Sevgi hormonu

“Sevgi hormonu” adlandırılan oksitosin hormonu alkoqolu əvəzləyəcək və bir sıra xəstəliklərin müalicəsində səmərəli vasitəyə çevriləcək. Britaniya alimləri belə nəticəyə gəliblər ki, oksitosin hormonunun insan orqanizminə təsiri alkoqolun təsirinə bənzəyir. İnsan sevgi və alkoqol sərxoşluğu halında daha həssas, daha səxavətli, daha inanan və sentimental olur. Bu, təkcə bir-birinə aşiq olmuş cütlüklərə aid deyil. Məsələn, övladını bağrına […]

Əlini göstər, deyim kimsən

Əl cizgiləri bizim xarakterimizi ifadə edir. Bu xətlərə baxaraq insanın hətta ətrafındakılara qarşı münasibətini də müəyyən etmək olar. Bu əl cizgisi, adətən, işarət barmağından başlayır və əlimizin sol tərəfində qurtarır: əlimizi iki hissəyə ayırır. Aşağıdakı fotoda sözügedən cizgi qırmızı xətlə işarələnib. Əgər sözügedən əl cizginiz orta barmağınızdan başlayaraq uzanırsa, demək, sizdə liderlik xüsusiyyəti var. Siz […]

CEYLAN MUMOĞLU: Qəlbləri Qırmayın, İçində ALLAH Var

O kefsiz idi. Artıq özünü əvvəlki kimi hiss edə bilmirdi. Olub bitənləri rəfiqələrinə anlatsa da, onlarla bölüşsə də, hələ ürəyi sakitləşməmişdi. Onu sakitləşdirəcək, ruhunu dinləyəcək biri lazım idi. “Psixoloqa getsəmmi? Yox, hazırda ona ödəyəcək pulum da yoxdur. Bəs nə edim, necə qurtulum bu acı verən düşüncələrdən? Bu halımla mən özümü yeyib bitirmək üzrəyəm”. Səhər yuxudan […]

Bir Kərə Yüksələn Bayraq, Bir Daha Enməz

Bu tarixi gün Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi daxil olmuşdur. Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdir. Müstəqilliyini bərpa etdikdən sonra bu bayram hər il ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Keçirilən tədbirlərdə Cümhuriyyət dövrünə bir daha nəzər salınır, onun tariximizdəki yeri […]

Psixoloq: “Yeniyetmə deyərkən insanların gözünün önündə aqressiv bir fərd, aqressiv bir şəxsiyyət gəlir. Əslində isə…” – MÜSAHİBƏ

“Düşüncə” Psixologiya Jurnalının yolu bir daha Narınc Uşaq Psixologiya Mərkəzindən düşdü. Bu dəfəki həmsöhbətimiz isə mərkəzin yeniyetmələrlə iş üzrə mütəxəssisi Vəfa Rəşidova oldu. Vəfa xanımla yeniyetmə mərhələsinin özəllikləri, yeniyetmə psixologiyası, bu dövrdə valideynlərin övladlarına yanaşma tərzi və s. barədə geniş bir söhbətimiz baş tutdu. Yeniyetmə mərhələsinə qədəm qoymuş övladı olan çox ailələr üçün problemlər başlamışdır […]

Yalanı necə hiss edək?

İnsan diliylə çox asan bir şəkildə, lakin bədəniylə çətinliklə yalan danışa bilər. İnsan doğru və ya səhv, gözəl ya da çirkin hər ifadəni istifadə edə bilər. Ancaq yalanı bədən dili vasitəsiylə gizlətməyi bacara bilməz. Dil yalan söyləyə bilər amma bədən dili heç vaxt yalan danışa bilməz. Ağızdan çıxanın yalan olduğunu anlamaq üçün bədən dilini yaxşı […]

DİSTİMİYAYA “yoluxmuş” ola bilərsiniz

Uzun müddətdir ki, əhvalınız yoxdur? Distimiya illərlə davam edə bilər… Distimiya uzun müddət, bəzən illərlə davam edən yüngül depressiyadır. Bu depressiydan əziyyət çəkənlər bir qədər qapalı, bədbin, ümidsiz görünürlər. Distimiyanın dörd əsas variantı qəbul edilib: Şəxsiyyətin depressiv pozuntusu, Depressiv nevroz, Nevrotik depressiya, Xroniki təşviş depressiyası. Distimiyanın bütün formalarında depressiya üçün xarakterik olan əlamətlər var. Xəstələrdə […]

Evlilik öncəsi psixoloji hazırlıq

Artıq cəmiyyətimizdə xeyli irələyişlər var. 10 il bundan əvvəl insanların nigahdan öncə həkim müayinəsinə getməsi axmaqlıq sayılırdısa, indi bu kifayət qədər müsbət baxılan, hətta alqışlanan hərəkət kimi qəbul edilir. Necə ki cütlüklər evlənməmişdən qabaq həkim müayinəsi ilə bir-birlərinin bədənlərini tanıyıb, yaranmış problemləri birlikdə həll edirlər, psixoloji görüşdə də bir-birlərinin psixoloji vəziyyətini, sadə sözlə desək beyinlərini […]

Kişilər bu xüsusiyyətləri sevmir

Kişilər və qadınlar həmişə fərqli dünyanın adamları kimi davransalar da, əslində bir-birindən heç qopmayacaqlarını yaxşı bilirlər.Buna görə yaşanan söz-söhbətdə günahı qarşı tərəfin üstünə atmaq yerinə ortaq bir məxrəcə gəlmək üçün çalışmaq lazımdır. Yüksək enerji , bitmək bilməyən arzularQadın və kişinin enerjisi fərqli olur. Kişi seksdən sonra yatmaq istəyir, qadının zövqü isə davam edir, sanki partlayacaq […]

Pis adamı uzaqdan tanımaq olur

Miluoki-Viskonsin Universitetinin psixoloqları məsləhət görürlər ki, hər hansı kişinin etibarlı olub-olmadığını bilmək üçün onun üzünə baxmaq bəs edər. Enlisifət kişilər naziküzlü kişilərə nisbətən daha hiyləgər olur və öz məqsədlərinə yalanın köməyilə çatırlar. Deily Mail tədqiqatçılarının fikrincə darüzlü adamlar isə əksinə geniş ürəyə sahibdirlər. Zərif cizgili kişilər daha səmimidirlər, ünsiyyətdə özlərini daha vicdanlı aparacaqlarına əmin ola […]