Rənglərlə terapiya
Bədbəxt olan insanlar mavi hiss edir, əsəbilər qırmızı görür… Rənglər xəstəlikləri sağaltma xüsusiyyətləri ilə də tanınır. Misirdə rənglər müalicə məqsədilə istifadə olunurdu. Məbədləri yaxşılaşdırmaq məqsədilə inşa edər və hər otağı başqa rənglə rəngləyirdilər. Çinlilər də 2000 il əvvəl rəng müalicəsini istifadə edirdilər. Keçmiş əsrlərdə döyüşçülər daha qəzəbli və sərt görünmək üçün bədənlərini qara, qəhvəyi və […]
ASPERGER SİNDROMU
Autistik psixopatiya halı ilk dəfə ingilis psixiatrı Lorno Uinq tərəfindən Avstriya psixiatır və pediatrı Hans Aspergerin şərəfinə Asperger sindromu adlandırılmışdır. Autizmli əksər insanlarda, xüsusən uşaqlarda inkişafdan qalmanı asanlıqla müşahidə etmək mümkündür. Lakin onlar autistlərə bənzəsələr də əqli cəhətdən heç də geri qalmırlar. Bəzən onlar sosial kommunukasiya defisitinə malik olsalar da mürəkkəb bir elmi sahə üzrə […]
Uşaqlarımıza dayə seçərkən nələrə diqqət etməliyik?
Ana olmaq böyük məsuliyyət tələb edir. Övladını böyütmək, qayğısına qalmaq, sevgi, nəvaziş vermək hər bir ananın məsuliyyəti çərçivəsində olsa da, bəzən analar övladlarını saxlamaq, bəzən isə karyera uğrunda işləməyə üstünlük verirlər. Belə olan şəraitdə isə uşaqlar yaxın qohumlara çox zaman isə dayələrə etibar edilir. Dayə seçərkən analar çox zaman övladına yaxşı baxan səmimi, dürüst, etibarlı […]
Gənc sənətçi: uşağınızın rəsmləri
Uşağınızın çəkdiyi şəkilləri sadə qaralamalar olaraq adlandıra bilərsiz. Amma məktəb öncəsində çəkdiyi rəsmlər, özünü ifadə etməsi üçün son dərəcə qiymətlidir. Uşağınızın etdiyi hər rəsm, gerçək bir “yaratma”dır. Məhz bu qaralamaları anlamanın yolları. Əlinə keçirdiyi hər bir qələmlə, olar olmaz hər yerə apardığı bu qaralamaları dəyərini kiçiltməyin. Uşağınız, hələ özünü ifadə edə biləcək qədər yetərli bir […]
ONU GÖZLƏMƏK; HƏYƏCAN, SEVİNC, MARAQ, SƏBİRSİZLİK…(HAMİLƏLİK DÖVRÜNDƏ MÜŞAHİDƏ OLUNAN PSİXOLOJİ PROBLEMLƏR)
Hamiləlik dövrü, ana üçün həm fiziki, həm də psixoloji dəyişikliklərin yaşandığı mərhələdir. Ana ilə uşaq arasındakı münasibət qadının hamilə olduğunu öyrəndiyi andan etibarən başlayır. Buna görə də ananın hamiləlik dövrünü necə keçirməsi, uşağı hansı yolla dünyaya gətirməsi, ana ilə uşaq arasındakı emosional kontaktın formalaşmasına təsir göstərir. Analıq duyğusunun hiss edilməyə başladığı bu dönəm sosial və […]
Ölüm anlayışını uşağa necə izah etməli ?
Travma -normal həyat davam edərkən birdən-birə ortaya çıxan ,həyatın normal axışını və fəaliyyətini əngəlləyən ,qorxu ,dəhşət ,çarəsizlik duyğularına yol açan , insanın varlığını təhdid edən sarsıdıcı hadisələr olaraq izah edilə bilər. Travma -zəlzələ, sel kimi təbii fəlakətlər,müharibələr ,cinsi və ya fiziki təcavüzlər ,zorla qaçırılma ,nəqliyyat qəzaları, fərdin fiziki və ruhsal bütövlyünə yönəlmiş ,gerçək bir ölüm […]
Narınc Məktəbəqədər Tədris Mərkəzinə qeydiyyat başlamışdır!
NARINC MƏKTƏBƏQƏDƏR TƏDRİS MƏRKƏZİ fevral ayından öz fəaliyyətinə başlayır. İndi isə qruplar yığılır, qeydiyyat vaxtıdır.
Çəki anormallığı yoxsa QQP
QQP(Qida qəbulu pozuntusu) dedikdə QQ (qida qəbulu) ilə bağlı psixoloji şərtlənmiş davranış pozuntuları başa düşülür. Bura ölümlə nəticələnə biləcək çəkinin qəsdən aşağı salınmasında, artıq çəkinin yaranmasına səbəb olan bir çox QQ pozuntuları aid edilir. Biz hər hansı insanda qida qəbulu pozuntusunun yarandığını kök görünə biləcəyi yaxud çəkisinin arta biləcəyi ilə bağlı olan əsassız qorxu; çəkini […]
Keçmiş üçün darıxmaq
İnsan niyə darıxar və daha önəmlisi nə üçün darlxar? Almanca darıxmaq ( sehnsucht) bağımlılıq sözünü də ifadə edir.Darıxmaq bir əskikliyin varlığına işarə edər və bizi bu əskikliyi aradan qaldırmağa təşviq edər. İnsan sevgiyə ac bir şəkildə dünyaya göz açar.Qısa müddətlər ərzində bu aclıq duyğusu doyurulmuş kimi olsa da bütün ömür boyunca davam edər.Həyatımız boyunca etdiyimiz […]
Xüsusi qayğıya ehtiyacı olan uşaqlara necə davranmalı?
Bu uşaqlar 3-4 yaşlarında olanda fərqli olduqlarını hiss etməyə başlayar və 20li yaşlara qədər bu əngəli anlamağa, qavramağa, qəbul etməyə çalışarlar. Çox ağır əqli geriliyi olan uşaqlar bu fərqliliyi qavramaqda çətinlik çəkərlər. Fərqliliklərini anlamağa başlayan uşaqların ilk verdikləri reaksiya qəzəbdir, çünki uşaq dərin bir əngəllənmə hissi yaşayar və bu da ciddi qəzəbə səbəb olar. “Nə […]