Ana bətnində uşağın tərbiyəsi

Ümumiyyətlə, ilk anda qəribə gələn bu anlamı gəlin sizə sadələşdirək. İstəyərdim söhbətimizə Məhəmməd Peyğəmbərin hədislərindən biriylə başlayım. “Bir gün ailə 40 günlük uşağı S.Ə.S. Məhəmməd Peyğəmbərin yanına gətirib onun vətənə, xalqa, ailəsinə xeyirli övlad olması üçün tərbiyəsi ilə bağlı məsləhət almaq istəyirlər. Peyğəmbərimiz isə “aparın bu uşağı artıq onun üçün gecdi” demişdi. Çox vaxt biz […]

Hamiləlikdə panik atak

Panik atak hamiləlik dövründə tez-tez rast gəlinən vəziyyətdir. Bu dövr qadın üçün həm fiziki, həm də ruhi baxımdan böyük dəyişikliklərin olduğu mərhələdir. Hormon səviyyəsinin yüksəlməsiylə əlaqədar duyğusal hallar, əhvalın dəyişməsi yaşana bilər. Həmçinin uşaqla bağlı narahatlıqlar, “yaxşı ana ola biləcəm” kimi suallar, həyat tərzindəki dəyişikliklər və maddi problemlər də panik atakın psixoloji faktorlarını yaradır. Hamiləlikdə […]

Depressiya yaşayan ananın uşağı tez kökəlir

Ana stress keçirdiyində uşağı ilə maraqlanma müddəti azalır. Ananın yalnız öz kontekstinə deyil, evə və həyata olan marağı da azaldığı üçün uşaq tək qalır. Ananın depressiyada olması uşağa necə təsir edir? Depressiya səbəbindən kifayət qədər qayğı görməyən uşaqda, daha nizamsız qidalanma saatları, nizamsız yuxu saatları, daha çox çərəz və paketli məhsullar istehlak etmə vərdişləri, daha […]

Hamiləlikdə böyük təhlükə: varikoz

Hamilə qadınların əksəriyyəti varikoz xəstəliyinin risk qrupuna daxildirlər. İlk hamiləlikdə varikoz problemi çox az hallarda yaşansa da, hamiləliyin sayı artdıqca bu xəstəliyin ortaya çıxma ehtimalı da artır. Hamiləlikdə varikozun yaranmasını əngəlləmək üçün nələr etməli? Erkən doğuşa səbəb ola biləcək varikozun qarşısını almaq üçün Aile.lent.az-ın bu tövsiyələrinə əməl edin: Hamiləlik zamanı uzun müddət ayaq üstə qalmayın. […]

Hamiləlikdə anemiya: ana və körpəsi risk altındadır

Bətnində uşaq daşıyan hər bir ana öz sağlamlığını diqqətlə izləməli və bu vəziyyətdə həm onu, həm də körpəni gözləyə biləcək təhlükələrdən xəbərdar olmalıdır. Hamiləlikdə tez-tez rastlanan ağırlaşmalardan biri də anemiyadır. Hamiləlikdə yaşanan anemiyanın 90 %-i dəmir çatışmazlığı ilə bağlı olur. Bu xəstəlik qadın bədənində hemoqlobin çatışmazlığının xəbərçisidir. Məhz hemoqlobin sayəsində orqanlar və döl toxumasına oksigen […]

Anada süd çatışmırsa, nə etmək lazımdır

Tez-tez doğum evində qadınlarda süd azlığı olur. Evə gəlib dincəldikdən sonra qadın südün çoxalmasını hiss edir. Bu halda mütləq süd ifrazının azalmasının qarşısını almaq və körpənin tələbatına uyğun olaraq onun artırılmasına çalışmaq lazımdır. Süd verən ana fiziki gərginlikdən uzaq, sakit emosional şəraitdə olmalı, çoxlu müsafir qəbul etməməli, kifayət qədər qida və maye qəbul etməlidir. Kompot, […]

Hamiləlik dövründə yaranan stress və onunla mübarizə üsulları

Stress bizim gündəlik həyatımızda artıq adi hal olaraq qarşıladığımız bir haldır. Lakin əlimizdən gələni edirik ki,bu hallarla qarşılaşmayaq. Təbii ki, müasir zamanda bu bir az çətindir. Özümüz bu hallardan uzaqlaşa bilməsək də, əlimizdən gəldiyi qədər çalışırıq ki ,uşaqlarımız stresdən uzaq olsunlar. Bunun üçün ilk olaraq hamiləlik dövründən öz psixikamızı stress yaradan faktorlardan uzaq tutmağa çalışmalıyıq. […]

Analarda zahılıq sindromu

Doğumdan sonra yaranan zahılıq sindromu müalicə edilməsə, ana südünün kəsilməsindən intihara qədər yol var… Bəs bu hal hansı əlamətləriylə özünü biruzə verir? Üzüntü, boşluq hissi, əsəbilik, səbəbsiz yerə ağlamaq, dünyaya gətirdiyi uşağı sevməməklə özünü göstərən zahılıq sindromu ilk hamiləlikdə daha çox üzə çıxır. Bu depressiya doğumdan sonra 6 həftə ərzində gizli baş qaldırır və bir […]

Hamiləlikdə şişən ayaqlar kabusunuz olmasın

Hamiləlikdə ayaqlarınızın sizə yük olmasını istəmirsinizsə bu məşqlərə laqeyd yanaşmayın. Hamiləlikdə bədəninizdəki şiş artar, qıç və ayaqlarınz şişər. Şişən qıçlarınız sizə mane olmasına icazə verməyin! İdman təlimçisi sizə köməkçi olacaq məşqlər təklif etdi. Budur ayaqlarınızı rahatlaşdıracaq məşqlər… Olduğunuz yerdə 50ə qədər sayaraq gedin. Qıçlardakı qan dövranını artırmaq üçün bu əhəmiyyətlidir. Əvvəl sağ yana sağ ayaq […]

Abortdan sonrakı hamiləliyin ağırlaşmaları

Abort keçirtmiş qadının hamilə qalmaq və sağlam uşaq dünyaya gətirmək ehtimalı abort olunmamış qadınlarla müqayisədə daha azdır. Abortdan sonra bir çox qadınların orqanizmində bu və ya digər pozulmalar inkişaf edir – hormonal pozulmalar, iltihablar və s. Məhz bu pozulmalar bəzən hətta sonsuzluğa səbəb olur. Belə sonsuzluq ikincili sonsuzluq adlanır. Bu sonsuzluq formasının əsas səbəbi məhz […]