Bipolyar Affektiv Pozuntu – Elmi araşdırma

Bipolyar-affektiv pozuntu nədir? Bipolyar pozuntu, əvvəlki təsnifatda manik-depressiv psixoz olaraq adlandırılırdı. “Bipolyar” sözünün təcüməsi iki qütblü deməkdir və affektiv xəstəliklər qrupuna aiddir. Bipolyar pozuntu diaqnozu qoyulan insanda maniya, depressiya, hipomaniya kimi xəstəliyin mərhələləri müşahidə olunur. Qeyd olunan mərhələlərdən yalnız depressiya müşahidə olunduğu təqdirdə bipolyar pozuntu diaqnozu qoyulmur. Əgər depressiya ilə yanaşı həyatı boyu ən azı […]

17 yaşlı qızın bədəninə cin necə girdi – İSTERİK NEVROZ

Həkimlik fəaliyyətimin ilk illərində müayinə etdiyim bir az yaşlı pasientimi xatırlayıram. Məcburi köçkün kimi yerləşdikləri zirzəmi tipli yarıqaranlıq otaqda halsız idi, danışa və yeriyə bilmirdi. Sadəcə uzanıb bir nöqtəyə baxırdı. Vaxtaşırı el arasında “sudurqa” deyilən hal yaşayan bu qızcığazın yaxınları onun bədəninə cin girdiyini iddia edirdilər. Və o cinin qızın bədənindən nə vaxt çıxacağını gözləyirdilər. […]

OBSESSİV – KOMPULSİV POZUNTU – Bizi məhkum edən fikirlər

Obsessiv- kompulsiv pozuntu (OKP) sarışan fikirlərin (obsessiya) və ya sarışan hərəkətlərin (kompulsiya), daha çox onların hər ikisinin mövcudlugu ilə xarakterizə olunan, kəskin stress pozuntusuna və dezadaptasiyaya gətirib çıxaran psixi pozuntudur. Obsessiya – güclü təşviş yaradan, daim təkrarlanan arzuolunmaz fikirlər, meyillər və obrazlardır. Onlar ya birdən-birə, ya da hər hansı bir vəziyyət və hadisə ilə əlaqədar […]

BULİMİYA – Mən kök yox, kiloluyam

Mən kök yox, kiloluyam… Simptomları və səbəbləri: Qidalanma pozuntuları, əsasən ani çəki itkisi və qeyri-kafi qidalanma təhlükəsi olan insanlarda daha çox müşahidə olunur. Qidalanma pozuntusu olan insanların təxminən 5%-i bulimiyadan əziyət çəkir. Bulimiya nədir? Bulimiya – insanın nəzarətsiz, böyük miqdarda yemək yeməsi və bu prosesi saxlamaqda çətinlik çəkməsi ilə xarakterizə olunur. Simptomlar adətən erkən yeniyetməlik […]

OBSESSİV- KOMPULSİV POZUNTULAR

Həyəcan pozuntularının ən aktiv formalarından biridir.Bu tip pozuntularda həyəcan, fərdin sabit, istənilməyən və qurtula bilmədiyi üzücü fikir və düşüncələrdən əmələ gələn obsessiyalardan qaynaqlanır. İnsan bu stresi özündən uzaqlaşdırmaq üçün müxtəlif davranışlar edir. Sonunda bu davranışlar məcburi (kompulsiyalar) hala gəlir və insan həmin davranışları təkrar etməyə davam edir. Bu kompulsiyalar gündəlik təkrarlanan, ciddi şəkildə həyat tərzinə […]

POSTTRAVMATİK STRESS POZUNTUSU – geniş elmi araşdırma

Məqalədə günümüzün aktual psixoloji problemlərindən biri olan posttravmatik stressdən danışarıq. Düzdü problemi bütün aspektləri ilə bir məqalədə əhatə etmək çətindi. Hər halda müəyyən maariflənmə xüsusiyyəti daşıyacağından, bu səbəbdən də cəmiyyətə, insanlarlarımıza faydalı ola biləcəyindən dolayı Sizlərlə paylaşmağa qərar verdik. Necə deyərlər; “Öyrənməsən, öyrədə bilməzsən”. Q.Qaliley Ümumi xüsusiyyətləri: Posttravmatik stress pozuntusu, yaşanmış travmatik stressdən sonra bir […]

Depressiya: səbəbləri və həlli yolları

Insanlar bəzən zaman-zaman özlərini xoşbəxt və ya tam əksi bədbəxt hiss edirlər. Səbəblər təbii ki, müxtəlifdir. İşdən ayrılmaq, öz sevdiyini itirmək və ya işlərində uğurlu ola bilməmək hüzn yaradan hadisələrdir. Hüzn və kədər normal həyatın bir hissəsidir. Ancaq bu kədərli vəziyyətin uzanması , səbəbsiz ortaya çıxması ruh sağlamlığı problemidir və depressiya kimi təyin olunur. Depressiya […]

Kastrasiya (cinsiyyət orqanlarını itirmə qorxusu) kompleksi

Psixologiyada oğlan uşaqlarının cinsiyyət orqanlarını itirəcəyi qorxusu 2-9 yaş arası oğlan uşaqlarında daha çox rast gəlinir . Bu dövr oğlan uşaqlarının cinsiyyət orqanları ilə daha yeni tanış olduğu dövr olduğundan sünnət hadisəsi, eyni zamanda sünnətlə əlaqədar deyilən – əslində isə uşağı qorxu altına salan –zarafatlar (sünnətçi kökündən kəsəcək) uşağda cinsiyyət orqanlarını itirəcəyi qorxusuna yol aça […]

XƏSTƏLİK XƏSTƏLİYİ

Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən psixi pozuntular siyahısına daxildir. Bu problemdən əziyyət çəkən insanlar orqanizmlərindəki ən kiçik dəyişikliyi belə ciddi bir xəstəlik əlaməti kimi qəbul edir və müvafiq olaraq həkimə müraciət edirlər. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi əlamətlər xərçəng, miokard infarktı əlamətləri kimi qəbul edilir və […]

AGOROFOBİYA – Sizdə də bu əlamətlər ola bilər

Aparılan bəzi tədqiqatlarda agorofobiyanın panik ataklarla birlikdə müşahidə olunduğu irəli sürülür. Hazırki psixiatik diaqnoz kriteriyaları isə agorofobiya olmadan da panik atakın olduğunu göstərir. Panik pozuntu diaqnozu qoyulan xəstələrin əksəriyyətində qaçma davranışları (müdafiə mexanizmi) müşahidə olunur. Panik atak zamanı fərd qaçmağın mümkün olmayacağı və ya kömək etməyin qeyri-mümkün olduğu yerlərdən uzaqlaşır. Agorofobiyası olan xəstələrin uzaqlaşdığı vəziyyətlər […]