Ulrixa-Nunana Sindromu
Nunana sindromu vücudun fərqli yerlərində normal inkişafı ləngidən genetik bir patalogiyadır.Həm uşaqlarda həm də yetkinlərdə rast gəlinə bilər.Bu sindromdan əziyyət çəkən şəxslərdə müxtəlif qüsurlar ola bilər:özünəməxsus üz quruluşu,qısa boy,ürək qüsurları,digər fiziki problemlər və əqli gerilik. Sindrom ilk dəfə olaraq 1883-cu ildə qalın boyun,qulaq qığırdağında anomaliya olan,saçının arxa hissəsində keçəllik olan 20 yaşında oğlan uşağında müəyyən […]
İPOXONDRİYA NƏDİR?
“Xəstəlik xəstəliyi” olaraq adlandırılan ipoxondriya xəstəliyi günümüzdə çox tez-tez rast gəlinən pozuntular siyahısına daxildir. Bu problemdən əziyyət çəkən insanlar orqanizmlərindəki ən kiçik dəyişikliyi belə ciddi bir xəstəlik əlaməti kimi qəbul edir və müvafiq olaraq həkimə müraciət edirlər. Məsələn, adi baş ağrısı, tərləmə, öskürmə, qəbizlik kimi simptomları xərçəng, miokard infarktı əlamati olaraq qəbul edir və daimi […]
MARTİN –BELL SİNDROMU
Kövrək X-xromosomu sindromu – dominant, cinsiyyətlə-ilişikli keçən, zəif penetrantlığa malik xəstəlikdir. Kişilərdə bir X xromosomu olduğuna görə, əgər həmin xromosom mutant allel daşıyırsa xəstəlik üzə çıxır. Qadınlarda iki X xromosomu olduğuna görə, onların normal allel alma şansı iki dəfə artır. Mutant FMR1 geninə malik qadın xəstə də ola bilər, sağlam da. İkinci X xromosomunun rezerv […]
Hiperaktivlik zamanı İdmanın faydaları
Fiziki çalışmalar və idman uşağın inkişafında mühim rol oynayır.Stress,depresiya səviyyəsinin azalmasına,beyindəki funksiyaları inkişaf etdirməyə,hafizəni gücləndirmə və digər proseslərə saysız-hesabsız kömək edir.Davamlı edilən fiziki çalışmalar beyindəki dopamin,serotonim kimi maddələrin artmasına kömək edir.İdman uşağın yuxusunu normallaşdırır,diqqətini artırır və qidalanmada olan problemləri aradan qaldırır. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki,davamlı edilən idman hiperaktiv uşaqlarda yalnızlıq,utancaqlıq,ümidsizlik,aqressivlik,hiperaktivlik kimi halların azalmasına […]
Konis Terapiya-İtlərlə Terapiya
Uzun illərdir ki,heyvanlar insanların can yoldaşı,ən sadiq dostu olmuşdur.Ədəbiyyatlarda Pet Terapy, pet psixoterapiya,heyvan dəstəkli terapiya və.s kimi terminlər işlədilmişdir.Araşdırmalar nəticəsində məlum olmuşdur ki,heyvanlarla edilən terapiya insanın psixoloji,sosial və fiziki inkişafında böyük rol oynayır. Xüsusilə ev heyvanları ilə edilən bu cür heyvan dəstəkli terapiyalar daha əlverişlidir.Konis terapiya,başqa sözlə desək itlərlə terpaiya 1944-cu ildən rəsmi şəkildə tədbiq […]
Gəzən cəsəd- Kotard sindromu
Kotard sindromu ilk dəfə 1880 ci ildə Fransız psixiatr Jules Cotardın onu “dèlire des nègations” adlandırması ilə təsvir olunub. Sindromun xarakterik əlamətləri nihilistik yanlışlıqdır. Tipik olaraq, xəstələr orqanlarını, qanını və ya bədən hissələrini itirdiklərinə, hətta ölü olduqlarına inanırlar. Bu nisbətən nadir sindrom olub, depressiya, şizofreniya və ümumi vəziyyətlərdən qaynaqlanan psixiatrik pozuntusu olan xəstələrdə rast gəlinir […]
Prenatal Stressin körpəyə təsirləri
Qadınların bir çoxu hamiləlik müddətində siqaret, spirtli içkilər və narkotikanın körpənin inkişafına mənfi təsir etdiyinin fərqindədir. Lakin, onlar bilmirlər ki, bununla yanaşı hamiləlikdə yaşanan stress də dölün inkişafında diqqətə çarpacaq nəticələrə yol aça bilən bir risk faktorudur. Yəni hamiləlik müddətində yaşanılan stress, körpənin inkişafı, immunitet sisteminin funksiyası və onun koqnitiv inkişafı üzərində qalıcı təsirə malikdir. […]
Uşaq Serebral İflici Zamanı Rast Gəlinən Digər Problemlər
Xüsusi Pedaqogikanın əsas kateqoriyalarından birini də “Dayaq-Hərəkət Aparatı Pozulmuş Uşaqlar” təşkil edir.Bu kateqoriyanın əsas kontingentini isə Uşaq Serebral İflic-i təşkil edir.USİ müxtəlif təsirlər nəticəsində baş beyindəki hərəkət mərkəzlərinin zədələnməsi ilə meydana çıxır.USİ-nin pataloji,anatomik və klinik təsvirini verən M.Y.Britian qeyd etmişdir ki,bu xəstəlik zamanı təkcə hərəkət sferası deyil həmdə intelekt,nitq,görmə,eşitmə və digər sahələr də zərər çəkir. […]
Depressiyanın Bədən Dili
Müasir dövrdə həyat şəraiti, sosial,ekoloji problemlərlə əlaqəli olaraq depressiya həddindən çox artıb. Yaxınlarımızda,ətrafımızda olan insanların əksəriyyəti bu problemdən əziyyət çəkir. Təbii ki,bir insanın depressiyada olub-olmadığını soruşaraq müəyyən etmək olmaz. İnternetdə depressiyanın psixoloji əlamətləri ilə bağlı yeterincə məlumat var. Ancaq bir insanın fiziki əlamətlərinə görə də depressiya olub-olmadığını müəyyən etmək olar. Çünki insan öz daxili əhval-ruhiyyəsini […]
Şerşevski Terner sindromu
X və ya Y xromosomu olmayanda ortaya çıxan sindromdur. Bir X daşıyan yumurta hüceyrəsi cinsiyyət xromosomundan məhrum bir spermatozoid ilə (O) mayalandıqda XO tipli rüşeym meydana çıxır. Belə adamların somatik huceyrelerinde 46 deyil, 45 xromosom (44 A+X=45) olur. Belə insanlar anatomik quruluşca qadınabənzər olurlar. Autosom xromosomlari normada olub (44) bir X xromosomu olan və Y […]