STRESSLƏ BACARMAĞIN YOLLARI
Bildiyimiz kimi hazırki həyat şəraiti insanlar üçün çox stressli və çətindir. Demək olar ki, həyatımızın hər anında stresslə üz-üzə qalırıq: səhər işə gedərkən yollarda tıxac yaranıbsa, iş yerində hər kəs gərgindirsə, borclar çoxalırsa, uşaqların istəkləri bitmirsə və s. buna bənzər bir çox misallar çəkmək olar. Bu stressli həyat şəraitinin nəticəsində bir çox psixoloji və fizioloji […]
GƏLİN MƏNİM SÜPÜRGƏMDİR -Psixoloji baxış
Son zamanlar boşanmalar daha çoxdur və artmağa davam edir. Bəs ailələrin dağılmasına səbəb nədir ? Ailə qurarkən hər kəs xoşbəxt olmaq üçün evlənir lakin bu xoşbəxtliyin qarşısını alan nədir? Yəni ailə həyatı quran şəxslər nələrə diqqət etməlidirlər? Uzun zamandan bəri həll olunmayan qaynana-gəlin çəkişməsi yoxsa ər-arvad çəkişməsi yaxud da kənar şəxslərin müdaxiləsi? Qaynana və gəlin […]
Puberfoniya
Puberfoniya nədir, əlamətləri nələrdir? İnsanda özgüvən probleminə yol açan bu səs probleminin müalicəsi mümkündürmü? Yeniyetməlik dövründə böyümə və hormonların təsiri ilə tənəffüs, fonasiya (səslənmə) və rezonans orqanları inkişaf etməyə, bu səbəbdən səsin pərdə və keyfiyyəti dəyişməyə başlayır. Bu dəyişikliklər oğlan uşaqlarında qız uşaqlarına nisbətən daha qabarıq olur. Yeniyetməlik dövründə pərdə və səs qırılmaları, stabillik və […]
YAŞ ANLAYIŞI VƏ ONUN NÖVLƏRİ
İlk baxışda sadə görünən yaş anlayışı əslində geniş və mürəkkəb məfhumdur. Yaş insanın yaş normasında olmasını, ömür tarixini, inkişaf və yetişməsini, onun bioloji, psixoloji, sosioloji cəhətdən formalaşmasını ifadə edən bir anlayışdır. Bu zaman insanın psixi proses və xüsusiyyətlərində həm kəmiyyət, yəni müəyyən yaşda nəyinsə artması, yaxud azalması (lüğəti, diqqətin həcmi, yadda saxladıqlarının miqdarı, uşaq fantaziyası, […]
DİQQƏT- ÇOXCƏHƏTLİ PSİXİ PROSES KİMİ
Gündəlik həyatda insana yüzlərlə qıcıqlayıcılar təsir göstərir. Lakin insan onların hamısını əks etdirmir, ən vaciblərini seçib ayırır, fəaliyyətinin icrasına kömək edənləri saxlayır. Bunlar diqqətin fəaiyyəti ilə bağlıdır. Diqqət, idrak proseslərindən biridir. Başlıca xüsusiyyətlərinə görə diqqət digər idrak proseslərindən (duyğu, qavrayış, təfəkkür, hafizə və s.) fərqlənir. Diqqət psixi fəaliyyət obyektinin aşkar əks etdirməsini təmin edir. İş […]
Ünsiyyət- bacarıq, yoxsa qabiliyyətdir?
İnsanı sosiallaşdıran başlıca amil ünsiyyətdir. İlk baxışdan sadə görünən bu qavram əslində incəliklərlə dolu çox çətin bir bacarıqdır. Ünsiyyət təlabatı bütün canlılarda – heyvan, bitki və insanlarda mövcuddur. Amma bizi digər canlılardan fəqləndirən ən mühüm xüsusiyyət ünsiyyəti şüurumuzla mükəmməl şəkildə ifadə etməyimizdir. Sual olunur; Ümumiyyətlə ünsiyyət deyəndə nə başa düşürük? Gəlin bu məsələyə birlikdə aydınlıq […]
Hafizə
İnsanın duyub və qavradıqlarının, psixikasında baş verənlərin hamısı izsiz ötüşmür, müəyyən mənada orada hifz olunur. Bəziləri isə ömürlük qalır. Keçmişdə baş verənlərin psixikada “izi”, işarələri, kodu, sürəti qalır. Bizlərdən hər birimiz təsdiq edə bilərik ki, təkrarən duyduğumuz və qavradıqlarımızı tanıyır və onu əvvəllərdə məhz o şəkildə yaşadığımızı söyləyərik. Psixikanın mühüm universal xüsusiyyətlərindən biri də informasiyanın […]
BƏDƏNİMİZDƏKİ MÖCÜZƏVİ TƏMİRÇİLƏR
Dərinizin üzərində kiçik yara olanda, qısa müddət sonra qanamanın öz-özündən dayandığı mütləq diqqətinizi çəkmişdir. Bu, çox qeyri-adi vəziyyətdir. Çünki normal şərtlərdə açılan dəlikdən mayenin axması öz-özünə dayanmır. Bunu daha yaxşı başa düşmək üçün bir örnək verək: Əlinizdə içi su ilə dolu olan şar olduğunu düşünün. Şarı iynə ilə deşib kiçik dəlik açdıqda, içindəki su dərhal […]
Eqoizm
Avropada tanışı olmayan insanlarla ovqatını bölüşmək, salamlaşmaq ənənəsi var. Orda elə bir kompleksiz cəmiyyət var ki, tanımadığın insana salam vеrə, xoş əhvalla “gözəl havadır” dеyib ötə bilirsən. Avropa cəmiyyətinə “qonaq olanda” adamın ilk diqqətini çəkən məhz münasibətlərdəki bu sərbəstlik olur. Bizim cəmiyyətin nümayəndələrinə bir az qəribə gələn hadisədir… Mən Avropada bu ənənənin hardan qaynaqlandığını bilmirəm. […]
Ünsiyyət problemlərinin səbəbləri – Elmi izah
Şəxslər arası münasibətlərdə ünsiyyətin rolu İnsan cəmiyyəti yarandığı gündən ünsiyyət, inkişafın və tərəqqinin aparıcı qüvvəsi kimi çıxış etmişdir. Hələ ilk insanlar arasında sözlü ünsiyyət mövcud olmadığı dövrlərdə insanlar öz istək və arzularını, bildirmək istədikləri fikirləri müxtəlif bədən hərəkətləri vasitəsilə və ya daş qaya üzərində rəsmlər çəkərək ifadə etməyə çalışmışlar. Zaman keçdikcə və insan şüurunun təkamül […]