Bir Möcüzə = 1 dollar 11 sent

Balaca qız olan Seli, anası ve atasından balaca qardaşı Corc haqqında eşidende, hele 8 yaşında idi. Qardaşı cox xeste idi. Onu sağaltmaq üçün ellerinden geleni etmişdiler. Corcun yalnız çox bahalı bir emeliyyatdan sonra sağalmaq şansı var idi. Amma bu qeder pulları yox idi. Seli, atasının ümidsiz halda anasına: “Corcu ancaq bir möcüze sağalda biler” dediyini […]

Böyük hərflərlə İNSAN

Bu fotoşəkildəki alimi məncə çoxumuz tanımırıq. Adı JONAS SALK dır. Onu digərlərindən fərqləndirən isə budur: 1955-ci ildə, uşaq iflicinin qarşısını alan peyvəndi kəşf etdi. Bir qərar verməsi lazım idi. Ya patentini alıb çox varlı olacaq və peyvəndi alan şirkət bunu istədiyi qiymətə satacaqdı, ya da patentini almadan insanlığın xidmətinə təqdim edəcək və beləliklə, çox insan […]

`Məni diri-diri oda atdılar` – Xocalı şahidilə MÜSAHİBƏ

Hüseynağa Aydın oğlu Quliyev 1992-ci ildə Xocalı faciəsini yaşayanlardan, soyqırım hadisəsinin canlı şahidlərindəndir. Xocalı soyqırımının 22-ci ildönümündə faciəni şahidin öz nəqlində xatırlayaq: “Könüllülərdən ibarət batalyon yaratmağa məcbur olduq” Faciəni xatırlamaq bizim üçün çox çətindir. Amma eyni zamanda xatirələr, yaşadığımız əzablarla müqayisədə sadəcə sözlərdir. O vaxtı Xocalıda peşəkar hərbi döyüşçülərimiz olmadığından, könüllü dəstələr yaradılmışdı. Köməksiz, yardımsız […]

40 ildir sevgi məktubu yazır

Bu adam üçün sevgi nə sərhəd tanıır, nə vaxt, nə də məkan. Amerikalı Bil Bresnan öz həyat yoldaşını o qədər sevir ki, 40 ildir hər gün ona sevgi məktubu yazır. Söhbət nə az, nə çox ürəkdən gələn 10 min məktubdan gedir. Bil Bresnanın indi 74 yaşı var. Bir vaxtlar məktəbdə müəllim işləyən Bil, yoldaşı Kirstenlə […]

“Çərpələng uçuran”-ın müəllifi Xalid Hüseyni haqqında

2007-ci ildə Xalid Hüseyninin ikinci əsəri oxucu auditoriyasına təqdim edilir. Həmin əsər “Min möhtəşəm günəş” adlanır və tezliklə bütün ingilis dilli ölkələrin kitab köşklərində qabaqcıl cərgələrdə durur. Roman Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir: əfqanlı zəngin birisinin nikahdan kənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin […]

Məktəbdə kütbeyin olmuş dahilər

Anton Çexov Rus yazarları arasında öz dərin intellektiylə tanınan A.Çexov uşaq ikən dərslərə çox da maraq göstərmirmiş. Bioqrafları bu günahı yazarın atasının ayağına yazırlar. Onun işlətdiyi dükandakı rəflərdə ərzaq məhsullarıyla (çay, konfet, sabun, duzlu balıq) yanaşı, kerosin, dərmanlar, civə, azot turşusu, strixnin və bu kimi mallar qarmaqarışıq halda düzülərdi. Dükanda spirtli içkilər də satıldığından atası […]

Avraam Linkolndan oğlunun müəlliminə məktub

Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti Avraam Linkoln oğlunu ilk dəfə məktəbə göndərən zaman müəlliminə məktubla bu cür müraciət etmişdi: “Hörmətli müəllim. Oğlumum sizə əmanət edəcəyimə görə bu məktubu sizə yazmağı vacib bildim. Ona öyrədin ki, hamı dürüst və ədalətli deyil. Ona öyrədin ki, qazanılan bir dollar tapılan beş dollardan daha dəyərlidir. İtirməyi, həm də qazanmaqdan […]

Gerçək həyat hekayəsi – Dəhsətə gələcəksiniz

Amerika təyyarəsi Vyetnamda bir dəstə uşağın sığındığı bir məbədə 4 napalm bombası atdı. Sağ qalan uşaqlar alovlar içərisində qışqıra-qışqıra qaçmağa başladılar. Bu vaxt amerikalı fotomüxbir Nik Ut orada idi və ona Pulitser Mükafatını gətirən məşhur fotoşəklini çəkdi.Vyetnam müharibəsinin simvol şəkillərindən biri olan acı dolu foto(( Çox keçmədi ki, bu şəkil (həm də bu şəkildəki çılpaq […]

Şəhidlərin şahidləri

Hörmətli redaktor! “525-ci qəzet” oxucularına təqdim etdiyim bu yazılar düz on dörd il bundan əvvəl yazılıb. “Xalq qəzeti”ndə işlədiyim zaman, Qanlı Yanvar Şəhidlərinin ildönümü ilə əlaqədar əməkdaşlara, o cümlədən bu sətirlərin müəllifinə o məşum gecənin şəhidlərini arayıb-axtarmaq, hələ yaddaşlarda yaşayan ağrılı-acılı xatirələri yazıya almaq tapşırılmışdı. Axı xalqımızın başına gətirilən misli görünməmiş faciəni gözüylə görənlər özləri […]

“Adını eşidəndə dəli oluram”- Narkotik qurbanı danışır

İnsanı öldürən min cür təbii və qeyri-təbii vasitələr var – qripdən tutmuş atom bombasına qədər. Həyatına son qoymaq istəyənlər də müxtəlif üsullara əl atırlar. Ancaq adına “ağ ölüm” deyilən dəhşəti hansı qrafaya aid eləmək lazım olduğunu bilən yoxdur. Bu, insanları tədricən məhv eləmək yoludur. Deyir, birini məhv etmək istəyirsənsə, onu öldürmə, heroinə öyrət. Sonra da […]