Azadə Bayramova – BİZİM MƏKTUBUMUZ

Salam, Sevgilim! Sən gəlməyib də mən gəldim. Gecikmiş görüş olsa belə…Və gözlənilməmiş görüş olsa belə. Məgər sevgi gözlənilməzlik deyilmi? Adını bilmədiyimdən sadəcə Sevgilim yazmaqla kifayətlənirəm. Məgər sevgi müəmma deyilmi? Ulu babalarının adlarını əzbər biləcək qədər sinə dəftər olan “Sevgililər” gördüm ki, adlar unuduldu, sevgi tükəndi və sinəyə dağlar çəkildi…Bax bu sevgi deyil. Sevgi bilinməzlikdi…Düzü heç […]

Humay Hüseynli – SEVDİM SƏNİ

Sevdim səni Yavaş-yavaş, zərrə-zərrəYoxsa qəfil birdən birəHeç bilmədim mən nə cürəBu qədər çox sevdim səniSığal çəkir eşqin mənəHər gün təkrar, hər gün yenə Həyat verir bu bədənəNəfəs kimi sevdim sənKam alıram gözlərindənİlham verən sözlərindənƏtir saçan sözlərindən Tanıyaraq sevdim səniNecə zalım, necə yamanSəndən ayrı keçən zamanEy sevgili mənə inanHər halınıa sevdim səni ​Humay Hüseynli

Gülnar İmanova – NATAMAMLIQ DUYĞUSU KİMİ NAKAM QALAN SEVGİLƏR

Hər kəs sevir. Hər kəs öz düşüncəsiylə sevir. Kimi sevərək sevdiyini bilir, kimi ise sevilməyi sevib sevir. İlk baxışdan sevgi? Sevgidən cox vurulmaqdır bu xarici görkəminə. Onu tanımaq istəyirsən, brend mal gormüsən kimi onu əldə etmək üçün ürəyin tir-tir əsir. Həyəcanının nəfəsini dayandırdığı o an özünü sevirmiş zənn edirsən. Amma sevgi bununla ölçülsəydi “səndən bezdim, […]

Gülnar Quluzadə – EŞQ

Eşq, ülvi hisslərin alisi. Düşdüyü qəlbi saflaşdıran, paklaşdıran. Eşq, duyğuların təlatümü .Adına şeirlər yazılan, nəğmələr qoşulan. İlahi məhəbbətdən doğan. Eşq, insan bədəninin bütünü. Qeysi məcnun edən, Fərhadı pəhləvanlaşdıran. İzahı mümkünsuz, tərifsiz olan. Eşq, hər təzə doğulan körpə kimi qonaq olduğu qəlbə nur saçan. Eşq, ömrün baharı, göyqurşağı. Azı-çoxu olmayan . Gözəlliyini ona qucaq açan ürəklə […]

Elşən Şirbağırov – SEVGİ NƏDİR?

Sevgi nədir ? Dərdin sonuncu düyməsi , Həsrətin ürəyə dəyməsi . Bal kimi zəhər , Sərxoş gece çılpaq səhər . Şəkil səbri , Hadinin qəbri . Samanlıqda iynə tapmaq sevdası . Qəm ədası . Akif İslamzadənin batan səsi . . . . . . . . Kədərin fərdi sərgisi . Elşən Elman oğlu Şirbağırov Azərbaycan […]

Raminə Baloğlanova – KÖNÜL SEVƏRKƏN

Könül sevərkən ​Həyat burulğanına düşmək dünyanın acısını duymaq deməkdir. Hər kəs öz xoşbəxtliyini öz əməlləriylə qoruyub saxlaya bilər. Amansız dünyada sevmək,həyatı dərindən dərk etmək ,sevilmək həyatın saf ,təmiz duyğularla aşıb-daşan dənizində üzmək ,qayğısız anlar keçirmək kimidir.Bizim tanış olacağımız həm sevirlər,həm sevilirlər. Dünyanın kədərindən uzaq ,sevincinə qovuşmuş xoşbəxtlərdir. Ayşən anasının razılığı ilə Ceyhuna nişanlanmışdı. Əvvəllər Ayşənə […]

Nərgiz Allahquluzadə- V FƏSİL

V fəsildin sən Bir az qış kimi soyuq Bir az da yay kimi isti, Bir az yaz kimi rəngli Və payız kimi tənha… Zamansız gəldin Həmişəki kimi Hesab, kitabda yoxdu gəlişin… Heç kimin kimi gələnlər, Hər şeyin kimi gedərlər. Ayın belə deməyə sözü qalmadı Incidi bizdən… Içkinin belə köməyi çatmadı gedişinə. Bitmişdi hər şey… Sonra […]

Rüfət Əhmədzadə – AVTOBUSDA SEVDİYİM QIZ

Bütün insani eşqlər arasında belə bir duyğu da var: “Avtobus sevgisi”. Nə olan şeydir bu? Dəqiq soruşan olsa, izah edə bilmərəm. Amma proses olaraq, “Avtobus sevgisi” belə bir şeydir: Sən ona baxırsan – o, hələ sənə baxmır, amma onun gözü sənə sataşana qədər yenə baxırsan – qəfil baxışlarınız toqquşur, gözünü qaçırırsan; utansan da, qızarsan da, […]

Günel Məmmədova – PARANOYA

•”Paranoya”​ .. Gedirəm boşluğa yenə, Əllərimdə bir ovuc duman. Saçlarımın bəyazı işıq tutmuş yoluma Mən qaranlıqda uçuram, qanadsız qollarımla Sən idin axı üfüqüm, Hanı bəs indi Günəşim? Tək mənmiyəm görən acizliyinə ağlayan? Mənmiyəm səni səndən də çox düşünən? İzlərin sökülüb, səkilərdə itmişəm İtirmişəm beynimi, mən artıq mən deyiləm. Bu donuq şəhərdə kimdən soruşum səni? Kim […]

Tünzalə Talıblı – 365 GÜN 6 SAAT SEVGİ

0Sevgi nədir? Sevgi = 365gün 6saat Sevgi.. Sevgi gözlərin bağlanaraq ruha, ruhun isə qəlbə təslim oluşudur. Sevgi günəşin torpağı istidən qovurduğu anda torpağın yağışa duyduğu həsrətdir. Sevgi yer üzünün göy üzünə həsrəti bitirsin, yağışı torpağa qovuşdursun deyə yalvarışdır. Sevgi… Həm sevinc,həm kədərdir. İnsan həyatının doğulduqdan sonraki”ilk doğuşudur”sevgi.Sevgi bir ömürdür. Ömür illərdən,il fəsillərdən ibarətdir.Elə isə sevgi […]