Qırış əleyhinə maskalar

Dəridəki qırışıqlıqlar qadınların qorxulu yuxusudur. Lakin əlinizin altında olan məhsullar vasitəsilə onlardan qurtulmaq mümkündür. Yumurta və bal maskası: 1yumurtanın ağı ilə 2 xörək qaşığı balı qarışdırıb dərinizə çəkin. 20 dəqiqə gözlədikdən sonra ilıq su ilə üzünüzü yuyun. Qaymaq və alma maskası: Bu maskanı hazırlamaq üçün 1 ədəd soyulmuş alma ilə 3 qaşıq qaymağı mikser vasitəsilə […]

Daha həcmli saçlar üçün

Saçlarınız çox seyrək və qeyri-sağlam görünürsə, bu tövsiyələrə əməl edin. Saçlarınızı çox qurutmayın. Çox qurutmaq və istiyə məruz qoymaq saçların təbii elastikliyini yox edər və beləliklə, saçlarınız seyrək və cansız görünər. Saç rəngi ilə çox oynamayın. Özəlliklə saç rəngini açan maddə çox istifadə edildiyində saç seyrəlir. Saçlarınız seyrəkdirsə, qısa, ya orta boy saç modellərinə üstünlük […]

Qıvrım saçlara qulluq

Diqqət çəkici gözəllikdə bir saça sahib olmaq üçün bu məsləhətlərə əməl edin. Qıvrım saçlar üçün daraq istifadə etmək qıvrımları qırdığı üçün olduqca yanlışdır. Ehtiyacınız olan geniş dişli daraqlar barmaqlarınızdır. Qıvrım saçları darayarkən dibdən deyil, uclarından başlayaraq yuxarıya doğru daramaq lazımdır. Beləcə ucdakı düyünləri daha asan açmış olarsınız. Daramaq işini duş alarkən saç kremi sürtdükdən sonra […]

Saçların düzgün yuyulma qaydaları

Saçlara qulluq edilməsində əsas şərt onların yuyulmasıdır. Mütəxəssislər uzun müddət saçları hansı tezlikdə yumaq lazım olması barədə xeyli mübahisə etdikdən sonra, belə qərara gəlmişlər ki, onları çirkləndikcə yumaq lazımdır. Konkret bir rəqəm göstərmək çətindir, çünki saçların çirklənməsinin tezliyi bir sıra faktorlardan asılı olur: dəri və saçların tipindən, onların uzunluğundan, xanımın işin xarakterindən, ilin fəsillərindən və […]

Gözəlliyinizin son nöqtəsi – Tonal kremlər

Fikirləşirsiniz ki hamar bir dəriyə necə sahib ola bilərsiniz?!. Təbii ki, sizə ən uyğun Tonal Krem seçərək. Gözləriniz, dodaqlarınız və saçınız gözəl görünsün deyə bir çox vaxt və pul xərcləməniz çox normal haldır, amma əgər dəriniz ləkəlidirsə, sərf etdiyiniz bütün bu vaxta təəssüf etməkdən başqa bir şey qalmır. Çünki üz cizgilərinizi nə qədər vurğulasanız da […]

Çilli dərilər üçün məsləhətlər

Çillər günəşin zərərli şüaları səbəbiylə və ya genetik olaraq yaranan qəhvəyi rəngli kiçik ləkələrdir. Çillər xarakterlərinə görə 2 qrupa ayrılır. Birincisi, ümumilikdə uşaqlarda rast gəlinən və günəşin zərərli şüalarının birbaşa təsir etdiyi bölgələrdə yaranan çillərdir. Digəri daha da irəli yaşlarda ortaya çıxan, tünd rəngli çillərdir. Bunlara daha çox lentigolar deyilir. Lentigolar öz özünə yox olmur. […]

Gündəlik ayaq baxımı

“Ağılsız başın cəzasını ayaqlar çəkər”, – deyənlər yanlış deməyiblər. Çünki bütün günü bədənin yükünü onlar daşıyır. Bəs siz sağlam ayaqlar üçün nə edirsiz? Cavabınız sadəcə manikürdürsə yanılırsız. Çünki manikür ayaqların sadəcə təmiz və şıq görünməsi üçün edilir. Gündəlik ayaq baxımı üçün tövsiyələr təqdim edirik: Rahat dabanlı, barmaqlarınızın içində sıxışmadığı bir ayaqqabı seçin. Hər gün dikdaban […]

Uzun kirpiklərə necə nail olmalı?

Lazım olanlar:2 xörək qaşığı gənəgərçək yağı2 xörək qaşığı Aloe Vera Gel (əgər bu gel evinizdə yoxdursa, aloe vera bitkisindən də bu geli əldə edə bilərsiniz)Qarışdırmaq üçün vasitəBitmiş maskara qabı və ya başqa bir kiçik qabPambıqlı çubuqGənəgərçək yağı tərkibindəki yağ turşuları və E vitamin ilə kirpiklərinizin sürətlə böyüməsinə yol açar. Aloe vera isə onların tökülməsinin qarşısını […]

Gözaltı kölgələrdən azad olun

Gözlər və ətrafı çox həssas olduğu üçün dərhal zərər görməyə və yorğun düşməyə uyğundur. Çox yorulan gözlər, mürgüləyər kimi baxışlar görünüşünüzü pozar. Yuxusuz qalan gözlər dərhal qızarar və yenə çox yorğun görünmənizə səbəb olar. Müxtəlif səbəblərdən göz altında qaraltılar meydana gələr. Bütün bu problemlərin qarşısını almaq üçün mütləq gözlərinizə də baxım etməlisiniz. Gözlər və ətrafı […]

Dərini gözəlləşdirən 7 qida

İnsanın dərisinin gözəlliyini qoruyub saxlayan qidaları qidalardan istifadə edərək həm daxildən, həm xaricdən gözəlliyinizi və sağlamlığınızı qoruya bilərsiniz. Həmin qidaları sizə təqdim edirik YulafSon zamanlarda tez-tez eşitdiyimiz yulaf əzməsi və ya yulaf kəpəyi qan şəkərini yavaş-yavaş yüksəldərək ani aclığın qarşısını alır, lifli quruluşu sayəsində gec acmanızı təmin edir. Tərkibində bol miqdarda lif və sağlam karbohidrat […]