BÜTÜN GÜNAHLARI YALNIZ MÜƏLLİMDƏ AXTARANLARIN NƏZƏRİNƏ-müsahibə

Bu günlərdə ölkə gündəmi müəllimindən hamilə qalan məktəbli qızla bağlı rüsvayçı hadisəyə görə sarsılıb. Artıq 25 yaşlı müəllim həbs olunub. Buna baxmayaraq, bir qızın taleyi də məhv olub. Bəs bu hadisədə, məşhur filmdə deyildiyi kimi, “kimdir müqəssir?” Belə rüsvayçılıqların yaşanmaması üçün valideynin, müəllimin və şagirdin üzərinə hansı öhdəliklər düşür? FaktXeber.com məsələ ilə əlaqədar Psixologiya və […]

Sosial reklamların önəmi

Bütün dünyada geniş tətbiq olunan sosial reklamların ölkəmizdəki vəziyyəti ürəkaçan deyil Hər hansı bir problemi aradan qaldırmaq çox zaman çətin olur, bəzən isə mümkün olmur. Amma problemin qarşısını almaq və getdikcə azalmasına nail olmağın ən effektli üsulu sosial reklamlardır. Zərərli vərdişlərdən uzaq durmaq, təhlükəsizlik qaydalarına riayət etmək, bir sıra xəstəliklərin profilaktikası və s. istiqamətlərdə hazırlanan […]

MÜƏLLİMLƏRƏ PSİXOLOJİ YARDIM EDİLMƏSİ TƏKLİF OLUNUR- müsahibə

“Müəllimin şagirdə əl qaldırması bütün hallarda təqdir edilmir və doğru deyil. Tərbiyə prosesində cəzalandırmada zor, şiddət yoxdur. Təhsildə digər cəza üsulları tətbiq edilə bilər. Məsələn, qiyməti aşağı sala bilər. Bundan əlavə, valideyni dəvət edib onunla söhbət oluna bilər. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, müəllim özü də insandır. Onun da hissləri, düşüncəsi, ailəsi və qayğıları […]

Psixoloq Elnur Rüstəmov :”Yalnız gözəlliyə, sevgiyə istinad edib evlənmək heç də uğurlu seçim deyil!”

Psixoloq Elnur Rüstəmov bildirir ki, yalnız gözəlliyə, sevgiyə istinad edib evlənmək heç də uğurlu seçim deyil Evlilik yaşı getdikcə artır, gənclərin bir çoxu evlənmək istəmir, yaxud gec yaşlarda evlənməyi daha düzgün hesab edirlər. Evlənənlərin isə yola getməmə, boşanma problemi daha qabarıq olur. Bu üzdən də “qaynana-gəlin” problemi bu gün əvvəlki illərdəki qədər aktual deyil. Amma […]

Məktəbə erkən gedən uşaqlarda psixoloji problemlər yaranır

Psixoloq Aydan Talıbova: “Uşaqda qavrama yaşı aşağıdırsa, onun məktəbə tez getməsinin heç bir faydası yoxdur”. Uşaqlar ağ kağız kimidirlər, nə yazsanız, onun izi qalacaq deyirlər. Beyinləri heç bir məlumatla kirlənməyən uşaqların hər hansı bir hadisəni və ya məlumatı problemsiz yaddaşlarına yazmaları da təəccüblü olmamalıdır. Çox zaman uşaqlarının bu qabiliyyətini dəyərləndirən valideynlər onların daha çox uğur […]

AZƏRBAYCANDA QADINLARIN SPİRTLİ İÇKİLƏRƏ MARAĞI NİYƏ ARTIB

Azərbaycanda spirtli içki qəbul edən və hətta bunu gündəlik yaşam tərzinin bir hissəsinə çevirən qadınların sayı durmadan artmaqdadır. Bəs qadınları buna vadar edən nədir? Psixoloji problemlər, yoxsa artmaqda olan qərbyönlü tendensiya? Bu mövzuyla əlaqədar problemi daha kökündən araşdırmaq üçün psixoloq, sosoiloq və həkimdən açıqlama almaq qərarına gəldik. Psixoloq Elnur Rüstəmov ATV.az-a bildirdi ki, qadınların spirtli […]

ELNUR RÜSTƏMOV: ““İllərlə güvəndiyin bir insan qəfil hansısa hərəkəti ilə özünə qarşı inamı yox edir. “- MÜSAHİBƏ

“Xəyanət – etibarsızlıq, ümidi, gözləntini doğrultmamaq formasında da ola bilər. Valideynlərə, yaxın adamlara qarşı da xəyanət olur. Bu gün bu məsələ çox aktualdır”. Bu fikirləri APA TV–nin “Səhər zəngi” verilişinin qonağı, psixoloq Elnur Rüstəmov deyib. Psixoloq hesab edir ki, xəyanət etməmək üçün insan ilk növbədə dünyagörüşünü artırmalıdır: “Dünyagörüşü geniş olan insan hər hansı ideya uğrunda […]

“6 yaşlı akademik”, yoxsa ömürlük dəli? – SOS

Valideynlərin çoxu övladlarının hərtərəfli böyüyüb inkişaf etməsini arzulayırlar. Bunun üçün hətta kiçik yaşlarından onlara hərfləri, rəqəmləri, xarici dili öyrədir, üstəlik hansısa yaradıcılıq növünə və ya idmana yazdırırlar. Bir sözlə, artıq kiçik yaşlarından valideynlər övladlarının uşaqlığını əllərindən alırlar. Məktəb yaşına çatdıqdan sonra isə uşaq təkcə dərsləri ilə məşğul olmur. Valideyn övladını dərsdən sonra repetitor məşğələləri və […]

Psixoloq Elnur Rüstəmov: “Əslində heç bir valideyn bilərəkdən nəsə eləmir ki, övladı evdən qaçsın” – MÜSAHİBƏ

Atalarımız deyib ki,“Qızını döyməyən, dizini döyər”. Amma mən inanmıram ki, bu fikir real fiziki güc tətbiq edilən tərbiyəyə aiddir.Çünki insanı heyvandan fərqləndirən cəhət onun aglıdır. Allahın yaratdıqları arasında insan ən üstündürsə, onu necə heyvan kimi kötəkləmək olar?!Amma reallıqlar heç də dediklərimizlə üst-üstə düşmür. Beləki, XXI əsrdə övladlarını hələ də müxtəlif tərbiyə üsulları ilə böyüdən valideynlər […]

Psixi Sağlamlıq Mərkəzində BİR GÜN – Reportaj

“Mərkəzdə Bir Gün” rublikamızın bu dəfə ki, qonağı Psixi Sağlamlıq Mərkəzi oldu! Mərkəzin rəhbəri, tibb elmləri doktoru, professor Fuad İsmayılovun rəhbərliyi və icazəsilə Psixi Sağlamlıq Mərkəzində bir gün keçirdik və mərkəzin iş prinsipi, fəaliyyət sahələri ilə yaxından tanış olduq, Fuad İsmayılov və mərkəzdəki xoşauralı mütəxəssislər ilə səmimi söhbətimiz baş tutdu. Fuad doktor, bizə biraz bəhs […]