Antidepressantlar asılılıq yaradırmı?

Əhali arasında antidepressantlar haqqında bəzi səhv fikirlər yayılıb. Bu səbəbdən də antidepressant dərmanlar haqqında bir sıra nüansları qeyd edirik: Antidepressantlar nədir? Antidepressantlar təkcə depressiyanın yox, həm də həyəcan, təşviş, panik atak, obssesiv-kompulsiv pozuntu, sosial fobiya kimi xəstəlikərin müalicəsində ilkin seçim peraparatlarıdır. 30-dan çox ayrı-ayrı forması olmasına baxmayaraq, əsas 4 geniş qrupu var. Antidepressant dərmanların təsir […]

Kişilərdə erkən boşalma

Aktiv cinsi həyat yaşayan kişilərin böyük əksəriyyətinin tez-tez rastlaşdığı erkən boşalma günümüzün reallığında heç bir dərman istifadə etmədən, yalnız psixoterapevtik metodlar vasitəsi ilə 90-95 faiz tam aradan qalxan problemdir. Erkən boşalma nədir? Cinsi əlaqənin qadının, eləcə də kişinin həzz almasına imkan verməyəcək dərəcədə tez bitməsi erkən boşalma adlanır. Müasir tibbdə erkən boşalmaya xəstəlikdən daha çox […]

Panik atak

Panik atak qorxu (ölüm qorxusu) və narahatlıq hisslərinin tutma şəklində qəflətən başlayıb, 10 dəqiqə ərzində ən pik səviyyəyə çatan psixoloji narahatlıqdır. Xəstə 10 dəqiqə müddətində öləcəyini, infarkt keçirəcəyini və ya özünə nəzarəti itirərək yıxılacağını düşünür. Bu tip krizlər adətən insanların çox olduğu yerlərdə, qapalı otaqda, tıxaclarda olur və yarım saatdan sonra azalmağa doğru gedir. Buna […]

Sosial Fobiya

z Lakin bəzi insanlar ünsiyyət zamanı özlərini rahat hiss etmir və narahat olurlar. Xəstəliklərin Beynəlxalq Təsnifatında (XBT) sosial fobiya olaraq adlandırılan bu xəsətlik utanmaqdan, alçalmaq qorxusundan, başqaları tərəfindən pis qəbul olunmaqdan və eləcə də bu kimi qorxduğu vəziyyətlərdən qaçma ilə özünü göstərən bir xəstəlikdir. Sosial fobiya haqqında danışarkən bu məqamı xüsusi ilə qabartmaq lazımdır ki, […]

Heç bir şey olmadığı halda özünüzü xəstə hiss edirsiniz?

“Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən psixi pozuntular siyahısına daxildir. Bu problemdən əziyyət çəkən insanlar orqanizmlərindəki ən kiçik dəyişikliyi belə ciddi bir xəstəlik əlaməti kimi qəbul edir və müvafiq olaraq həkimə müraciət edirlər. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi əlamətlər xərçəng, miokard infarktı əlamətləri kimi qəbul edilir və […]

Obssesiv – Kompulsiv pozuntu

Bir çoxunun ağlına vaxtaşırı olaraq doğmalarının və yaxınlarının başına pis hadisə, bədbəxtlik gələcəyi, onların yaxud özünün hansısa dəhşətli xəstəliyə tutulacağı, qapını bağlamışam ya bağlamamışam, eləcə də əlləri dəfələrlə yumalıyam kimi təkrarlanan fikirlər gəlir. İnsanların əksəriyyətində rastlanan və psixiatriyada obssesiv fikirlər olaraq adlandırılan bu əlamətlər həmin insanın günlük yaşamına və sosiallığına təsir etmədikcə xəstəlik sayıla bilməz. […]