Uşaqlarda HƏRARƏTİN ölçülməsi. Anaların bilmədiyi incəliklər

Hərarətin ölçülməsi ən sadə tibbi manipulyasiya olsa da bir çox valideynlər bunu düzgün etmir. Tanınmış ukraynalı pediatr Evgeniy Komarovskiy öz verlişlərinin birində bu haqda çox geniş məlumat verib. Saglamolun.az sizə həkiminin tövsiyələri ilə sizi tanış edir: Hansı nahiyədə ölçmək daha yaxşıdır – qoltuq altında, duz bağırsaqda, dəridə, qulaqda? Qoltuğaltı nahiyəsində ölçmək daha yaxşıdır. Hansı termometr […]

Yeni doğulmuş uşağın hiss üzvləri

Hiss üzvləri hələ uşaq anadan olanda işləyir, lakin tam yox. Gözlər Uşaq anadan olanda ilk saatlar onun gözləri hələ tərpənmir. Bir neçə saatdan sonra gözlər birgə tərpənir, lakin uşaq hələ baxmır. Parlaq işıq mane olur, onu qıcıqlandırır və o özünü narahat hiss edir. Buna görə də yeni doğulmuş uşağın olduğu otaqda çox parlaq işıq olmamalıdır. […]

Uşağın normal boyu və çəkisi necə hesablanır? Pediatrdan ətraflı izah

Bu gün dünyada artıq çəki ilə yanaşı çəkisizlik də böyük problemə çevrilib. Bu problem xüsusən də uşaqlar arasında geniş yayılıb. Maraqlıdır, bəs, buna səbəb olan amillər hansılardır? Bu barədə Sputnik Azərbaycan-a danışan pediatr Aytən İsmayılzadə uşaqların çəkisizliyinə səbəb olan amilləri sadalayıb: “Çəkisizlik normal olsaydı, o zaman “az çəkili” “fiziki inkişaf geriliyi”, “hipotrofiya” kimi sözlərdən istifadə […]

Uşaqların böyrəyini qorumaq üçün valideynlərə 10 QIZIL MƏSLƏHƏT

Tez-tez tualetə getmə, ürəkbulanma, qusma kimi şikayətlərlə uşaqlarda özünü göstərə bilən böyrək xəstəlikləri bəzən heç bir əlamət göstərmədən üzə çıxır. Uşaqlarda böyüdükcə böyrək çatışmazlığına qədər gedib çıxa bilən ciddi böyrək problemlərinin qarşısını almaq üçün valideynlərin erkən dövrdə qoruyucu tədbirlər görməsi vacibdir. Lent.az uşaq xəstəlikləri üzrə mütəxəssis, nefroloq Mahmut Çivilibalın uşaqlarda böyrək sağlamlığını qorumağın 10 yolu […]

İştahasız uşağa necə yanaşmalı?

“Uşağım yemək yemir” tez-tez rast gəldiyimiz şikayətlərdəndir. İştahasız uşağa necə yanaşmaq lazımdır? İştahasızlıq nə vaxt problemdir, nə vaxt isə adi hal? Nə vaxt narahat olmalı, nə vaxt isə uşağı öz-özünə buraxmalıyıq? İlk öncə bir problemin olub-olmamasını araşdırmaq lazımdır. Görəsən, uşağın yeməsini ümid etdiyimiz qida miqdarı onun yaşına, boyuna və çəkisinə görə uyğundur? Yoxsa ümidlərimizi dəyişməliyik. […]

Körpələr və uşaqlar üçün reseptlər

Körpələr və uşaqlar üçün reseptlər Aşağıda verilmiş körpə yeməyi reseptləri körpənizə çoxlu dadda və formada yeməklərin verilməsinə kömək edəcək. Əlavə qidaya keçidin başlanğıcında yeməkləri püre şəklinə salmağı unutmayın və sonradan körpəniz böyüdükcə bərk yeməklərin sayını tədricən artırın. Bu 12 aylıq olanadək davam edir və daha sonra çağaya uyğun ölçüdə yemək hissələri verə bilərsiniz. Hətta yüngül […]

Südəmər uşağın inkişafı

Yeni doğulmuş uşaqlar anadan olan kimi çəkidə artmırlar. Birinci 3-4 gün onların çəkisi bir qədər azalır. Sonra bir neçə gün çəki gah artır, gah azalır və adətən iki həftəliyində uşaqlar anadan olandakı çəkiyə çatırlar, sonralar isə onların çəkisi müntəzəm artmağa başlayır. Südəmər uşağın çəkisi müntəzəm artmalıdır. Südəmər uşağın çəkisi nə qədər artmalıdır? Ayda orta hesabla […]

Südəmər uşaqların menyusuna əlavə qidaların daxil edilməsi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ekspertləri tövsiyə edirlər ki, həm təbii (ana südü ilə), həm də süni qida (süni süd qarışıqları) qəbul edən uşaqların rasionuna əlavə qidaları (sıyıqlar, şirə, püre və s.) 6 aydan başlayaraq daxil etmək olar. Çünki bu dövrədək körpə orqanizmi yeni qidanı həzm etməyə hazır olmur. 5-6 ayına qədər əlavə qidaları qəbul etməyə […]

Yeməkləri seçən uşaqlar

Uşaqlar böyüdükcə onların dad hissiyatı da inkişaf edir, buna görə də artıq iməkləməyə başlayan uşaqların hər veriləni yeməsi normal haldır. Bir müddət keçdikdən sonra uşaqlar yeməkləri seçməyə başlayır. Bu dövrdə uşaqların yeməyi istədikləri şeylər daha azkən, yeməyi istəmədikləri şeylər daha çox ola bilər. Xüsusən, anaların uşaqlara yemək mövzusunda təzyiq göstərməsi zaman keçdikcə əks reaksiyaya səbəb […]

Uşaqlara tualet vərdişini necə öyrədək?

Yeni doğulmuş uşaqlarda sidik kisəsini əhatə edən əzələlər qeyri-iradi olur. Yəni uşaqlar sidik ifrazını böyüklər kimi nəzarətdə saxlaya bilmir. Lakin bir yaş yarımdan sonra uşaqlar artıq tualet vərdişınə yiyələnməyə hazır olurlar. Daha dəqiq desək, qızlar 29 ayından, oğlanlar 30 aylığından etibarən bu vərdişə yiyələnə bilərlər. Bu yaşdan əvvəl uşağınıza tualet vərdişi öyrətməyə tələsməyin. Əvvəlcə istərdim […]