“HƏYƏCANIN ARADAN QALDIRILMA TEXNİKALARI” təlimi. 31.03.2019
Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Psixoloji Xidmət və Reabilitasiya Mərkəzi sizi “HƏYƏCANIN ARADAN QALDIRILMA TEXNİKALARI” adlı praktik təlimə dəvət edir. Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin psixoloqu, “Gənc Tədqiqatçılar” komandasının rəhbəri Fuad Əsədovun təqdimatında keçiriləcək təlim qeyd olunan mövzuları əhatə edəcəkdir: Həyəcan pozuntusu niyə yaranır?; Həyəcan pozuntusunun digər problemlərə keçidi; Həyəcanı aradan qaldıran texnikalar ( […]
Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzinin birgə əməkdaşlığı çərçivəsində təşkil olunan ödənişsiz diaqnostika. 02.04.2019
2 aprel tarixində Ümumdünya Autizm Günü münasibətilə Psixologiya Elmi Tədqiqat İnstitutunda Narınc Psixologiya Mərkəzinin Bakıda fəaliyyət göstərən hər üç filialı üzrə “İnkişaf və Yaş Psixologiyası” şöbəsinin müdirləri tərfindən ÖDƏNİŞSİZ DİAQNOSTİKA təşkil olunacaqdır. Diaqnostika 2-14 yaş arası uşaqlar üçün nəzərdə tutulur. Həmin gün bütün uşaqlar ödənişsiz psixoloji və loqopedik müayinələrdən keçiriləcəklər. Diaqnostika zamanı müəyyən edilən diaqnoza […]
“Psixologiya və İnsan Resurslarının İdarə Edilməsi” forumu. 16.03.2019
16 mart 2019-cu il tarixində Psixologiya Elmi-tədqiqat İnstitutunda “Psixologiya və İnsan Resurslarının İdarə Edilməsi” forumu keçirildi. Mövzu üzrə yeni yanaşmalar və perspektivləri təqdim edən forum institutun nəzdində fəaliyyət göstərən Biznes Psixologiyası şöbəsinin təşəbbüsü ilə baş tutdu. Azərbaycan Respulikasının Dövlət Himni səsləndikdən sonra açıq elan olunan forumda ilk olaraq Psixologiya Elmi-Tədqiqat İnstitutunun rəhbəri Elnur Rüstəmov “Psixologiya […]
“UŞAQ TƏRBİYƏSİNDƏ MÜKAFATLANDIRMA VƏ CƏZA”
Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən İnkişaf və Yaş Psixologiyası şöbəsi sizi “UŞAQ TƏRBİYƏSİNDƏ MÜKAFATLANDIRMA VƏ CƏZA” adlı praktik təlimə dəvət edir. İnkişaf və Yaş Psixologiyası şöbəsinin əməkdaşı, eyni zamanda Narınc Psixologiya Mərkəzinin psixoloqu Gülay Şəkərxanlının təqdimatında keçiriləcək təlim qeyd olunan mövzuları əhatə edəcəkdir: Uşaq tərbiyəsində istifadə edilən metodlar; Mükafatlandırma və cəza sistemi nədir?; Ailədə […]
Psixoloji effektlər
“Romeo və Culyetta” effekti Valideynlərin və ya başqalarının-klassik dildə desək əğyarın-iki sevən adamı ayırmağa cəhd göstərməsi nəticəsində onların bir-birinə məhəbbətinin artması. Bu fenomeni özümünkiləşdirsək “Leyli və Məcnun” effekti də demək olar. Şahid effekti Fenomenin sirri ondan ibarətdir ki, bədbəxt hadisə zamanı ətrafda nə qədər çox adam varsa zərərçəkənə kömək edənlərin sayı bir o qədər artır. […]
ERİX FROMM (1900-1980)
Erix Fromm görkəmli alman sosioloqu, filosofu, sosial psixoloqu, psixoanalitik, Frankfurt məktəbinin nümayəndəsi və neofreydizmin yaradıcılarından biridir. O, Almaniyanın Frankfurt na-Mayne şəhərində ortodoksal yəhudi ailəsində anadan olmuşdur. Erix Fromm 1925-ci ildə psixoanalitik hazırlığını başa çatdıraraq praktik psixoanalitik kimi fəaliyyətə başlamışdır. Hələ 12 yaşında olarkən, atasının ölümündən dərhal sonra intihar etmiş gənc rəssam qızın həyatı və onun atasının yanında […]
Bakı Humanitar Kollecinin tələbələri ilə görüş
28.02.2019 tarixində Bakı Humanitar Kolleci, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında ” Özünü Kəşf” adlı təlim keçirildi. Təlim Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutdu. Təlimdə Bakı Humanitar Kollecinin Tələbə Gənclər Təşkilatının sədri və sədr müavini, müəllim və tələbə heyəti iştirak etdilər. Klinik psixoloq öz çıxışında mövzu üzrə […]
Psixologiya və Cəmiyyətin İctimai Praktikası
Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Yaş və İnkişaf Psixologiyası şöbəsi sizi “Psixologiya və Cəmiyyətin İctimai Praktikası” mövzusunda MÜZAKİRƏ SAATI-na dəvət edir. Müzakirə saatı Yaş və İnkişaf Psixologiyası şöbəsinin müdiri, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Yaş və Pedaqoji Psixologiya kafedrasının müəllimi, psixologiya üzrə fəlsəfə doktoru, dosent Edison Quliyevin təqdimatında baş tutacaq. MÜZAKİRƏ SAATININ KEÇİRİLƏCƏYİ MƏKAN: Psixologiya […]
Xocalı soyqırımından 27 il keçir…
27 il… Bir gecənin içərisində qədim Xocalı yerlə yeksan edildi. Xalqımızın yaşadığı bu faciə XX əsrin ən dəhşətli, ən qəddarcasına törədilmiş faciəsidir deyə bilərik. Xocalıda törədilən bu dəhşətli hadisə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermişdir. Və bu gün o soyqırımın, o dəhşətli faciənin üstündən 27 il ötür. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, […]
MƏKTƏBDƏ PSİXOLOJİ XİDMƏT: PROBLEMLƏR, PERSPEKTİVLƏR
Məktəbdə psixoloji xidmət: problemlər, perspektivlər 20.02.2019-cu il tarixdə Psixologiya Elmi-Tədqiqat İnstitutunun Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin fəaliyyət planına əsasən Azərbaycan Respublikasının Masallı rayonunda Rayon Təhsil şöbəsinin əməkdaşları, məktəb rəhbərləri və psixoloqlarının iştirakı ilə “Məktəbdə psixoloji xidmət: problemlər, perspektivlər” mövzusunda konfrans-seminar keçirildi. Tədbiri giriş sözü ilə Masalı RTŞ-nin müdiri Tariyel Əkbərov açdı. O, qonaqları təqdim edərək […]