhər yuyunması: Burunu möhkəm əşyalarla (o cümlədən pambıq çubuqlarla) silmək qadağandır!!! 4. Xarici qulaq seyvanının təmizlənməsi: Hər qulaq üçün ayrılıqda tarım pambıq burmalar düzəltməli, steril bitki yağında islatmalı. Fırladıcı hərəkətlərlə burmaları qulaq seyvanına yeritməli; Qulağı möhkəm əşyalarla (o cümlədən pambıq çubuqlarla) silmək qadağandır!!!Ağız boşluğuna baxış: Körpənin çənəsinə yavaşca basmaqla […]

Uşağın iştahasını artırmağın yolları

Uşaqlarda iştah problemi valideynlərin tez-tez dilə gətirdikləri və həkimlərin qarşılaşdıqları şikayətlərdən biridir. Uşaqlardakı iştahasızlıq Hepatit və sidik yolu iltihabı kimi ciddi xəstəliklərin əlaməti olsa da, çox hallarda elə də ciddi təhlükə daşımayan səbəblərlə bağlı olur. Uşaqların 25-40 %-də iştahasızlıq görülür. Bir sözlə altda heç bir xəstəlik yatmır və uşağınız sağlam, normal həyatına davam edirsə, elə […]

Ana südü haqqında 10 yalan

Yeni ana olmuş təcrübəsiz xanımları ana südü və əmizdirmə mövzusunda əslində, doğru olmayan məlumatlarla yükləyən qohum, dost və tanışlar həmişə var. Onlar sözsüz ki, bu məsləhətləri xoş niyyətlə verirlər və əmizdirmə ilə bağlı yarana biləcək problemlərdən qorumağa çalışırlar. Amma təəssüf ki, bu cür məsləhətlər nəinki yeni olan analara kömək edir, bəzi hallarda onlar üçün problem […]