17 yaşlı qızın bədəninə cin necə girdi – İSTERİK NEVROZ

Həkimlik fəaliyyətimin ilk illərində müayinə etdiyim bir az yaşlı pasientimi xatırlayıram. Məcburi köçkün kimi yerləşdikləri zirzəmi tipli yarıqaranlıq otaqda halsız idi, danışa və yeriyə bilmirdi. Sadəcə uzanıb bir nöqtəyə baxırdı. Vaxtaşırı el arasında “sudurqa” deyilən hal yaşayan bu qızcığazın yaxınları onun bədəninə cin girdiyini iddia edirdilər. Və o cinin qızın bədənindən nə vaxt çıxacağını gözləyirdilər. […]

Həsrətin portreti – ELŞƏN DAĞLAR

Sonsuz bibim üçün Mavi gözlü qadının Üzü çilik-çilik. Qarıyıb güzgüsü. Kimsə bilməz nə çəkir güzgüsü hər dəfə mavi gözlü qadını görəndə. Hər gecə qollarını Qucaqlayıb yatır üzü uşaq şəkillərinə sarı. Kimsə bilməz nə çəkir uşaq şəkilləri mavi gözlü qadına baxanda. Hər gecə üstündə mələklərin sinəsi açıq şam işığının sümükləri çıxana kimi. Kimsə bilməz nə çəkir […]

Bir qadın – FANİ KƏRİMLİ

Bir qadın hər şeydən əvvəl, əvvəldən hər şey olmağı başarmış. Bu almanın lazımsız çeyirdəyinin ilk alma forması olmağını unudaraq onu tüpürüb yerə tullamağımıza bənzəyir. Əvvəldən her şey olanımız torpaqdan deyildə insanın böyründən yaranmış, torpaqdan yaranana bətnindən uşaq vermiş, hələ bu azmış kimi bətnindən çıxanlara cənnət də vəd edilən Huri cildinə belə girmiş. Yüksəklik qadının qadın […]

Və gəlin boynumuza alaq ki, onları mükəmməl edən də budur – TURAL ƏZİMZADƏ

Öz kişi ağlımla yanaşsam da qadın olmağın bir qədər (hətta, çox) çətin bir şey olduğunu dərk eləyə bilirəm. Qadın olmaq çox vaxt bağışlamaqdır. Bəzən səbəbsiz yerə sevməkdir, bəzən durduq yerə ağlamaqdır. Qadın olmaq çox vaxt fədakarlıq edə bilməkdir. Qadın olmaq bəzən ayağının altına cənnətləri sərən bir Tanrının hədiyyəsi olduğunu dərk edə bilməkdir. Qadınlar haqqında oxuduqlarımız […]

Qadın olmaq dedikdə ağıla gələn sürət -GÜNEL AĞAYEVA

Taleyin hansı sürprizləri ilə qarşılaşacağını bilmədən yaşayan, gələcəkdə heç bir şeydən sığortalanmayan qadın. Dünyaya gəldiyi gündən bəri qayğının,xəyanətin, kədərin işığına nərdivan dayayan qadın. Həyatda atdığı addımı sırf ailəsinə görə atan qadın. Məcburi ailə quran və xoşbəxtliyi dərk etmədən bədbəxtçiliyə sürüklənən qadın.Ailədə hər təhqirə,əzaba, söyüşə, təcavüzə,zorakılığa məruz qalan qadın.Atasının, qardaşının, həyat yoldaşının adını sanın qorumaqla vəzifələnən […]

Yaşam naminə – XƏYALƏ MURAD

O axşam qəfil çaxan ildırım səsinə oyanmışdı. Pəncərəyə çırpılan yoğun ağac budağı Qulikonu qorxutdu. Yataqdan qalxıb asta addımlarla pəncərəyə yaxınlaşdı. Əsən külək sərinliyi ilə aprel ayını xatırladırdı. İyun ayının tən ortasında bu soyuq küləyin ayrı ləzzəti olsa da, Qulikonu sevindirmədi. Qaranlıq küçəyə boylanıb uzaqdan gələn yoldaşının maşınını sezdi. Yağış yağmağa başlamışdı. Ara bir ildırım çaxır, […]

“Qadın olmaq” kişi işi deyil – AYGÜN ASİMQIZI

Bəzən kişilərdən “Bəxtim olsaydı, qadın doğulardım” fikrini eşidirəm. Hər dəfə də düşünürəm ki, “qadın olmaq” bu qədərmi asandır? Mənə elə gəlir ki, qadınlar haqqında düşüncəsinə görə kişilər iki qrupa bölünür. Bir qrupa görə, qadın olmaq evdə oturub, ailəsinə, uşaqlarına baxmaqdır. Onlar qadını ictimai həyatda deyil, yalnız evdə görürlər. Bu cür düşünənlər üçün qadın olmaq çox […]

Cənnət qoxuyan varlıqları incitməyin – SEVDA RZASOY

Bu suala cavab verməmişdən öncə qeyd edim ki,həmişə məşhur və sevilən yazar olmaq istəmişəm.Amma heç vaxt buna cəhd belə etməmişəm.Çünki mən qadınam,məşhurluq sevdasına düşə bilmərəm və bu kiçik məqalə ilə məhdudlaşmalıyam. İndi isə mövzu barədə. Bətnindəki körpənin cinsiyyətini yoxlatdırmağa gedən bir qadın düşünün.Ürəyində qız istəsə belə o “qızdır” sözünü eşitməməyi necə də çox arzulayır.Çünki oğul […]

Çətindir Qadın Olmaq – ELMİN MƏMMƏDOV

Çətindir Qadın Olmaq! Çünki hamının sahib olmaq istədiyi bir bədənin var. Qorumaq zoruna olduğun bir namusun və sevməyin qadağan olduğu mentalitetin.. Kişi kimi kişi deyərlər, amma qadın kimi qadın deməzlər. Zor şeydi deyərlər… Soyuq olmaq zorundadır, hissetməməsi gərəklidi, yaxşı görünməlidi, amma o qədər də açıq saçıq yox. Kişinin yanında yerini bilməlidir. Qadın olmaq günahdı bu […]