1 Noyabr Ümumdünya Veqan Günüdür

Ümumdünya Veqan Günü Veqan Cəmiyyətinin 50-ci ildönümündə – 1994-cü noyabrın 1-də təsis olunmuşdur. “Veqan” sözü Donald Uotson tərəfindən ingilis mənşəli “vegetarian” sözünün ilk 3 və 2 son hərfindən yaradılmışdır. Bu termin əsası Uotson tərəfindən 1944-cü il noyabrın 1-də Londonda qoyulmuş Veqan Cəmiyyətində istifadə olunmağa başlanmışdır. Veqanizm sərt vegetarianlığı nəzərdə tutan həyat tərzidir. Veqanizmin ardıcılları – […]

Yeməkləri seçən uşaqlar

Dünyada baş verən proseslərə qarşı yoxsulluq dövrümüzün ən mühüm problemi olmaqda davam edir. Yoxsulluq xüsusilə inkişaf etməkdə olan ölkələrdə yaşayan insanlara təsir göstərməklə yanaşı inkişaf etmiş ölkələrdə də qarşılaşılan ictimai problemlərdən biridir. Hal-hazırda inkişaf etməkdə olan ölkələrdə yaşayan uşaqların 40 % -i gündə bir dolların altında gəlirə malikdir. Səhiyyə və yoxsulluq arasında, başqa sözlə, fərdin […]

“Ağlı, savadı olan valideyn heç vaxt övladları arasında ayrı-seçkilik salmaz”

Aydan Nəzərova: “Övladlarımızı doğru-düzgün şəkildə yetişdirməli, onların arasında heç bir fərq qoymamalıyıq” Əhməd Qəşəmoğlu: “Fikrimcə, 55 faiz oğlan, 45 faiz qız doğulsa burda qorxulu bir şey yoxdur, normal haldır” XXI əsrdə yaşamağımıza baxmayaraq bu gün də oğlan övladını qız övladından daha üstün tutanlar var. Bir çox valideynlər, baba-nənələr qız və oğlan övladları arasında ayrı-seçkilik edərək […]

“Sağlam Övlad, Xoşbəxt Ailə” rəsm və əl işləri sərgisi

20 Oktyabr 2018-ci il tarixində Xətai Sənət Mərkəzində Məsud Rüstəmlinin təqdimatında “Sağlam Övlad, Xoşbəxt Ailə” rəsm vəəl işləri sərgisi keçirildi. Kiçik yaşlarından uşaqlara incəsənəti sevdirmək, onları bu sahədə yetişdirmək olduqca faydalıdır. Həm sənət dünyamız üçün, həm uşaqların dünyası üçün. Balaca rəssamımızın əl işlərindən ibarət sərgini sizlərə təqdim edirik. Qeyd edək ki, bu balaca rəssamın ilk […]

18 Oktyabr Dövlət Müstəqillik Günüdür.

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən itirildi. […]

Sənin böyüməyən qızın…

Sənin böyüməyən qızın… Əllərimi heç buraxma. Həmişə yanımda ol. Hər kəsə güclü görünə bilərəm və ya görünməyə çalışa bilərəm. Bir tək sənin yanında acizəm. Sən əlimi tutmasan, sən arxamda durmasan, varlığınla dayaq olmasan bu qəliz həyatda yaşamaq biraz da qəliz olar. Nə qədər böyüsəm də mən sənin balaca qızınam. Sən isə mənim ilk sevgimsən! Qəhrəmanımsan, […]

Sənin böyüməyən qızın…

Sənin böyüməyən qızın…Əllərimi heç buraxma. Həmişə yanımda ol. Hər kəsə güclü görünə bilərəm və ya görünməyə çalışa bilərəm. Bir tək sənin yanında acizəm. Sən əlimi tutmasan, sən arxamda durmasan, varlığınla dayaq olmasan bu qəliz həyatda yaşamaq biraz da qəliz olar. Nə qədər böyüsəm də mən sənin balaca qızınam. Sən isə mənim ilk sevgimsən! Qəhrəmanımsan, ata! […]

AİLƏ MÜNASİBƏTLƏRİNDƏ QADIN VƏ KİŞİ BƏRABƏRLİYİ – HƏR BƏRABƏRLİK TARAZLIQ DEYİL….

Bərabərlik tarazlıqdır. Bəs görəsən bu tarazlıq həmişə lazımdırmı? Mən deyərdim, yox. Ehtiyac yoxdur hər mövzuda ta`raz olmağa. Əgər məsələ qadın-kişi bərabərliyindən gedirsə, mən bu bərabərliyi inkar edərdim. Bəlkə də düşüncəm çoxları tərəfindən qınaq obyektinə çevriləcək. Axı biz gender bərabərliyini əlində rəhbər tutub ona heç cür nail ola bilməyən cəmiyyətdə yaşayırıq. Bəlkə də başqa bir ölkədə […]

“KARYERA MƏRKƏZİ” layihəsi

Biz Sizə Ən Yaxşı Fürsəti Təqdim Edirik! Mərkəzimizə olan çoxsaylı müraciətləri nəzərə alaraq Təhsil və Tədqiqat Şöbəsi nəzdində “Kariyera Mərkəzi” nə start verdik! Artıq müraciət etdiyiniz vakansiyalarda praktik bacarıqlarınızın olmamasından əziyyət çəkmiyəcəksiniz. Əziz dostlar gəlin, peşə təcrübənizi Narınc komandamızla birgə təkmilləşdirək. Bu layihəmizə qoşulmaqla qısa zaman ərzində biliklərinizi genişləndirmə şansı qazanacaqsınız. Kariyera Mərkəzində siz peşəkar […]

“BƏLKƏ MƏN HOMOSEKSUALAM?”

E.N.M Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun Ailem.az-a təqdim etdiyi məqaləsini yayımlayırıq. Sən kimsən? İldırım, yoxsa od-atəş?! Sən məndə ev-eşik, ömür-gün qoymadın! Mövlanə Son zamanlar müzakirə olunan mövzulardan biri də homoseksualizmdir. Məqalədə biz cinsi obsessiyalar haqqında danışacağıq. Öncə obsessiyadan başlayaq. Beyninizə istəmədən daxil olan, özünüzdən uzaqlaşdıra bilmədiyiniz, eqo-distonik (xarakterə uyğun olmayan) düşüncələrə obssesiya […]