İlk təəssürat özünü doğruldurmu?

Tanımadığımız bir insan görəndə nəyə fikir veririk? Bir gün bir ağsaqqal öz şagirdlərini çağırıb onlara təmiz ağ rəngin mərkəzində balaca qara nöqtə olan vərəqi göstərdi. Müəllim soruşdu: “Siz burada nə görürsünüz? Şagirdlərdən biri cavab verdi: “nöqtə”. “Qara nöqtə” – digəri də təsdiqlədi. “Yağlı qara nöqtə”, – üçüncü bunu dəqiqləşdirdi. Həmin an onların sevimli müəllimi ağladı. […]

Evlənmək çətin deyil, evli olmaq çətindir

Ailə həyatı yalnız sevgi və sevinc hisslərindən ibarət deyil. Düzdür, insanlar tək qalmamaq, birlikdə xoşbəxt olmaq, səadətə, sevgilisinə qovuşmaq, oğullu-qızlı olmaq üçün ailə qururlar. Lakin mükəmməl insan olmur. Səhv etməksə hamıya məxsusdur. Ümumiyyətlə, qadınların psixologiyası münasibətlərdə kişilərin psixologiyasından fərqlənir və nəticədə fikir ayrılığına gətirib çıxarır. Həm qadın, həm də kişilər səhv edirlər. Lakin bu yazıda […]

İşinizdən bezmisinizmi?

Emosional yanma sindromu. Çox tez-tez belə vəziyyətlə rastlaşırıq: insan həvəslə hansısa bir işə başlayır, tam fədakarlıqla çalışır, sonra birdən-birə ruhdan düşür. Ətraf onun üçün əhəmiyyətsiz olur və passivlik, laqeydlik yaranır. İnsan daxilində bir boşluq hiss edir. Qarşısına qoyduğu məqsədlər belə maraqsız olur. Mütəxəssislər bu prosesi “emosional yanma sindromu” adlandırırlar. Ümid edirik ki, bizim məqaləmizi oxuyaraq […]

Hallusinasiya

Hallusinasiya ilə bağlı zarafatlar əyləncəli və gülməli gələ bilər. Lakin bu hallusinasiyalar sizdə baş verdikdə artıq elə də gülməli olmur. İndiki zamanda daimi stress hallusinasiyalara gətirib çıxarda bilər. Amma bunlardan qurtulmaq elə də asan deyil. Bəs hallusinasiya nədir? Hallusinasiya – mövcud olmayan bəzi obyektləri görmək, eşitmək, qoxusunu hiss etmək, toxuna bilmək kimi səhv duyğuların beyin […]