Yaşam naminə – XƏYALƏ MURAD

O axşam qəfil çaxan ildırım səsinə oyanmışdı. Pəncərəyə çırpılan yoğun ağac budağı Qulikonu qorxutdu. Yataqdan qalxıb asta addımlarla pəncərəyə yaxınlaşdı. Əsən külək sərinliyi ilə aprel ayını xatırladırdı. İyun ayının tən ortasında bu soyuq küləyin ayrı ləzzəti olsa da, Qulikonu sevindirmədi. Qaranlıq küçəyə boylanıb uzaqdan gələn yoldaşının maşınını sezdi. Yağış yağmağa başlamışdı. Ara bir ildırım çaxır, […]

“Qadın olmaq” kişi işi deyil – AYGÜN ASİMQIZI

Bəzən kişilərdən “Bəxtim olsaydı, qadın doğulardım” fikrini eşidirəm. Hər dəfə də düşünürəm ki, “qadın olmaq” bu qədərmi asandır? Mənə elə gəlir ki, qadınlar haqqında düşüncəsinə görə kişilər iki qrupa bölünür. Bir qrupa görə, qadın olmaq evdə oturub, ailəsinə, uşaqlarına baxmaqdır. Onlar qadını ictimai həyatda deyil, yalnız evdə görürlər. Bu cür düşünənlər üçün qadın olmaq çox […]

Cənnət qoxuyan varlıqları incitməyin – SEVDA RZASOY

Bu suala cavab verməmişdən öncə qeyd edim ki,həmişə məşhur və sevilən yazar olmaq istəmişəm.Amma heç vaxt buna cəhd belə etməmişəm.Çünki mən qadınam,məşhurluq sevdasına düşə bilmərəm və bu kiçik məqalə ilə məhdudlaşmalıyam. İndi isə mövzu barədə. Bətnindəki körpənin cinsiyyətini yoxlatdırmağa gedən bir qadın düşünün.Ürəyində qız istəsə belə o “qızdır” sözünü eşitməməyi necə də çox arzulayır.Çünki oğul […]

Çətindir Qadın Olmaq – ELMİN MƏMMƏDOV

Çətindir Qadın Olmaq! Çünki hamının sahib olmaq istədiyi bir bədənin var. Qorumaq zoruna olduğun bir namusun və sevməyin qadağan olduğu mentalitetin.. Kişi kimi kişi deyərlər, amma qadın kimi qadın deməzlər. Zor şeydi deyərlər… Soyuq olmaq zorundadır, hissetməməsi gərəklidi, yaxşı görünməlidi, amma o qədər də açıq saçıq yox. Kişinin yanında yerini bilməlidir. Qadın olmaq günahdı bu […]

Qadın elə bir mövzudur ki, onu nə qədər müzakirə etsən də həmişə yepyenidir – ƏHMƏDLİ MİNAXANIM

Qadın olmaq… Dünyaya gələn hər bir qız övladı gələcəyin anası, ailəsinin xanımıdır. Bununla yanaşı o dahi şəxsiyyətdir, müqəddəs insandır. “Qadın zərif cinsin nümayəndəsidir” bu mənim təbirimcə səhv deyilmiş bir fikirdir. Qadınlar günümüzdə ən güclü varlıqlardır. Dəyilən hər zərbəyə dözə bilirlər. Bura həm psixoloji, həm də fiziki zərbələr aiddir. Əks cinsin nümayəndələrinə isə ikisindən biri olduqda […]

Bəzən də xəyanətə məhkum olmaqdır qadın olmaq – SİMA İSMAYILZADƏ

Qadın olmaq… Bəzən dünyadakı ən müqəddəs varlıq ANA olmaq, bəzən əzilmək, döyülmək, aldadılmaq, heç nəyə baxmadan həyatına davam etməyə çalışmaq, bəzən də heç kimə möhtac olmadan, öz ayaqları üstündə duraraq möcüzələr yaratmaq.. Bəzən erkən nigahın qurbanına çevrilərək dərk etmədiyi halda uşaq sahibi olmaq, seçim hüququ olmadan qarşısına qoyulan qaydalarla həyatı yaşamağa çalışmaq, bəzən də bütün […]

Qadın hər cümlənin izahını verməliydi daşlaşmış vicdanınıza – NƏZRİN CAVİD

Damarlarından qan yerinə yağış suyu axan qadın idi o.Bu gecə o gecələrdən deyildi.Yağış damlası sanki bir yumruq kimi dəymişdi alnının ortasından.Gecə qəfildən yağış möhkəm yağmağa başladı.Bədənində üşütmə hiss edib ayıldı yuxudan.Barmağıyla alnından soyuq damcını silib dilinə toxundurarkən hiss etdi,acısından,tozundan.Evin damından axan yağış suyu,işarə idi.Yenə də yastığının yerini dəyişib eləcə yuxuya getməyə çalışmalıydı.Bu gecə o gecələrdən […]

E­y qadın. Axı sən anasan. Sevginin özüsən­. – GÜLŞƏN YILDIZ

Feminizm” qadın-kişi ayrı-seçkiliyinə q­arşı çıxaraq cinslər arasında iqtisadi, ­siyasi və ictimai bərabərliyi müdafiə ed­ən bir baxışdır. Əsas məqsədi qadın azad­lığı və qadının cəmiyyətdəki yeri haqqın­da həqiqi bir bərabərliyin yaradılmasıd­ır. “Feministlər” isə qadın hüquqları müdafi­əçisiləridir (latın sözü olan “femina” “qadın” deməkdir)­…­ Feminizmdən, qadın hüquqlarından danışan­ qadınlara bu gün ölkəmizdə nəinki əks c­ins nümayəndələrinin, elə öz həmcinsləri­mizin […]

Qadın tam bir dairədir. İçində yaratma, bəsləmə və döndərmə gücləri vardır – VEİS QURBANOV

Sözlərimi təbiət alimi Diane Mariechildin sözləri ilə başlamaq istərdim. “Qadın tam bir dairədir. İçində yaratma, bəsləmə və döndərmə gücləri vardır”. Bəli, Mariechildin düşüncəsindəki kiçik bu cümlə çox böyük bir fikri ifadə etməklə yanaşı qadının tanrıya bərabər bir güc, qüvvə olduğunu əks etdirir. Qadın eyni zamanda bəşəriyyətin davamçı qolu, tanrının yaratdığı ülvilik, gözəllik, təmizlik rəmzidir. Qadın […]

Bütün dünyaya işıq saçmaqdır qadın olmaq – ŞƏHLA MİRZƏZADƏ

Qadın olmaq… Müsabiqənin elanını görəndə ilk düşündüyüm “axı həqiqətən nə deməkdir qadın olmaq ” və niyəsə ilk ağlıma gələn də elə bu oldu “ana olmaqdır qadın olmaq”… Qadın olmaq dünyaya ilk göz açdığın gündən bir atanın namusu,bir qardaşın başucalığı,bir bacının dayağı və bir ananın ürəyi olmaqdır əslində.. Qadın olmaq xanımlığının dəyərini bilib xanım kimi davrana […]