Xarakterinizə uyğun həyat yoldaşı seçmək üçün…

İdeal cütlük yarada biləcəyimiz kişiyə rast gəlmək hər bir xanımın arzusudur. Yarımızı seçməyə yollanmamışdan əvvəl ilk növbədə öz psixoloji tipimizi müəyyən etməliyik. Avropanın imic-konsaltinqinə görə, saysız-hesabsız individuallıqlarımız 4 əsas tipə ayrılır – romantik, klassik, dramatik və təbii. Romantik tip Xəz, bantlar və müxtəlif incə bəzəklərə olan sevgi romantik tipin nümayəndələrinə xasdır. Bu xanımların əlində dünyanın […]

Sevginin fiziki və psixoloji təsirləri

Sevginin fiziki və psixoloji təsirləri Elm adamlarına görə, sevgi beynin fəaliyyətidir. Beyində artan hormonlarla duyğu dəyişiklikləri, dopamin, norepinefrin, feniletilamin hormonları aktivləşdirir. Sevən insanların dopamin tərkibli beynin sağ bölgəsinin gərgin şəkildə aktivlik göstəridiyi incələnib. Dopamin də öz növbəsində bədənə enerji verir, iştahanı azaldır, marağı artırır, yuxusuzluq, həmişə qarşı tərəfi düşünməyə səbəb olur.Araşdırmalarda intihara cəhd edən insanlarda […]

Qocalmayan qadınların 7 qızıl qaydası

Fikir vermisinizsə, bəzi qadınlar yaşlaşdıqca daha da gözəlləşirlər. İllər onların nə üzündə, nə də ki, bədənində iz qoyub. Bu, təbiətin gözəl cinsin bəzi nümayəndələrinə qarşı xüsusi məhəbbətdir. Bunun səbəbi onların sağlam həyat tərzinə əməl etməsidir. Yediklərinə fikir verməyən insanlar isə vaxtından əvvəl qocalır, yanlış qidalanma orqanizminə xeyli təsir göstərərək onu istismar edir. Bu qaydalar sizə […]

Emosional zəka

Son illərdə emosional zəka anlayışı üzərində çox danışılmış və mübahisələr edilmişdir. Bunun səbəbi həyatda müvəffəqiyyət və xoşbəxtliyin təmin edilə bilməsində müəyyən bir IQ səviyyəsi ilə yanaşı, fərdlərin emosional zəkaya da sahib olmalarının lazımlılığıdır. Araşdırmalara görə, emosional zəkası yüksək olan fərdlər, ailə və ictimai ətraflarında yaxşı əlaqələr qura bilən, müvəffəqiyyəti daha asan tuta bilən, daha çox […]

Ayaqlarda qabarlar

Ayaqlarda qabarların əmələ gəlməsi çox yayılmış problemdir. Sağlamlıq üçün bu hal təhlükə yaratmasa da, insana ciddi fiziki və mənəvi diskomfort verir. Qabarlar ayaq dərisinin uzun müddət ərzində sürtünməsi və ya sıxılması nəticəsində əmələ gəlir. Bu, faktiki olaraq dərinin bu faktorlara qarşı olan müdafiə reaksiyasıdır. Düzgün seçilməmiş, cod ayaqqabı, keyfiyyətsiz corablar, dərinin həddən artıq tərləməsi ayaqlarda […]

Abituriyentlərin “məhşər ayağı”: onlara necə kömək etməli?

Bu gün ölkənin bir sıra rayon və şəhərlərində IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir. Cəmi bir ay sonra isə həmin məzunlar abituriyent kimi qəbul imtahanlarında iştirak edəcəklər. İmtahan – təkcə bilik nümayişi deyil, həm də məzun və abituriyentlər üçün ciddi psixoloji sınaqdı. Buraxılış və qəbul imtahanlarının zaman baxımından eyni aralıqda […]

Kokos yaddaşı qaytarmağa kömək edir

Oksford Universitetinin alimləri Altsheymer xəstəliyindən əziyyət çəkən xəstələr üçün yaddaşı qaytarmağa kömək edəcək vasitə tapdıqlarına əmindirlər. Bu barədə “Big Pond News” xəbər verir. Tədqiqatçıların sözlərinə görə, kokos yağının analizi keton kimi tanınan birləşmələri aşkara çıxarıb. Həmin birləşmələrin beyni qidalandırdıqları güman edilir. Doğrudur, mütəxəssislər nəticələrin hələ ilkin olduğunu qeyd edirlər. Lakin bir məsələ dəqiqdir ki, qısamüddətli […]

Qadınların evlilikdən qorxmasının səbəbi

Bağlanmaq qorxusu münasibətdə qadın və kişini narahat edən əsas məsələlərdəndir. Bunu uzun münasibət, yaxud da evlənmək qorxusu da adlandıra bilərik. Psixoloq Larissa Varol bağlanmaq qorxusunun səbələrini aşağıdakı kimi sıralayıb: 1.Tərəflərin azadlıqlarını itirəcəklərindən qorxmaları. 2.Tək güllə bahar olmaz prinsipi. Başqa dillə desək, yalnız bir nəfərlə münasibətdə olmaqdan, cinsi həyatın monotonlaşmasından qorxmaq. 3.Böyük bir yükün altına girməkdən […]

Dəhşət saçan əmrlər: imperativ hallüsinasiya nədir?

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmovun Aile.lent.az-a məqaləsini təqdim edirik. Psixoloq bir neçə gün öncə iki körpə balasını boğan, sonra özünü öldürən qadının psixoloji xəstəliyi haqqında yazıb. “Bakının Sabunçu rayonunda görünməmiş vəhşilik baş verib. İkinci Albalı bağ massivində yaşayan 1988-ci il təvəllüdlü Nəsibə Nəsib qızı Qurbanova evdə tək olarkən iki körpə balasını boğub […]

Adı Qalan Uşaq Düşərgələri

Mütəxəssislər uşağın sosiallaşması, vətəndaş kimi yetişməsi üçün uşaq düşərgələrinin əhəmiyyətinin böyük olduğunu deyirlər Tədris ili başa çatdıqdan sonra məktəblilərin yay tətili başlayır. Uşaqların yeni dərs ilinə yorğun qədəm qoymaması üçün bu tətilin səmərəli keçirilməsi vacibdir. Yay tətilində dolğun istirahət edən uşaqlar olsa da, təəssüf ki, bunu bütün məktəblilərə aid etmək olmur. Onların çoxu yay tətilini […]