Qadın elə bir mövzudur ki, onu nə qədər müzakirə etsən də həmişə yepyenidir – ƏHMƏDLİ MİNAXANIM
Qadın olmaq… Dünyaya gələn hər bir qız övladı gələcəyin anası, ailəsinin xanımıdır. Bununla yanaşı o dahi şəxsiyyətdir, müqəddəs insandır. “Qadın zərif cinsin nümayəndəsidir” bu mənim təbirimcə səhv deyilmiş bir fikirdir. Qadınlar günümüzdə ən güclü varlıqlardır. Dəyilən hər zərbəyə dözə bilirlər. Bura həm psixoloji, həm də fiziki zərbələr aiddir. Əks cinsin nümayəndələrinə isə ikisindən biri olduqda […]
Bəzən də xəyanətə məhkum olmaqdır qadın olmaq – SİMA İSMAYILZADƏ
Qadın olmaq… Bəzən dünyadakı ən müqəddəs varlıq ANA olmaq, bəzən əzilmək, döyülmək, aldadılmaq, heç nəyə baxmadan həyatına davam etməyə çalışmaq, bəzən də heç kimə möhtac olmadan, öz ayaqları üstündə duraraq möcüzələr yaratmaq.. Bəzən erkən nigahın qurbanına çevrilərək dərk etmədiyi halda uşaq sahibi olmaq, seçim hüququ olmadan qarşısına qoyulan qaydalarla həyatı yaşamağa çalışmaq, bəzən də bütün […]
Qadın hər cümlənin izahını verməliydi daşlaşmış vicdanınıza – NƏZRİN CAVİD
Damarlarından qan yerinə yağış suyu axan qadın idi o.Bu gecə o gecələrdən deyildi.Yağış damlası sanki bir yumruq kimi dəymişdi alnının ortasından.Gecə qəfildən yağış möhkəm yağmağa başladı.Bədənində üşütmə hiss edib ayıldı yuxudan.Barmağıyla alnından soyuq damcını silib dilinə toxundurarkən hiss etdi,acısından,tozundan.Evin damından axan yağış suyu,işarə idi.Yenə də yastığının yerini dəyişib eləcə yuxuya getməyə çalışmalıydı.Bu gecə o gecələrdən […]
Ey qadın. Axı sən anasan. Sevginin özüsən. – GÜLŞƏN YILDIZ
Feminizm” qadın-kişi ayrı-seçkiliyinə qarşı çıxaraq cinslər arasında iqtisadi, siyasi və ictimai bərabərliyi müdafiə edən bir baxışdır. Əsas məqsədi qadın azadlığı və qadının cəmiyyətdəki yeri haqqında həqiqi bir bərabərliyin yaradılmasıdır. “Feministlər” isə qadın hüquqları müdafiəçisiləridir (latın sözü olan “femina” “qadın” deməkdir)… Feminizmdən, qadın hüquqlarından danışan qadınlara bu gün ölkəmizdə nəinki əks cins nümayəndələrinin, elə öz həmcinslərimizin […]
Qadın tam bir dairədir. İçində yaratma, bəsləmə və döndərmə gücləri vardır – VEİS QURBANOV
Sözlərimi təbiət alimi Diane Mariechildin sözləri ilə başlamaq istərdim. “Qadın tam bir dairədir. İçində yaratma, bəsləmə və döndərmə gücləri vardır”. Bəli, Mariechildin düşüncəsindəki kiçik bu cümlə çox böyük bir fikri ifadə etməklə yanaşı qadının tanrıya bərabər bir güc, qüvvə olduğunu əks etdirir. Qadın eyni zamanda bəşəriyyətin davamçı qolu, tanrının yaratdığı ülvilik, gözəllik, təmizlik rəmzidir. Qadın […]
Bütün dünyaya işıq saçmaqdır qadın olmaq – ŞƏHLA MİRZƏZADƏ
Qadın olmaq… Müsabiqənin elanını görəndə ilk düşündüyüm “axı həqiqətən nə deməkdir qadın olmaq ” və niyəsə ilk ağlıma gələn də elə bu oldu “ana olmaqdır qadın olmaq”… Qadın olmaq dünyaya ilk göz açdığın gündən bir atanın namusu,bir qardaşın başucalığı,bir bacının dayağı və bir ananın ürəyi olmaqdır əslində.. Qadın olmaq xanımlığının dəyərini bilib xanım kimi davrana […]
Qadın zəriflik təcəssümüdür – RAMİN MƏMMƏDLİ
Qadın zəriflik təcəssümüdür,amma baxın dahi mütəfəkkirimiz qadının gücünü dəyərini və ucalığını necə gözəl ifadə etmişdir. Həqiqətən də belədir, tarixən bəşəriyyətimizdə qadınlar zəriflik nümunəsi olaraq göstərilsə də onların bir sözü bir insanı, ölkəni və ümumilikdə bir cəmiyyəti yaxşı yöndə dəyişikliyə gətirib çıxarmışdır. Anasız uşaq necə ola bilmirsə, nəfəs olmadan necə həyat ola bilmirsə, susuz bitki necə […]
O yerdə ki, qadına bir insan kimi hörmət yoxdur, orada mən də yoxam – TURAC AĞAYEVA
Qoyulan bu 3 nöqtədə nələrin əks olunduğunu tək qadınlar deyə bilər. Bəlkə də, deyə bilməzlər. Çünki “ Qadın olmaq ” ifadəsində sonsuz mətləblər gizlənib. Xalq şairimiz S.Vurğun demişdir: Bu qoca dünyada bir adət də var, Qadın olan yerdə ədalət də var. Həqiqətən də, bu belədir. Milli- mənəvi dəyərlərimiz içərisində belə bir dəyər var.Əgər dava- dalaş […]
Bütün müsbət keyfiyyətlər ondan tələb olunar, ancaq həmişə mənfilərlə qarşılaşar – KƏMALƏ RƏSULOVA
Qadın. Heç bilirsənmi necə də ucadır sənin o adın.? Hey, sən! Mənə de görək; sən heç bir günlüyünə belə qadın oldunmu? Bu yer kürəsində bircə anliq nəfəsini qadin kimi aldınmı? Qadin təlaşı keçirdinmi? Qadın əzabı çəkdinmi? Sən heç bilirsənmi qadın olmaq nədir? Qadın olmaq ana bətninə düşməklə başlayar. Ailələrin bəziləri dünyaya gələcək övladlarının qadın olduğunu […]
Atlasın yükü – PEYKƏR İBRAHİMOVA
Tam tibb təhsilimi yenicə başa vurmuşdum. Artıq mən də insanların həyatını xilas edən, onlara hər an kömək etməyə hazır tibb işçisi idim. Məni nə fərqlənmə diplomu ilə universiteti bitirmək, nə rezidenturanı xaricdə oxumaq qürurlandırırdı. Cərrah kimi ölkənin ən böyük xəstəxanalarından birində fəaliyyətə başlayanda sevinməyimə və gözlərimdən beynimin əmrinə tabe olmayan yaşların gəlməsinə səbəb ailəmə kömək […]